“Neftçi”nin Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubuna qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama tarixi müəyyənləşib. Paytaxt təmsilçisindən “Report”a verilən məlumata görə, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək. Matçın biletləri tezliklə satışa çıxarılacaq. Qeyd edək ki, “Neftçi” yayda Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu. Xeberal.az
Day: Dekabr 6, 2023
İsrail ordusu Qəzza şəhərini mühasirəyə aldı
İsrail hərbçiləri artıq birbaşa Qəzza şəhərinin ərazisindədir və onu müxtəlif tərəfdən mühasirəyə alıblar. Bu barədə jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi məlumat verib. “Əsgərlərimiz artıq Qəzza şəhərindədir, onu bir neçə istiqamətdən mühasirəyə alıblar və mən irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşmış ərazidə döyüşmək məcburiyyətindəyik”, – deyə o bildirib. […]
Azərbaycan və Türkiyə idmançıları İrəvanda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər
Noyabrın 10-12-də İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə idmançıları iştirak etməyəcəklər. Ermənistan mediasında yayılan məlumatlara görə, bunu ölkənin Sambo Federasiyasının rəhbəri Mikael Ayrapetyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, artıq 70-dən çox ölkənin nümayəndəsi yarışda iştirak etmək üçün ərizə verib. Xeberal.az
Xankəndidən yeni görüntülər yayıldı – VİDEO
Xankəndidən yeni görüntülər yayılıb. Kadrlarda şəhərin mərkəzi meydanında Azərbaycan bayraqlarının dalğalandığını görmək mümkündür. Qeyd edək ki, oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın suverenliyinin bərpa edilməsi münasibətilə Dövlət Bayrağımızı ucaldıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb. Xeberal.az
Bakıda avtomobil yanıb kül oldu – VİDEO
Bakıda avtomobil yanıb. “Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, şadlıq saraylarının birinin qarşısında “Audi Q7” markalı avtomobilin mühərrik hissəsində yaranan nasazlıq yanğına səbəb olub. Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. […]
Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub – FOTO
Milli Qəhrəman Faiq Rəfiyevin məzarı 31 ildən sonra ailə üzvləri tərəfindən ziyarət olunub. 1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində anadan olan R.Rəfiyev Rusiyada hərbi xidmətdən təxris olunduqdan sonra Arxangelsk vilayətində milis sistemində çalışmağa başlayıb. Ardından leytenant rütbəsi alaraq sahə müvəkkili kimi fəaliyyətini davam etdirib. Qanli yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib və təcrübəsi nəzərə alınaraq, Xocavənd rayonuna sahə […]
Netanyahu: “Bizi heç nə dayandıra bilməz”
“İsrail qoşunları Qəzza zolağında əməliyyatda irəliləyiş əldə edir”. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu noyabrın 2-də X sosial şəbəkəsində (keçmiş “Twitter”) bildirib. O qeyd edib ki, hərbçilər anklavın ən böyük şəhəri olan Qəzzanın ətraf ərazilərini artıq arxada qoyublar və şəhərin özünə çatıblar. Baş nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) uğurları göz qabağındadır. “Bizi heç […]
Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb
Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların “Kombat K-1 kuboku” uğrunda mübarizəsi baş tutub. Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib […]
Rusiya Qafanda baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib
Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb. Qeyd edək ki, Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda ikinci olacaq. Mənbə: TASS Xeberal.az
“Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi turnirin çəkiölçmə və üzləşmə mərasimindən – FOTOREPORTAJ
Bu gün Bakıda “Rizin” Döyüş Federasiyasının təşkil edəcəyi “Landmark 7” turnirinin çəkiölçmə və üzləşmə mərasimi baş tutub. PhotoStock-un əməkdaşı sözügedən mərasimdən reportaj hazırlayıb: Qeyd edək ki, “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri noyabrın 4-də baş tutacaq. Turnir çərçivəsində Azərbaycan idmançıları Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali […]