Türkiyə ümid edir ki, ölkədə qaz qovşağının işə salınması 2024-cü ildə baş tutacaq. Elektron qaz ticarəti platformasının yaradılması təxminən bir il çəkə bilər. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda bildirib. “Biz hazırda bu layihəni “Qazprom”la, tərəfdaşlarımızla müzakirə edirik, yəni elektron platforma yaratmaq istəyirik. Düşünürəm ki, bu proses çox vaxt aparmayacaq, bəlkə […]
Day: Dekabr 6, 2023
Növbəti il üçün yaşayış minimumunun məbləği AÇIQLANDI
Növbəti il üçün yaşayış minimumunun məbləği məlum olub. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanuna əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat […]
Doğuş Xoşqədəmlə evli ola-ola başqa qadınla dini nikaha girib – VİDEO
Türkiyənin “SHOW TV” kanalında yayımlanan “Vaz Keçmə” adlı proqramda şok iddia səslənib. Lent.az-ın xəbərinə görə, proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib. Onun iddiasına görə, Doğuş, arvadı Xoşqədəm uşaqları onun əlindən ala bilər deyə, bu münasibətlərdən həmin qadının xəbər tutmasından çox ehtiyat edirmiş. Esranın sözlərinə görə, Doğuş […]
FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubuna uduzub
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada “Nimburk”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 92:61 hesablı qələbəsi ilə bitib. Qeyd edək ki, “Sabah” ilk görüşündə səfərdə Şimali Makedoniya “Mornar”ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Xeberal.az
Azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılacaq vəsaitin həcmi açıqlandı
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2024-cü ilin dövlət büdcəsindən dörd milyard manat […]
Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin həcmi açıqlanıb
Gələn il Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı proqnozlaşdırılan kompensasiya ödənişlərinin həcmi açıqlanıb. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Qeyd edilib ki, gələn il Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün 1,7 milyon manat subsidiya nəzərdə tutulub. Xeberal.az
İranda terror aktı: Ölən var – VİDEO
İranın İranşəhr bölgəsində polis avtomobili atəşə tutulub. Naməlum silahlı şəxslər İranşəhrin Məhəmmədan məntəqəsində mühafizə polisinin avtomobilinə atəş açıblar. Hadisə nəticəsində azı bir polis əməkdaşının öldüyü təsdiqlənib. Yerli hakimiyyət orqanları insidenti terror aktı kimi qiymətləndiriblər. Mənbə: Azad İran Xeberal.az
Özbəkistanda çoxarvadlılıqla bağlı qərar verildi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Dəyişikliklərə əsasən, iki və ya daha çox arvadla birgə yaşayışın təbliğinə, bu cür məzmunlu fikir, ideya və ya çağırışların yayılmasına, habelə bu cür hərəkətlərə təşviq edilməsinə görə 405-810 dollar arası cərimə, […]
Azərbaycanda təhsil xərcləri artırılır
Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib. Təhsil xərclərinin ÜDM-də çəkisi 3,8%, ümumi büdcə xərclərində isə 12,4% təşkil edəcək. Xeberal.az
Qəzzanı tərk edən əcnəbilərlə bağlı iddia: ABŞ vətəndaşlarının çıxmasına icazə verilmir?
ABŞ vətəndaşları və onların ailə üzvlərinin Qəzzanı tərk etməsinə icazə verilmədiyi iddia edilir. Bildirilir ki, HƏMAS-ın bir sıra tələbləri səbəbindən onlar Qəzzanı tərk edərək Misirə gedə bilmirlər. Qeyd edək ki, amerikalıların Qəzzanı tərk etməsinə icazə verilib-verilməyəcəyi ilə bağlı ziddiyyətli xəbərlər yayılıb. Mənbə: “RİA Novosti” “Telegram” Xeberal.az