“ABŞ Ukraynanı hərbi-bioloji təcrübələr üçün sınaq poliqonuna çevirib və onu Rusiyaya qarşı hərbi əməliyyatlar üçün hazırlayıb”. Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tomskda keçirilən iclasda deyib. O qeyd edib ki, NATO ölkələrinin nümayəndələri artıq açıq şəkildə deyirlər ki, Rusiya onların Rusiya sərhədlərinə yaxınlaşmasına mane olub və ukraynalılar Qərbin Rusiyanı cilovlamaq üçün istifadə etdiyi […]
Month: Dekabr 2023
Kənddə tibb işçisi tapılmır – VİDEO
Tovuz rayonunun, Qəribli kəndində tibb məntəqəsi baxımsız vəziyyətdədir. Belə ki, 53 ildir fəaliyyət göstərən, içi və çölü sökülüb dağılan, antisanitariya mənbəyi olan, sözügedən tibb məntəqəsi Qəribli kəndindən başqa digər xırda kəndlər də daxil olmaqla 13 kəndin sakinlərinə xidmət göstərir. Vətəndaşların sözlərinə görə, məntəqədə ixtisaslı həkimlər olmadığı üçün kənddən 50 km məsafədə yerləşən rayon mərkəzinə getməyə […]
Azərbaycan XİN başçısı BƏƏ Prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib – FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Görüş zamanı, Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin […]
“Ən-Nəsr” Kral Kubokunda 1/4 finala yüksəldi – VİDEO
Ər-Riyadda Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 final mərhələsinin “Ən-Nəsr” – “Əl-İttifaq” oyunu keçirilib. Görüş “Ən-Nəsr”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 107-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane vurub. Qeyd edək ki, birinci hissəyə əlavə olunmuş vaxtda onun komanda yoldaşı, yarımmüdafiəçisi Anderson Taliska qırmızı vərəqə alıb. Xeberal.az
İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO
28-30 oktyabr tarixlərində Litva Respublikasının Kaunas şəhərində Kudo idman növü üzrə Avropa çempionatı keçirilib. Oxu.Az xəbər verir ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası da sözügedən çempionatda iştirak etmək məqsədilə federasiya rəsmisi Vəliyulla Bünyatovun rəhbərliyi ilə 5 idmançı ilə (Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) bu turnirə qatılıb. Qeyd […]
Arif Hacılının oğlu həbs edildi – FOTO
Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib. Oxu.Az xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat verib. Orxan Hacılı barəsində 48 saat müddətində şübhəli şəxs qismində saxlanılma tədbiri seçilib. Xatırladaq ki, Orxan Hacılı Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində qəza törədib. Onun qəzanı sərxoş halda törətdiyi, qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan […]
Aİ Qarabağı tərk edən erməni əhalisinə yardım üçün əlavə 1,7 milyon avro ayırıb
Avropa İttifaqı Qarabağı tərk edən erməni əhalisinə yardım üçün əlavə 1,7 milyon avro ayırıb. Bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidməti məlumat yayıb. “Avropa Komissiyası Qarabağdan gələn insanların kütləvi axınına cavab olaraq Ermənistana humanitar yardımı təxminən 1,7 milyon avro artırır. Yeni maliyyə vəsaiti köçkünlərə pul yardımı, sığınacaq, ərzaq təhlükəsizliyi və dolanışıq yardımı, mühafizə və səhiyyə təmin […]
İsrail ordusu HƏMAS komandirlərindən birini məhv edib
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS radikal təşkilatı ilə əlaqəli hərbi hissələrin komandirlərindən birini öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində məhv edilən Cebaliya mərkəzi batalyonunun komandiri İbrahim Biaridən gedir. Bildirilir ki, Biari oktyabrın 7-də Həmas tərəfdarlarının İsrailə hücumunun planlaşdırılmasında aparıcı […]
Xaçmaz şəhərində naməlum qadın meyiti tapılıb
Xaçmazda evdən qadın meyiti tapılıb. “Report”un məlumatına görə, Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin məlumata görə, o, bir neçə gün öncə ölüb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara […]
Bakı və Moskva neft-qaz hasilatı və tranziti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ilə iki ölkə arasında neft-qaz, elektrik enerjisi sektorlarında və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb. “Rusiyanın ən böyük neft-qaz konserni Azərbaycanla işləyir və əməkdaşlığı genişləndirməyə hazırdır. Xüsusilə Rusiya karbohidrogenlərinin Azərbaycanın imkanlarında tranziti […]