Cəmiyyət

Qaz qoxusu və qorxusu: Bağçanın yaxınlığında qazsızma var? – VİDEO

Şəkinin M.Ə.Rəsulzadə küçəsində 4 nömrəli uşaq bağçasının yaxınlığından kəskin qaz qoxusunun gəldiyi iddia edilib. Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, isti havada pəncərəni aça bilmirlər. Kəskin qaz iyindən şikayət edən vətəndaşlar qeyd ediblər ki, vəziyyət üç aydan çoxdur ki, belədir. 4 nömrəli bağça da deyilən iddiaları təsdiqləyib. “Otaqların pəncərələri aylarla bağlı qalır. Səbəb qaz qoxusu və qorxusudur”.   […]

Cəmiyyət

34 illik arzu 52 yaşda reallaşdı – VİDEO

Bakı sakini Sevda Hüseynzadə 34 ildən sonra tələbə adını qazanıb. Xezerxeber.az-ın məlumatına görə, Sevda Hüseynzadə 52 yaşında Bakı Dövlət Universitetinin (BDU) “Jurnalistika” fakültəsinə qəbul olub. Sevda Hüseynzadə ailədə olan yeganə tələbə deyil. Bu xanımın qızı Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir. Bir oğlu isə kompüter mütəxəssisidir. O, heç bir müəllim yanına getmədən uşaqlıq arzusunu gerçəkləşdirib. Şəkidə doğulub-böyüyən […]

İqtisadiyyat

UEFA “Qarabağ”a beş milyon avrodan çox ödəniş etdi

2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Avropa Konfrans Liqasında iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb. AFFA-dan verilən məlumata görə, UEFA “Qarabağ” Futbol Klubuna (FK) beş milyon avrodan çox ödəniş edib: UEFA “Qarabağ” FK üçün 5 milyon 876 min avro, “Neftçi” və “Sabah” FK […]

Dünya

Latviya dörd minə yaxın rusiyalını deportasiya edəcək

Latviyada yaşayan və dil imtahanından keçməyən və ya iştirak üçün müraciət etməyən Rusiya vətəndaşları gələn həftədən etibarən üç ay ərzində ölkəni tərk etmələri barədə bildirişlər almağa başlayacaqlar. Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin nümayəndəsi Mayra Rouzun verdiyi məlumata görə, belə şəxslərin ümumi sayı təxminən 3600 nəfərdir. Onlara ölkəni tərk etmək üçün 90 gün müddət verilir. […]

Cəmiyyət

İmtahanda yüksək bal toplayan müəllim işsiz qaldı – VİDEO

Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya seçimi edən Goranboy sakini hələ də tam işlə təmin olunmayıb. Xezerxeber.az-ın məlumatına görə, Gülay Əliyeva müəllimlərin işə qəbulu üzrə imtahanda 81 bal toplayıb. O, Naftalan şəhərində 2 nömrəli tam orta məktəbdə elan olunan vakansiya üzrə müraciət edib, amma məktəbə gedəndə fərqli mənzərə ilə qarşılaşıb. Gəncə-Daşkəsən Regional […]

Cəmiyyət

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Xəsarət alanlar var – FOTO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb. Belə ki, hadisədə BMW və KIA markalı minik avtomobilləri toqquşub. Əraziyə polis əməkdaşları cəlb edilib. Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır. Hər iki minik maşına ciddi ziyan dəyib. […]

Dünya

Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini oktyabrda təqdim edəcək. Məlumata görə, yeni paketə Rusiyadan almazların, mayeləşdirilmiş təbii qazın idxalına qadağa, eləcə də Rusiyanın İT sektoruna məhdudiyyətlər daxil ola bilər. Bundan əlavə, yeni paket çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya kömək üçün istifadə planı təqdim oluna bilər. Bəzi ölkələr, o cümlədən Polşa və Baltikyanı […]

İdman

Ronaldu İrana gəldi, ilk məşqi ləğv olundu – VİDEO

Səudiyyə Ərəbistanının “Ən Nəsr” futbol klubu İrana səfər edib. Oxu.Az xəbər verir ki, heyətində portuqaliyalı ulduz Kriştianu Ronaldunun yer aldığı ərəb komandası sentyabrın 19-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində yerli “Persopolis”lə üz-üzə gələcək. Yerli azarkeşlər məşhur futbolçunu böyük coşqu ilə qarşılayıblar. Hətta Ronaldunu görmək üçün gələn izdihamın çox olması səbəbindən “Ən Nəsr” İrandakı məşqini […]

Siyasət

XİN: “Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib” – FOTO

Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib. “UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, […]

Media

Tanınmış Teleaparıcı Namidə İsayeva Real FM – də veriliş aparacaq

Xəbəral.az xəbər verir ki, Teleaparıcı Namidə İsayeva yeni Real FM 107FM dalğasında “Radiodoktor” adlı yeni verilişə başlayıb.Belə ki, həftəiçi 5 gün , saat 16:00-17:00-dək yayımlanacaq verilişdə müxtəlif ixtisas həkimlərinin iştirakı ilə tibbi maarifləndirmə olacaq.Canlı yayımlanan verilişdə həkimlərə sualı vətəndaşlar canlı yayıma zəng edərək verib cavab ala biləcəklər. “Radiodoktor” verilişidir. Real FM-də (107 FM) hər gün […]