Dünya

Dünyada şampan şərabına tələb azalıb

Ən böyük şampan istehsalçısı “Moët Hennessy – Louis Vuitton” (LVMH) 2021-2022-ci illərdə populyarlığının sürətli artımından sonra 2022-ci ildə öz məhsullarına tələbatın zəiflədiyini bildirib. Bunu konsernin şərab və spirtli içkilər bölməsinin rəhbəri Filip Şaus deyib. Onun sözlərinə görə, əvvəllər uzun karantinlərdən sonra “əyləncəyə hərislik” var idi. Lakin bu il ev şəraitində istehlak üçün şampan şərabına tələbat […]

Cəmiyyət

Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alanlar var

Goranboy rayonunun Tatarlı kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Təyübə Cəbi qızı Ələsgərova, 1992-ci il təvəllüdlü Toğrul Çapay oğlu Ələsgərov, 2001-ci il təvəllüdlü Arzu Rüfət qızı Ələsgərova, 2020-ci il təvəllüdlü Aylin Toğrul qızı Ələsgərli, 1999-cu […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Naxışlarla qədimdən müasir dövrümüzə ötürülən məktublar – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı növbəti veriliş efirə gedib. Veriliş Qaraqoyunlu mahalının Haqqıxlı kəndinin sənətkarlıq nümunələrinə həsr olunub. Ekran işində qədim mədəniyyəti olan Qaraqoyunlu mahalından, o cümlədən Haqqıxlı kəndinin tarixindən danışılıb. Ekran işində Haqqıxlı kəndinin xalçaları haqqında da məlumat verilib. Qeyd olunub ki, bu […]

Dünya

Kadırov xəstəliyi ilə bağlı xəbərləri təkzib etdi – VİDEO

Çeçenistanın (Rusiya) rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları “hava almağa” çağırıb. Bununla bağlı o, öz “Telegram” kanalında yazı paylaşıb və onu gəzinti zamanı çəkdiyi videolar müşayiət edib. “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı gumrahlaşdırır”, – deyə o, öz […]

Siyasət

UNESCO-dan Azərbaycanın milli rəqsi ilə bağlı çağırış: “Bu ənənəni qorumalıyıq” – FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO (“United Nations Educational, Scientific and Cultural Organization”- red) “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib. UNESCO paylaşımda “Yallı”nın qorunmasına çağırış edib. “Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci […]

Dünya

Ekofəallar Brandenburq darvazasını boyadılar – VİDEO

Radikal etirazları ilə tanınan “Letzte Generation” hərəkatının ekoloji fəalları Brandenburq darvazasına boya atıblar. Dərc edilmiş fotolara görə, fəallar Brandenburq qapısının beş sütununa sarı və narıncı boya çəkiblər. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. “Letzte Generation” fəalları “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) “Siyasi dəyişikliyə başlamağın vaxtıdır”, – yazıblar. Onlar ənənəvi enerji mənbələrindən istifadəyə son qoymağa çağırıblar. […]

Dünya

Konqo Respublikasında dövlət çevrilişinə cəhd olub

Konqo Respublikasında dövlət çevrilişinə cəhd baş verib. Bir gün əvvəl Prezident Denis Sassu Nqesso BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Yerli sosial şəbəkələrdə dövlət çevrilişinin arxasında prezident qvardiyasının rəisi general Serj Oboahın ola biləcəyi ilə bağlı məlumatlar peyda olub. Qeyd edək ki, daha əvvəl “Financial Times” ekspertlərə istinadən yazıb ki, çevrilişlərin […]

Cəmiyyət

Separatçılardan daha bir təxribat – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılardan daha bir təxribat. Qarşısında mina basdırmaq istədikləri hərbi mövqelərimizi bu dəfə atəşə tutdular. İrəvanda Ermənilər də “Qarabağ Azərbaycandır!” deməyə başladılar. Paytaxt küçələrində qəribə plakatlar yayıldı. Diqqətli olun, havalar yenidən dəyişir. Hidrometeoroloji Proqnozlar Bürosu məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İdman

Premyer Liqa: “Qarabağ” “Sabah”ı iki cavabsız qolla məğlub edib – VİDEO

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Turun mərkəzi oyununda çempionla vitse-çempion üz-üzə gəliblər. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib. Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə […]

Cəmiyyət

Yolları zəbt edən tikinti şirkətləri, həll yolunu tapmayan PROBLEM – FOTO

Bakı şəhərində çoxmərtəbəli binalar inşa edən tikinti şirkətləri bir sıra hallarda piyada səkilərini zəbt edir, insanların sərbəst hərəkətinə mane olurlar. Mənzil tikinti kooperativləri tərəfindən sadəcə piyada səkilərinin deyil, birbaşa avtomobil yolunun, küçənin zəbt olunması məsələsi vətəndaşları narahat edir.  “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Fotolardan da göründüyü kimi, paytaxtın Nəsimi rayonu ərazisində Mərdanov […]