Cəmiyyət

Paytaxtda plana düşən binanın boşaldılmadan sökülməsi iddiasına RƏSMİ CAVAB

Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binadakı mənzillərin artırmalarının təzminat ödənilmədən sökülməsi ilə bağlı rəsmi açıqlama verilib. Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Nizami rayonu, Ordubadi küçəsi 1 ünvandakı 0,0529 hektar torpaq sahəsində ötən əsrdə inşa edilmiş 36 mənzilli dördmərtəbəli yaşayış binasının texniki […]

Dünya

İranda hicabını çıxaran qadın mühəndisə şallaq cəzası verildi – FOTO

İranda hicabını çıxaran qadın mühəndisə şallaq cəzası verilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.   Məlumata görə, bir müddət öncə Tehranın Mühəndislik Sistemi Təşkilatının iclasında hicabını çıxararaq etirazını bildirən və videosu sosial şəbəkələrdə yayılan qadın mühəndis Zeynəb Kazemi İranın Məhkəmə Sistemi tərəfindən 74 şallaq cəzasına məhkum edilib. Bununla bağlı o, dünən “Instagram” hesabında […]

Kriminal

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Şahsən Şahlar oğlu Yusifovun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova […]

Siyasət

Ceyhun Bayramova yeni müavinlər təyin olunub – FOTO

Xarici işlər naziri Ceyhun Bayramova yeni müavinlər təyin olunub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında bildirib. “Hörmətli diplomatlarımız Yalçın Rəfiyevin və Samir Şərifovun xarici işlər nazirinin müavinləri təyin edilmələri münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin maraqlarının qorunması üzrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”, – deyə qeyd olunub. Hörmətli diplomatlarımız Yalçın Rəfiyevin […]

Siyasət

Şimali Kipr XİN: “Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə güc qatacaq”

Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını şərh edib. “Dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nazirlərinin ikinci iclasının iştirakçıları ilə görüşündə söylədiyi sözlərdən böyük qürur hissi keçiririk. Köklü bir türk çinarının budaqları olan ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uzun […]

Cəmiyyət

Naxçıvanda motosiklet avtomobilə çırpıldı: Xəsarət alan var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçəsində baş verib. Belə ki, sürətlə hərəkət edən motosiklet avtomobilə çırpılıb. Nəticədə, motosikletin sürücüsü, Naxçıvan şəhər sakini 1985-ci il təvəllüdlü Taleh Kərim oğlu Həsənov xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu […]

İdman

Türkiyəli azarkeşlərdən Ermənistanla matç öncəsi Azərbaycana dəstək – VİDEO

AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində Türkiyə yığması ilə Ermənistan millisi arasında keçirilən matç öncəsi maraqlı anlar yaşanıb. Stadionun qarşısına toplaşmış türkiyəli azarkeşlər Azərbaycana dəstək şüarları səsləndiriblər. Onlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan ediblər.   Xeberal.az

Siyasət

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti: “Naxçıvanla geniş əlaqələr qurula bilər”

“Düşünürəm ki, maşınqayırma və texnologiya sahəsində İtaliya ilə Naxçıvan arasında geniş əlaqələr qurula bilər”. “Report” xəbər verir ki, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi Naxçıvanda jurnalistlərə müsahibəsində deyib. “Bu Naxçıvana ikinci səfərimdir. Birinci səfərimdən fərqli olaraq, bu dəfə Naxçıvan haqqında daha çox məlumat əldə etmək imkanım oldu. Eləcə də ilk dəfə aqrofestivalda iştirak etdim. […]

Dünya

İspaniya millisi Gürcüstanı darmadağın etdi

İspaniya millisi AVRO-2024-ün seçmə mərhələsinin V turunda Gürcüstanı darmadağın edib. Oxu.Az xəbər verir ki, Pireney təmsilçisi səfərdə rəqibinə 7:1 hesabı ilə qalib gəlib. Alvaro Moratanın het-trik etdiyi qarşılaşmada Dani Olmo, Niko Vilyams və Lamin Yamal hərəyə bir dəfə fərqləniblər. Solomon Kvirkveloyan avtoqol müəllifi olub. Gürcülərin təsəlli qoluna Giorgi Çakvetadze imza atıb. İspaniya üç oyunda altı […]