Cəmiyyət

Bakıda doqquz yaşlı uşaq faciəvi şəkildə öldü

Bakının Xəzər rayonunda doqquz yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb. APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb. Bu zaman 2014-cü il təvəllüdlü Ramiz Telman oğlu Cəlilli darvazanın altında qalıb. Uşaq ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. […]

Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan “Keşlə” QPS-də dörd ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də iki ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, […]

İdman

“Qızıl top”a namizədlərin siyahısı açıqlanıb

“Qızıl top”un təşkilatçıları tərəfindən ən yaxşı oyunçu mükafatına namizədlər açıqlanıb. Siyahıya Andre Onana (“Mançester Yunayted”), Kərim Benzema (“Əl İttihad”), Yoşko Qvardiol (“Mançester Siti”), Camal Musiala (“Bayern”), Məhəmməd Salah (“Liverpul”), Emiliano Martinez (“Aston Villa”), Xviça Kvaratsxeliya (“Napoli”), Yasin Bono (“Əl-Hilal”), Martin Odeqaard (“Arsenal”), Julian Alvares (“Mançester Siti”), İlkay Gündoğan (“Barselona”), Vinisius Junior (“Real Madrid”), Ruben Dias (“Mançester […]

Dünya

Ermənistan Roma Statutunu ratifikasiya edəcək

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edəcək. Bunu respublikanın qanunverici orqanının spikeri Alen Simonyan deyib. “Bütün ehtimallara görə, Roma Statutu ratifikasiya olunacaq. Sənəd müzakirə mərhələsindədir”, – o, ölkə mətbuatına açıqlamasında bildirib. Xatırladaq ki, Ermənistan Roma Statutunu 1998-ci ildə imzalayıb. Mənbə: interfax.ru Xeberal.az

Cəmiyyət

Azərbaycanlı tələbə Moskvada vəfat etdi – FOTO

Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbəsi Fuad Şəmsi oğlu Nuriyev dünyasını dəyişib. Bizim.media xəbər verir ki, Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin sosial iş ixtisası üzrə təhsil alan Fuad Nuriyev onkoloji xəstəlikdən əziyyət çəkib.  Bir müddət Bakıda müalicə olunsa da, müalicə səmərə vermədiyindən ailəsi onu Moskvaya aparıb. Amma Rusiya paytaxtında da 20 yaşlı tələbəni sağaltmaq mümkün […]

Cəmiyyət

Qərbi azərbaycanlıların fərqli ləhcələri – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində yayımlanan verilişdə şivələrdən söhbət açılıb. Müsahibin sözlərinə görə, Qərbi Azərbaycanda hər kəndin özünün şirin ləhcəsi olub: “Bağ kəndlərinin şivələri fərqli idi. Məsələn, Haydarlı kəndində “kül sənin başuva, düz yerisən” deyirdilər. Amma Hallavar kəndində isə bir az mədəni danışırdılar”. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Verratti Qətər klubuna keçə bilər

PSJ-nin yarımmüdafiəçisi Marko Veratti Qətərin “Əl-Ərəbi” klubuna keçməyə yaxındır. Məlumata görə, futbolçu yeni müqavilə təklifi olmasa, Paris klubunu tərk edəcək. Bildirilir ki, italyan yarımmüdafiəçi Dohada yerləşən Qətər komandasına keçməyə artıq razılaşıb. Xatırladaq ki, 30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Veratti ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 […]

Cəmiyyət

Bazarda bahaçılıq alıcılıq qabiliyyətinin azalmasına səbəb oldu – VİDEO

İstehlak bazarında meyvə-tərəvəz bolluğu var, amma qiymətləri yüksəkdir. Xezerxeber.az-ın məlumatına görə, bahaçılıq bazarda alıcılıq qabiliyyətinin aşağı olmasına səbəb olub. Alıcılar qiymətlərdən, satıcılar isə müştəri azlığından şikayət edirlər. Məsələn, bazarda lobya 3 manat 50 qəpik, pomidor 3 manat, şaftalı 4 manat, gavalı isə 3 manatdır. Satıcılar deyirlər ki, hazırda rekord bahalaşma lobyada müşahidə edilir. Bunun isə […]

Dünya

İranda qar uçqunu: Ölənlər var

İranın cənub-qərbində qar uçqunu nəticəsində azı iki nəfər ölüb. Məlumata görə, üç nəfərlik bir ailə qarın altında qalıb. Hadisə nəticəsində onlardan ikisi – kişi və qadın dünyasını dəyişib. Xilasedicilər uşağı qarın altından çıxara biliblər. Həmçinin, hadisə nəticəsində 30-a yaxın turistin qar altında qaldığı bildirilib. Təbii fəlakət zamanı onlar Bican dağ keçidi ilə hərəkət ediblər. Zərərçəkənlərin dəqiq […]

Siyasət

Ermənistan silahlı qüvvələrindən növbəti təxribat – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılar Xocavənddə təxribata cəhd etdilər. Müdafiə Nazirliyi məlumat yaydı. Ukraynanın müdafiə naziri istefaya göndərildi. Oleksey Reznikovu bu vəzifədə kim əvəzləyəcək? Ehtiyatlı olun, hava kəskin dəyişir. Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq etdi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az