Cəmiyyət

Azərbaycanda pensiya yaşının azaldılması yenidən gündəm oldu – VİDEO

Pensiya yaşının azaldılması Azərbaycanda ən çox müzakirə edilən mövzulardan biridir. Ekspert Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, Azərbaycanda pensiya yaşı Avropa ilə eynidir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində pensiya yaşı 65 yaşdır. Azərbaycanda insanların orta ömür müddəti, Avropa və Qərb ölkələri ilə müqayisədə daha aşağıdır. İnsanların əksəriyyəti 9 il pensiya alsalar da, onlara 12 il […]

Dünya

İndoneziyada ASEAN sammiti keçirilir

Çərşənbə axşamı İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən İndoneziya Prezidenti Coko Vidodo təşkilat üzvləri arasında birliyin və bərabərliyin qorunmasının vacibliyini vurğulayıb. Vidodonun fikrincə, ASEAN heç bir dünya dövlətinin maraqlarını təmsil edəcək platforma olmamalıdır. Qeyd edək ki, ASEAN sammiti, həmçinin dəvət olunmuş dövlətlərin və regionların […]

Kriminal

Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu… – Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATI

Biləsuvar rayonunda 1985-ci il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Babanı (adlar şərti verilib – red.) qətlə yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mərdanın bacısı Sevda Baba ilə intim münasibətdə olub. Bu münasibətdən sonra Sevda 5 sentyabr 2014-cü ildə intihar edib. Mərdan Babanın bu hərəkətinin şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat […]

Cəmiyyət

Xaçmaz sakininə parklanma cəriməsi ilə bağlı yanlış bildiriş gəlib – FOTO

Xaçmaz sakininə parklanma cəriməsi ilə bağlı yanlış bildiriş gəlib. Lent.az xəbər verir ki, telefonuna bildiriş gələn B.Rzayev qeyd edib ki, dayanma-durma qaydası pozuntusu Bakıda, Lökbatan qəsəbəsində “Mercedes-Benz” markalı avtomobil tərəfindən qeydə alınıb: “Qayda pozuntusu Lökbatan dairəsində qeydə alınıb. Həmin “Mercedes-Benz” markalı avtomobilin dövlət qeydiyyat nişanı 90-TX-476-dır. Amma cərimə mənim “Opel” markalı 99-TX-478 dövlət qeydiyyat nişanlı maşınıma gəlib”. […]

Dünya

İranda tənqidi material dərc edən xəbər saytı bağlandı – FOTO

İranda tənqidi material dərc edən “Entexab” saytı bağlanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, xəbər saytının “İran brendinin hərracı”, “İranın xarici siyasəti niyə bu qədər zəifləyib?” başlıqlı video və reportajı yayımlamasından sonra fəaliyyəti dayandırılıb. Saytın bağlanmasına əsas səbəblər kimi İranın milli maraqlarına, xarici siyasətinə zidd və İran valyutasının dəyərdən düşməsi ilə […]

Müharibə

Ordubaddakı mövqelərimiz atəşə tutulub

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Xeberal.az

İdman

Yeni transfer edə bilməyən “Qarabağ” aparıcı futbolçularını itirir?

Azərbaycanda yay transfer pəncərəsi bağlanır, klublar transferdə son fəallıqlarını göstərirlər. Sports.az xəbər verir ki, “Qarabağ” Qurban Qurbanovun 1-2 futbolçu almaq istədiklərini söyləməsinə baxmayaraq yeni transfer edə bilməyib. Əksinə, Andrey Lunyovun gəlişindən sonra Qurban Qurbanova komandadan getmək istədiyini bildirən Luka Quqeşaşvilinin yaxşı təklifi var. Gürcüstan millisinin üzvünün icarə əsasında mövsümü başqa klubda keçirəcəyi istisna deyil. 24 yaşlı […]

Cəmiyyət

Qarabağda itkin düşən dörd minə yaxın azərbaycanlıdan xəbər yoxdur – VİDEO

“Atamı axtara-axtara Şuşaya gəlmişəm”. Bu sözləri şəhid qızı Baku TV-yə açıqlamasında deyib. O qeyd edib ki, atası 1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı burada itkin düşüb: “Mənim o zaman 12 yaşım var idi”. Qeyd edək ki, Ermənistan 31 ildir ki, 3 890 itkinimiz barədə məlumat vermir. Ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

Müdafiə Nazirliyi separatçılarla bağlı məlumat yaydı – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılar Xocavənddə təxribata cəhd etdilər. Müdafiə Nazirliyi məlumat yaydı. Ukraynanın müdafiə naziri istefaya göndərildi. Oleksey Reznikovu bu vəzifədə kim əvəzləyəcək? Ehtiyatlı olun, hava kəskin dəyişir. Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq etdi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az