Dünya

Türkiyəyə meteorit düşdü? – FOTO/VİDEO

Türkiyədə axşam saatlarında göydən parlayan obyektin düşməsi müşahidə olunub. Meteorit hesab edilən obyekt Diyarbəkir, Malatya, Ərzurum, Elazığ, Qaziantep başda olmaqla bir çox şəhərdə görülüb. Məsələ ilə bağlı Türkiyənin rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib. Türkiyənin bir çox yerində görünən və meteorit sayılan obyektin düşmə anı anbaan qeydə alınıb. Mənbə: Ahaber Xeberal.az

Cəmiyyət

Biləcəridə yol bərbad vəziyyətdədir – VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsinin sakinləri uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər. Xezerxeber.az-ın məlumatına görə, daşlı-torpaqlı küçədə məhəllənin balaca sakinlərinin oynamaq istəyi də daşdan keçir. Məsələ ilə əlaqədar Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib ki, həftəiçi əraziyə baxış keçiriləcək. Onun sözlərinə görə, qəsəbə daxilində küçələrin asfaltlanması mərhələli şəkildə həyata keçirilir. Əgər sözügedən ərazi planda yoxdursa, […]

İdman

Eduard Məmmədovun tələbələrindən növbəti uğur – VİDEO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-Təlim Şöbəsinin rəisi, polis polkovnik-leytenant Eduard Məmmədovun və “Zv Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər. Onlar İstanbul şəhərində keçirilən yarışda ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla altı medal qazanıblar. İdmançılarımızdan 57 kq çəkidə yer alan Kənan Cəfərli lokinq versiyasında […]

Dünya

Küveyt Türkiyədən “Bayraktar”lar alacaq

Küveyt Türkiyə ilə 18 ədəd “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatının (PUA) alınması üçün müqavilə bağlayıb. Bu barədə qardaş ölkənin əmirlikdəki səfiri Tuba Nur Sönməz bildirib. O, qeyd edib ki, Ankara PUA-ları istənilən zaman təhvil verməyə hazırdır. Sönməzin sözlərinə görə, Türkiyə Küveytə tələb etdiyi bütün hərbi texnikaları tədarük etmək imkanına malikdir. Qeyd edək ki, Küveyt […]

Siyasət

Paşinyan: “İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu demək çətindir”

“Rusiya sülhməramlı qüvvələri Üçtərəfli Bəyanatda onlara həvalə edilmiş missiyanı yerinə yetirmir və bu, ciddi narahatlıq doğurur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, Ermənistan ictimaiyyəti KTMT-nin davranışından dərin məyusluq yaşayır və məhz bu səbəbdən İrəvan 2022-ci ildə KTMT-nin payız sammiti zamanı bir sıra sazişləri ratifikasiya etməyib. […]

Siyasət

BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə dayanır?

BBC Yayım Korporasiyası (BBC) Azərbaycanın Qarabağ bölgəsindən birtərəfli və qərəzli süjet hazırlayıb. “Report” xəbər verir ki, ABŞ-nin erməni əsilli musiqiçi Serj Tankyan və separatçı Artak Beqlaryan jurnalistlərlə “həmsöhbət” olublar. BBC-nin daim münaqişələrin işıqlandırılmasında qərəzsizliyini, fikir plüralizmi və ifadə azadlığı prinsiplərini bəyan etməsinə baxmayaraq, söhbət Azərbaycandan gedəndə şirkət bunu tamamilə “unudur”. Əvvəla, A.Beqlaryan Azərbaycan ərazisindəki marionet qurumun […]

İdman

Azərbaycan atleti Balkan çempionatında medal qazanıb – FOTO

Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan çempionatı keçirilir. “Report” xəbər verir ki, bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb. O, 400 metr məsafəyə qaçışda 56,54 saniyə nəticə ilə yarışın gümüş medalını qazanıb. Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13,85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? – FOTO/VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kəndi haqqında xüsusi buraxılış hazırlanıb. “Göyçəyə qayıdış üçün səfərbərlik istəyi” adlı verilişdə Nərimanlı kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb. Bildirilib ki, Nərimanlı kəndinin adı […]

Cəmiyyət

Ailəsindən gizli döyüşən qazi: “Məni saatlarla sürüyüb çıxardılar” – VİDEO

Baku TV-də yayımlana “44 gün” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan bəhs edib. Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb: “Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdilər. Oradan məni saatlarla sürüyərək çıxardılar”. Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb: “Valideynlərim […]