Payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində üç ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində bir ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sabah saat 10:00-da qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti […]
Month: Sentyabr 2023
Qusarda baş həkim vəfat etdi
Qusar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəfat edib. APA-nın məlumatına görə, 53 yaşlı Kamran Rafiq oğlu Paşayev bu gün ürəktutmasından qəfil dünyasını dəyişib. Hadisəninin təfərrüatı araşdırılır. Xeberal.az
Pis vərdişlərdən müalicə alanların bir günü – VİDEO
Baku TV Azad İnsanlar Reabilitasiya və Sosial Uyğunlaşma mərkəzində müalicə alan şəxslərin bir günü ilə bağlı reportaj hazırlayıb. Reportajda mərkəzdə müalicə alan şəxslərin gündəlik məşğuliyyətlərindən bəhs olunub. Bildirilib ki, mərkəzdə narkotik vasitələr, spirtli içki, qumar və digər pis vərdişlərdən əziyyət çəkən insanların müalicəsi həyata keçirilir. Reabilitasiya Mərkəzinin təsisçisi Araz Şıxlinski qeyd edib ki, pasiyentlər günlərinə hovuzda […]
Tahir Gözəl: “Çox ağır oyun oldu, lakin biz bunu bacardıq”
“Bu tarixi bir gündür. Mən bu gün öz meydanımızda bu sevinci yaşadığım üçün qürur hissi keçirirəm”. Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Sloveniyanının “Olimpiya” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan (1:1, ilk matç – 0:2) sonra jurnalistlərə açıqlamasında deyib. Klub rəhbəri komandanı təbrik edib: “Əmin olun […]
Futbol üzrə Azərbaycan millisinin ilk rəsmi qələbəsindən 27 il ötür
Futbol üzrə Azərbaycan millisinin ilk rəsmi qələbəsindən 27 il keçir. Oxu.Az xatırladır ki, yığma komanda rəsmi görüşlərdə ilk qələbəsini 1996-cı ilin 31 avqustunda İsveçrə üzərində qazanıb. 1998-ci il dünya çempionatının seçmə mərhələsində keçirilən görüşdə millimiz rəqibindən 1:0 üstün olub. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda yeganə qolu 26-cı dəqiqədə Vidadi Rzayev vurub. Xeberal.az
Balakəndə qeyri-adi toy karvanı: Gəlini traktorla gətirdilər – VİDEO
Balakəndə qeyri-adi toy karvanının görüntüləri yayılıb. Oxu.Az-ın məlumatına görə, sözügedən görüntülər sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Belə ki, bəy və gəlini toy karvanında bəzədilmiş traktorlar müşayiət edib. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
“Qarabağ” Avropa Liqasının ikinci səbətində: Daha münasib komandalara rəqib olacaq
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasına ikinci səbətdən qatılacaq. Oxu.Az xəbər verir ki, buna Çexiyanın “Sparta” (Praqa) klubunun pley-offda Xorvatiya “Dinamo”sunu (Zaqreb) mübarizədən kənarlaşdırması səbəb olub. Daha yuxarı reytinqli Zaqreb klubunun turnirdən kənarda qalması Azərbaycan çempionun ikinci səbətə yolunu açıb. Daha əvvəl təmsilçimizin iki, yoxsa üçüncü səbətə düşəcəyi qeyri-müəyyən idi. Qeyd edək ki, ikinci […]
Cəlilabadda minik avtomobili aşdı: Xəsarət alanlar var
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Cəngan kəndi ərazisində qeydə alınıb. Qəza zamanı VAZ-2107 markalı minik avtomobili aşıb. Nəticədə rayon sakinləri 1981-ci il təvəllüdlü Cabbar Həsənov və 2006-cı il təvəllüdlü Sənan Tarverdiyev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Xeberal.az
Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik məktəbinin buraxılış mərasimində iştirak edib – FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir. Bildirilib ki, […]