İdman

Kiyev “Dinamo”sunun əfsanəsi müharibəyə qoşuldu

Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi Vladislav Vaşuk Ukrayna Milli Qvardiyasının “Burevіy” hücum briqadasının sıralarına qoşulub. Bu barədə keçmiş futbolçu özünün “Facebook” səhifəsində məlumat verib. 48 yaşlı Vaşuk Ukraynada “rus dünyası” görmək istəmədiyini bildirib. “Bəli, bu mənim şəxsi qərarım idi. Qohumlar və dostlar hələ də şokdadırlar. Bilirəm ki, bəziləri məni heç vaxt başa düşməyəcək. […]

Kriminal

Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə “Report”a Cəlilabad rayon prokurorluğundan bildirilib. Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla […]

Kriminal

Bakıda kişi arvadının xadimə işlədiyi evi soydu

Bakıda kişi arvadının xadimə işlədiyi imkanlı şəxsin evindən oğurluq etdiyi üçün həbs olunub. “Qaynarinfo”nun məlumatına görə, 1966-cı ildə Yevlax rayonunda anada olmuş Vaqif arvadının 6 il xadimə işlədiyi evdən oğurluq etməsinin səbəbi barədə məhkəmədə danışıb. Ailə üzvləri ilə birlikdə kirayədə yaşadığını və təmir-tikinti işləri ilə məşğul olduğunu deyən Vaqifin əmək fəaliyyəti daimi olmayıb, müəyyən vaxtlarda […]

Dünya

Ərdoğan Adıyamanda çıxış edib: “Bir il ərzində 650 min yeni evi tikib təhvil verəcəyik”

“Seçki qutusu bizim özümüz və ölkəmiz üçün iradəmizi, üstünlüklərimizi və arzularımızı ifadə edə biləcəyimiz ən yaxşı vasitədir. Biz bunu seçkilərin birinci turunda rekord səviyyədə seçici fəallığı ilə sübut etdik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən ən çox zərər çəkmiş bölgələrdən biri olan Adıyamanda çıxışı zamanı söyləyib. Səfər zamanı Ərdoğanı MHP sədri Dövlət Baxçalı, […]

Dünya

Azərbaycan millisinin futbolçusu yeddi il oynadığı Almaniya klubundan ayrıldı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubunu tərk edib. Aue təmsilçisi rəsmi saytı vasitəsilə 33 yaşlı yarımmüdafiəçi ilə yolların ayrıldığını açıqlayıb. III Bundesliqa klubu təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb. Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, 7 il ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub. Xeberal.az

Dünya

Türkiyədə içində hərbçilərin olduğu maşın körpüdən aşıb – VİDEO

Türkiyədə Hakkari-Van vilayətinin 30-cu kilometrliyində hərbi zirehli maşın körpüdən aşaraq su kanalına düşüb. Hadisə vaxtı zirehli maşında 12 hərbçi olub. Hərbçilərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlar ətrafdakı insanların köməyi ilə xəstəxanalara çatdırılıblar.  Mənbə: DHA Xeberal.az

Siyasət

Azərbaycan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasinda iştirak edir

Mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, mayın 22-dək davam edəcək sessiyada alyansa üzv 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər. Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, münaqişələr, […]

Siyasət

İrəvan küçələrində etiraz aksiyaları başladı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “O bizi sevdiyi kimi, vətənini də sevirdi. Vətənpərvər idi”.  Xalq öz şəhidini yad edir. Vidadi Zalovun 40 mərasimi keçirildi. Terroru Türkiyədən uzaqlaşdıran lider. Ərdoğan bu istiqamətdə hansı uğurlara imza atdı? Paşinyanın oğluna görə qadını həbs etdilər. İrəvan küçələrində etiraz aksiyaları başladı. Tədris mərkəzində müəllim şagirdləri qamçı ilə döydü. Polis məsələni […]