Kriminal

Şəmkirdə baş verən qəzada yaralanan şəxs ölüb

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb. “Report”un məlumatına görə, mayın 12-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan və bu gün dünyasını dəyişən şəxs İlkin Əhməd oğlu Alıyev olub. Qeyd edək ki, hadisə “Nissan” markalı avtomobilin maneəyə çırpılması nəticəsində olub. Qəzada daha 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. […]

Siyasət

Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı yalanlar ifşa olundu. Təcili tibbi yardım maşını aşdı. Avtomobildə olan xəstə xəstəxanada həyatını itirdi. “İki nəfər qarşılaşanda biri maşın yoluna düşməli olur”. Səkilərə həsrət qalan sakinlərin problemi nə vaxt həllini tapacaq? Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

Suriyadan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib

Mayın 18-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır. Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra […]

İdman

Rolan Qarrosun rekordçusu Nadal builki turniri buraxacaq

İspaniyalı Rafael Nadal Roland Qarros (Fransa Açıq Çempionatı) Böyük Dəbilqə turnirində çıxış etməyəcək. Bu barədə Peşəkar Tennis Assosiasiyası məlumat yayıb. Turnirdən imtina edən Nadal bunu zədəsilə izah edib. O, bundan əvvəl də eyni səbəbdən bir sıra yarışları buraxıb. Qeyd edək ki, Nadal ilk dəfə 2005-ci ildə Rolan Qarrosda çıxış edib. O, turnirin 14 qat və […]

İqtisadiyyat

Azərbaycanda torpağın qiyməti ucuzlaşacaq? – AÇIQLAMA

“Torpaq Məcəlləsinə edilən dəyişikliyin torpaq sahələrinin qiymətlərinə necə təsir edəcəyi bəlli deyil, lakin qiymətin ucuzlaşacağını gözləmək doğru deyil”. Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanov deyib. O qeyd edib ki, hələ ki, bu qərarın icrası ilə bağlı proses tam aydın deyil. “Çünki qərarın icrası zaman müəyyən olunmuş dəyişikliklərin necə həyata keçiriləcəyi, yerli icra orqanlarının, bələdiyyələrin […]

Siyasət

ABŞ-dən Azərbaycan və Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara dair AÇIQLAMA

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara münasibət bildirib. Bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə danışıb. “ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, – o qeyd edib. Xeberal.az

Şou-Biznes

“Netflix” şousu sayəsində itən qız 6 il sonra tapıldı

Kayla Unbehaun adlı qız oğurlandıqdan 6 il sonra, kimsə onu Netflix televiziya şousundan tanıdığı üçün tapılıb. Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kayla 2017-ci ildə ABŞ-ın İllinoys ştatında anası ilə birlikdə yoxa çıxıb. Atası çox axtarsa da, nə qızını, nə də onun anasını tapa bilməyib. Lakin bu illər ərzində qızını tapacağına ümidini itirməyib. O, sosial şəbəkələrdə […]

Siyasət

Göz önündə saralan “qırmızı xət”lər – VİDEO

Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə baş tutan danışıqların yekununda səsləndirilmiş, daha sonra isə dərc olunmuş bəyanat kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçidin əsasını qoyub. Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, ekspertlər danışıqlar […]

Cəmiyyət

Novxanıdakı milyonluq avtomobillər kimindir? – VİDEO

“İstəyib, əldə edə bilmədiyim maşın yoxdur”. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində retro avtomobillərin kolleksiyaçısı Azad Kərimov deyib. 1930-1992-ci illərə məxsus maşınları toplayan A.Kərimovun sözlərinə görə, kolleksiyasında məhdud sayda istehsal olunmuş avtomobillər də var. O, kolleksiyasına daxil etdiyi ilk avtomobilin 400 manata aldığı “Volkswagen Beetle” olduğunu deyir: “Bu maşını Ferdinand Porşe yaradıb. Adolf Hitler […]

Cəmiyyət

Neftçalada ev yanıb

Neftçala rayonunda ev yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Xol Qarabucaq kəndində ümumi sahəsi 173 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az