Şou-Biznes

Bir-birinə əkiz kimi bənzəyən 6 Hollivud ulduzu

Adətən, avropalılar asiyalılar haqqında danışanda onları bir-birinə bənzədir, hətta ayırd edə bilməməkdən gileylənirlər. Amma asiyalıları da avropalıları bənzədirmişlər. Hollivud ulduzları Margot Robbie,  Emma Stone, Samara Veaving, Ceymi Pressli, Ceymi Makkey və Ceymi King bir-birlərinə əkiz kimi bənzədilən ulduzlardır. Lent.az bənzər aktrisaların fotolarını təqdim edir.  

Kriminal

Mərkəzi Kəşfiyyat İdarəsindən gözlənilməz addım – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Mərkəzi Kəşfiyyat İdarəsindən gözlənilməz addım. ABŞ rusiyalıları casusluğa çağırır. Hesablama Palatası Naxçıvan Hava limanında yoxlamalar apardı. Qurumun fəaliyyətində nöqsanlar aşkarlandı. Ağstafada qohumlar arasında dava düşdü. Əmioğulları bir-birini xəstəxanalıq etdi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Kriminal

Ağstafada qohumlar bir-birini bıçaqladı: Xəsarət alanlar var – VİDEO

Ağstafada bir müddət əvvəl qətlə yetirilən 13 yaşlı Cavanşir Bədirovun ailəsi və qohumları arasında mübahisə düşüb. Xezerxeber.az xəbər verir ki, mübahisə sonradan kütləvi davaya çevrilib. Hadisə rayonun Poylu qəsəbəsində baş verib. İddia edilir ki, dava zamanı dünyasını dəyişmiş yeniyetmənin əmisi 52 yaşlı Elşən Bədirov qardaşı oğlu, 33 yaşlı Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər […]

Cəmiyyət

Belçikada itkin düşən Azərbaycan vətəndaşının yeri müəyyən edildi

Belçikada itkin düşən Azərbaycan vətəndaşı Nizami Məmmədovun yeri müəyyən edilib. Bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən məlumat verilib. Qeyd olunub ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub. “Bununla bağlı […]

Şou-Biznes

Vergilərdən yayınan Şakira 18 milyon dollarlıq yaxtada

Son zamanlar adı tez-tez vergi borclarında hallanan dünya şöhrətli müğənni Şakira dəbdəbəli yaxtada istirahət edərkən yaxalanıb. Lent.az-ın məlumatına görə, 46 yaşlı müğənni Mayamidə dostları ilə birlikdə “Mastercraft X24” adlı yaxtada əylənib. O öncə qısa şort və sadə futbolkada, sonra yasəmən rəngli zərif geyimdə, makiyajsız olub.  

Dünya

Berlin Pekindən Almaniyadakı gizli polis məntəqələrini bağlamağı tələb etdi

Almaniya hökuməti Çindən Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən gizli polis idarələrini bağlamasını tələb edib. Almaniyada Çin hakimiyyətinin xaricdəki çinlilərə nəzarət etmək və onları qorxutmaq üçün istifadə etdiyi azı iki mobil polis məntəqəsi var. Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Maksimilian Kall bildirib ki, bu məntəqələrin fəaliyyəti yerli hakimiyyət orqanları tərəfindən ciddi nəzarətdədir. Mənbə: Bloomberg Xeberal.az

Siyasət

Ermənistan sakinlərinin çoxu Azərbaycanla sərhəd gərginliyində hakimiyyəti günahkar hesab edir

Respondentlərin 42,6%-i Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərdə Ermənistan hakimiyyətini günahkar hesab edir. Bunu çərşənbə axşamı GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın təqdim etdiyi sorğunun nəticələri sübut edir. Həmçinin rəyi soruşulanların 26,5%-i Rusiya, 18,3%-i Azərbaycan, 9,5%-i isə Türkiyə hakimiyyətinini 15,6%-i Rusiya sülhməramlılarını sərhəddəki gərginlikdə ittiham edib. Sorğu bütün Ermənistan üzrə aprelin 26-30-da telefon zəngləri […]

Mədəniyyət

Mehriban Ələkbərzadə kollektivə təqdim olundu – FOTO

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın kollektivinə təqdim olunub. Bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb. Bildirilib ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Mehriban Ələkbərzadəni təbrik edib, onun teatr fəaliyyətini yüksək qiymətləndirib, quruluş verdiyi səhnə əsərlərinə olan tamaşaçı marağından danışıb.  […]

Siyasət

“Caliber”: “Azərbaycan başlayır və qazanır” – VİDEO

Mayın 14-də Brüsseldə keçirilən danışıqlara dair açıqlanan sənədlərdən belə görünür ki, bir müddət əvvəl Vaşinqtonda əldə olunan razılaşmalar daha aydın cizgilər qazanıb. Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində bildirilir. “Danışıqlar arasındakı qısa müddət məsafəsini nəzərə alsaq, belə təəssürat yaranır ki, Brüssel sadəcə Vaşinqtondakı nailiyyətləri möhkəmləndirməklə məşğuldur. Lakin Avropa ikinci dərəcəli rola qane olacaq qədər […]

Cəmiyyət

Cəlilabadda məscid yandı – VİDEO

Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.  “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb.  Belə ki, kənddəki ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb.  Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az