Siyasət

ABŞ-da ümummilli lider Heydər Əliyevin büstü açılacaq – FOTO

ABŞ-da ümummilli lider Heydər Əliyevin büstü açılacaq. “Report” xəbər verir ki, çağdaş Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan büst Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində qoyulacaq. Əsərin müəllifi Azərbaycanda doğulmuş milliyətcə yəhudi olan heykəltəraş Sergey Eylanbekovdur. Büstün açılış mərasimində BMT-nin və Nyu-York şəhər administrasiyasının rəsmilərinin iştirakı gözlənilir. Xeberal.az

İqtisadiyyat

Evlərin sığortasına nəzarət artır: Cərimələr başlayır – FOTO/VİDEO

Azərbaycanda yaxın müddətdə daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bu barədə jurnalistlərə məlumat verən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib ki, artıq İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya prosesi başa çatıb.  Maraqlıdır, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin elektronlaşması nəyə xidmət edəcək? “Qafqazinfo” xəbər […]

Cəmiyyət

Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yaydı – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Üç ildir davam edən COVID-19 pandemiyası bitdi. Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yaydı. Kiyevin müdafiəsində iştirak edən azərbaycanlı mükafatlandırıldı. Şəhər administrasiyası ona necə təşəkkür etdi? Evlərini sığortalamayanlar cəzalandırılacaqlar. Prosesə hansı qurumlar nəzarət edəcək? Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İdman

Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə 100 gün qalıb – FOTO

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına rəsmi gerisayıma mayın 5-də start verilib. Bununla bağlı təşkil olunan tədbirdə dünya çempionatlarında Azərbaycanın qazandığı medallara görə 71 ölkə arasında 39-cu pillədə qərarlaşdığı və yığma komandamızın aktivində 5 medal olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 2000-ci ildə Sidneydə keçirilmiş Yay Olimpiadasının qalibi, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu və dünya […]

Şou-Biznes

Merve Boluğur imicini dəyişdi – Görün kimə oxşatdılar 

Türkiyəli aktrisa Merve Boluğur imicində dəyişiklik edib.  Lent.az xəbər verir ki, uzun müddətdir səhnələrdən uzaq olan aktrisa bununla da ekranlara qayıdacağının siqnalını verib.  Boluğurun şəxsi sosial media hesablarında paylaşdığı şəkillər çoxlu bəyənmə və şərhlər gəlib. Aktrisa fotolarını paylaşaraq "Kristen işinə bax bro" yazaraq özünü Kristen Stüartla müqayisə edib. Həmçinin, izləyicilər də onu Hollivud ulduzu Kristen […]

Cəmiyyət

Quba şəhərində gəzinti: Səki yoxdur – VİDEO

Quba – ölkənin şimal zonasında yerləşən ən böyük şəhərdir. Bloqer Anar Əliyev memar Dilqəm İsmayılov ilə Qubanı gəzib, burada küçələrin, yolların, tarixi evlərin və məscidlərin vəziyyətini dilə gətirib. Bloqer şəhər yollarında səkilərin yoxluğunu xüsusi vurğulayıb. O bildirib ki, şəhərdə vəziyyət bir o qədər də ürəkaçan deyil. Ətraflı videonu təqdim edirik: Xeberal.az

İdman

Messi Səudiyyə Ərəbistanına səfərə görə üzr istədi – VİDEO

Lionel Messi Səudiyyə Ərəbistanına səfər etdiyi üçün PSJ-dən üzr istəyib. O, müvafiq bəyanatını sosial şəbəkədə dərc edib. “Mən düşünürdüm ki, onlar həmişə olduğu kimi, oyundan sonra bizə bir gün istirahət verəcəklər. Mən səfəri ləğv edə bilmədim. Çünki daha əvvəl bir dəfə təxirə salmışdım. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun qərarını gözləyirəm”, – deyə futbolçu bildirib. […]

Dünya

İranda tanınmış ayətullahın oğlunun meyiti Xəzərin sularından çıxarıldı – FOTO

İranda tanınmış ayətullah Fazel Əstərabadinin oğlunun meyiti tapılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, İbrahim Fazelin cəsədi Cuybar bölgəsinin Qoldəşt kəndində Xəzərin sahil sularından çıxarılıb. Məlumata görə, İbrahim Fazil üç gün əvvəl Behənmir şəhərinin Karfun çimərliyində itkin düşüb.   Xeberal.az

Cəmiyyət

Göygöldə avtomobil ağaca çırpıldı

Göygöldə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var. “Report”un məlumatına görə, VAZ markalı avtomobilin ağaca çırpılması nəticəsində Taleh Qasımov, Musa Rzayev və Novruz Cavadov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az