İdman

“Norway Chess”: Şəhriyar Məmmədyarov ilk məğlubiyyətini alıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib. “Report”un məlumatına görə, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gəlib. Görüş 40-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. O, hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə ilə birlikdə 8-9-cu yerləri bölüşdürür. Məmmədyarov ilk turda […]

İqtisadiyyat

Rövşən Nəcəf “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri ilə görüşüb – FOTO

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb. SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçıları tərəfindən […]

Siyasət

Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Ermənilər zaman-zaman tarixi torpaqlarımızda oğuz türklərinin tarixi-mədəni irsinə qarşı cinayətlər törədiblər. Onlar qədim yaşayış məskənlərinin adını dəyişdirərək izini itirməyə çalışıblar. Layihənin bu dəfəki buraxılışında Qərbi Azərbaycanda yerləşən Dərəçiçək mahalından bəhs edilib. Əlibəy dağının ətəyində yerləşən qədim məntəqə 1728-ci ildən məlumdur. Kənd Dərəçiçək dərəsinin adı ilə […]

Kriminal

Daxili İşlər Nazirliyi məlumat yaydı – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Qarabağla bağlı həqiqəti bilmirik” – Paşinyandan tarixi etiraf. Rusiyadan müharibənin gedişatını dəyişəcək həmlə – Ukraynanın son döyüş gəmisi vuruldu. Şirvanda narkotiklə saxlanılan şəxs polis şöbəsində niyə öldü? – Daxili İşlər Nazirliyi məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

Azərbaycanda ilk dəfə elektromobillərin yürüşü keçiriləcək – FOTO

Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yürüşü baş tutacaq. Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) artıq bir sıra tədbirlər həyata keçirilib. Bunlardan […]

Siyasət

“Bu, erməni cinayətkarların son şansıdır” – ŞƏRH + FOTO

“Vətən müharibəsindəki qələbəmiz yeni reallıq formalaşdırmağımıza səbəb olub. Artıq Azərbaycan bölgədə təkliflərini irəli sürür, diktə edir. Bütün bunlar dünya birliyi tərəfindən də qəbul edilir və dəstəklənir”. Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. O qeyd edib ki, ermənilərdən tələblər sadədir, ədalətlidir və beynəlxalq hüquqla tənzimlənən normalara əsaslanır: “Proseslər Azərbaycanın suveren ərazisində gedir. […]

İqtisadiyyat

SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşdü – FOTO

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı diqqətə çatdırılıb. Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin […]

Kriminal

Tovuzda iki qardaş bıçaqlandı

Tovuzda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki, qardaşlar – Cəfərov Gündüz və Cəfərov İsrail tanışları tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xeberal.az

İqtisadiyyat

SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsləsini müzakirə edib – FOTO

SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib. Oxu.Az xəbər verir ki, mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı vurğulanıb, Azərbaycan qazının […]

Şou-Biznes

Britni Spirsi keçmiş əri hədələdi

Pop ulduz Britni Spirsin keçmiş əri Kevin Federlayn uşaqlarına görə müğənnini məhkəməyə verəcəyini deyib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Britni Spirs əriylə yaşayan oğullarının onunla birgə başqa şəhərə köçmələrinə icazə verməlidir. Lakin dəfələrlə vəkilinə müraciət edilsə də, Britni keçmiş ərinin xahişini yerə salıb. Buna görə keçmiş ər onu məhkəmə ilə hədələyir. Kevin Britniyə iyunun 2-nə […]