İdman

“Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü – VİDEO

“Fənərbağça” – “Zenit” yoldaşlıq görüşünün birinci hissəsinin sonunda Şükrü Saracoğlu stadionunun tribunalarında türkiyəli azarkeşlərlə rusiyalı fanatlar arasında münaqişə baş verib. Qonaqlar “Rusiya! Rusiya!” qırqırmağa başlayıblar ki, bu da yerli futbol həvəskarlarını qıcıqlandırıb. Vəziyyətə polis müdaxilə etməli olub. Sankt-Peterburq klubunun azarkeşləri sonda polisin müşayiəti altında tribunaların altındakı əraziyə aparılıblar.  Qeyd edək ki, “Fənərbaxça” və “Zenit” komandaları arasında […]

Dünya

Suriya və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər

Suriya və Səudiyyə Ərəbistanının hakimiyyət orqanları diplomatik münasibətlərin kəsilməsindən on bir il sonra səfirliklərinin işini bərpa etmək qərarına gəliblər. Ər-Riyad və Dəməşqdəki səfirliklərin işə başlama vaxtı barədə məlumat verilməyib və tərəflər hələlik bu mesajı rəsmi şəkildə şərh etməyiblər. Xatırladaq ki, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr 2012-ci ildə prezident Əsədi müxalifəti zorakılıqla sıxışdırmaqda ittiham […]

Cəmiyyət

İsmayıllıda 60 yaşlı qadın intihar etdi

İsmayıllıda 60 yaşlı qadın intihar edib. ”Report” xəbər verir ki, rayonun Əhən kənd sakini 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Qadının özünə qəsd etməsinin səbəbi hələ ki dəqiq məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının […]

Siyasət

Ermənistandan Azərbaycana qarşı növbəti dezinformasiya – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Azərbaycanın səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılmayıb”. Ayxan Hacızadə Ermənistanın daha bir yalanını ifşa etdi. “Azərbaycanın İranla sərhədini qorumaq lazımdır”. Antoni Blinken ermənipərəst senatora cavab verdi. Azərbaycandan Türkiyəyə daha bir qardaş dəstəyi. “Qarabağ”la “Qalatasaray” təbii fəlakətdən zərərçəkənlərə görə yaşıl meydanda qarşılaşacaq. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Kürdəmirdə fərdi yaşayış evində yanğın olub – VİDEO

Kürdəmirdə üç otaqlı fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə yanıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələrinin çevik müdaxiləsi […]

Dünya

İranda yaşayış evinin uçması nəticəsində 3 nəfər ölüb

Cümə axşamı İranın şimalında yerləşən Vəramin şəhərində yaşayış binasının uçması nəticəsində azı 3 nəfər ölüb. Bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz rəsmi saytında məlumat yayıb. Məlumata görə, binanın uçması ilə bağlı ilk xəbərləri aldıqdan sonra iki xilasetmə qrupu təcili hadisə yerinə gəlib. Onlar dağıntılar altından kişi, qadın və uşaq meyitlərini çıxarıblar. İnsanların hələ də […]

İdman

Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”

“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”. “Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib. Kapitan komandanın matça hazır olduğunu söyləyib: “Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, […]

Şou-Biznes

Cennifer Lopez çılpaq poza verdi – FOTO

Amerikalı məşhur müğənni Cennifer Lopez ayaqqabı reklamında çılpaq çəkilib. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı müğənni "Revolve" brendinin açıq reklamında verdiyi pozaları pərəstişkarları ilə paylaşıb. Müğənninin bu fotoları sosial şəbəkədə yüz minlərlə bəyənmə toplayıb.

Cəmiyyət

Valideynlər uşaqlarını niyə peşəyə yox, ölümə yönləndirirlər? – VİDEO

Sosial şəbəkələrdə və ya saytlarda yeniyetmələrin intihar etməsinə dair xəbərlərə rast gəlirik. Səbəbini araşdırdıqda isə məlum olur ki, həmin şəxslər təhsillə bağlı valideynlərinin təzyiqlərinə tab gətirməyərək bu addımı atırlar.  Ümumiyyətlə, bəzi hallarda valideynlərin öz övladlarına məcburi qaydada ali təhsil almağa sövq etməsi psixoloji travmaya gətirib çıxara bilir. Maraqlıdır, ali təhsil almağı övladlarına təkid edən valideynlər niyə […]

Siyasət

Qərbi Azərbaycan İcması: “Paşinyan azərbaycanlıların geri qayıtma hüququna xələl yetirir”

“Ermənistanın baş naziri Nikol Paşinyan 23 mart 2023-cü il tarixində bəyanat verərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışmışdır”. Oxu.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. “Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışmışdır. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada […]