MARAQLI

Niderlandda porsuqlara görə qatarların hərəkəti dayandırıldı

Niderlandda porsuqlar dəmiryolu relslərinin altını qazıblar, bu da iki xətt üzrə uzun müddət nəqliyyatın hərəkətinin bağlanmasına səbəb olub. Den-Boş və Bokstel şəhərləri arasındakı xətdə hərəkət edən bütün qatarlar dayandırılıb. Ölkənin Milli Dəmiryolu Şirkəti xəttin ən azı bir həftə bağlı qalacağını bildirib. Bildirilib ki, porsuqların aktivliyinə görə relslər bata bilər ki, bu da qatarların hərəkətinin təhlükəsizliyinə […]

Şou-Biznes

Küçəyə çılpaq çıxan müğənni psixatrik xəstəxanaya düşdü

Amerikalı aktrisa, müğənni və modelyer Amanda Bayns Los-Anceles küçələrində çılpaq görünəndən sonra psixiatrik xəstəxanaya yerləşdirilib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə şahidləri deyirlər ki, bipolyar pozğunluqdan əziyyət çəkən məşhur heç bir paltarı olmadan maşını saxlayıb və sürücüyə psixi pozuntusu olduğunu deyib. Bundan sonra 36 yaşlı aktrisanın özü telefonla 911-ə zəng edib, o, polis bölməsinə […]

Cəmiyyət

Azərbaycan Müdafiə Nazirliyi yalan məlumatları təkzib etdi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan təxribat maşınını yenidən işə saldı. Azərbaycan Müdafiə Nazirliyi yalan məlumatları təkzib etdi.  Makrondan etirazçıları daha da qəzəbləndircək açıqlama. Pensiya islahatı ilin sonuna qədər qüvvəyə minəcək.  Xalq artisti Mehriban Zəki reanimasiyaya yerləşdirildi. Oqtay Əliyevin avtomobilində qəzaya düşənlərin son vəziyyəti açıqlandı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İdman

“Milan” yayda ulduzunu sata bilər

“Milan” yay transfer pəncərəsi zamanı hücumçusu Rafael Leaonu sata bilər. Bu, klub 23 yaşlı portuqaliyalı ilə yeni müqavilə üzrə razılığa gələ bilməyəcəyi təqdirdə baş verəcək. “Milan” futbolçuya illik 6 milyon avro maaşla müqavilə təklif edib. “Rossoneri”nin məbləği 7 milyona yüksəltmək imkanı var. Futbolçunun özü isə bonuslar istisna olmaqla, ildə 7,5 milyon avro sabit gəlir istəyir. Hücumçunun […]

Cəmiyyət

Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda sex yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayonunda ümumi sahəsi 500 kv.m olan bir dam altında tikilən 8 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun dam örtüyünün taxta atmaları 38 kv.m sahədə və içərisində olan 1 ədəd hava kompressoru yanıb. “Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından […]

Cəmiyyət

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Güney Azərbaycan türklərinin yaydığı çağırışda deyilir. Çağırışda bildirilir ki, “Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir: “Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq! Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı […]

Cəmiyyət

Bakıda yanğın olub, xəsarət alan var

Bakıda dördotaqlı evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Nizami rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağında ev əşyaları 20 kv.m sahədə yanıb, yüksək temperaturdan tavan 20 kv.m sahədə qismən qarsalanıb.  Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.  Evin qalan hissəsi yanğından […]