Siyasət

Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub – FOTO

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin […]

İqtisadiyyat

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Qazaxıstanda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mətbuata açıqlamasında bildirib ki, London Astanaya Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək. Britaniyanın xarici işlər naziri Qazaxıstan neftinin Avropa bazarına daşınmasına toxunaraq vurğulayıb ki, nəzərdə tutulan ixrac marşrutu Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq üçün əhəmiyyətli investisiya tələb […]

Mədəniyyət

Kinolarımızda Novruz bayramı necə əks olunub – VİDEO

Baku TV-nin “Retro Baku” verilişinin növbəti  buraxılışı Azərbaycan kinolarında Novruz bayramının necə əks olunduğuna həsr olunub. Mövzu ilə bağlı danışan Əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyib ki, Novruz bayramı kinematoqrafımızda ötən əsrin 60-cı illərindən öz əksini tapmağa başlayıb: “İlk dəfə olaraq isə “Dəli Kür” filmində olub”. Ətraflı Baku TV-nin “Retro Baku” verilişində: Xeberal.az

Mədəniyyət

Səudiyyə Ərəbistanının Milli Muzeyi haqqında maraqlı faktlar – FOTO

Paytaxt Ər-Riyadın tarixi mərkəzində yerləşən muzey təkcə sərgi məkanı deyil, həm də tarixi abidələrin toplanması, qeydiyyatı, bərpası və mühafizəsi ilə məşğul olan elmi mərkəzdir. Məkan konsepsiyasına görə də klassik muzeylərdən çox fərqlənir. Səudiyyə Ərəbistanı Milli Muzeyi ölkənin əsas, ən maraqlı və zəngin muzeyidir. Kral Əbdüləzizin tarixi mərkəzinin mühüm bir hissəsidir. Paytaxt Ər-Riyadın tarixi mərkəzində yerləşən […]

Cəmiyyət

DİN kiberdələduzlara bağlı vətəndaşlara müraciət edib – FOTO

Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır. Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a bildirilib ki, həmin sosial şəbəkə səhifələrində ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən […]

İdman

“Tottenhem” səfərdə autsayderlə bacarmadı – VİDEO

“Tottenhem” İngiltərə Premyer Liqasında 28-ci tur oyununa çıxıb. Komanda “Sauthempton”un qonağı olub və bərabərə qalıb – 3:3 “Sauthempton” – “Tottenhem” – 3:3 Qollar: Porro, 45+1 (0:1), Adams, 46 (1:1), Keyn, 65 (1:2), Perişiç, 74 (1:3), Uolkott, 78 (2:3), Prouz, 90+3  (3:3) “Tottenhem” 49 xalla 5-ci, “Sauthempton” 23 xalla sonuncu-20-cidir. Turnir cədvəlinə 66 xalla “Arsenal” başçılıq […]

Siyasət

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb – FOTO/VİDEO

Türkiyənin istiqlal müharibəsi tarixində mühüm rol oynayan Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində Çanaqqala Şəhidliyi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarətə açılıb. Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmail Kaşdemir iştirak edərək Azərbaycan abidəsinin önünə çələng qoyublar. Xatırladaq ki, […]

İdman

Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlandı – SİYAHI

Azərbaycan U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Samir Əliyev 24 oyunçuya dəvət göndərib. Yığma martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. U-21 bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığmaya dəvət olunan futbolçuların siyahısını təqdim edirik: […]

İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları”nın sədri Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub – FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub. “Report” xəbər verir ki, Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Rəşad Daşdəmirov qonaqlara limanın tarixi, imkanları və yük dövriyyəsi haqqında məlumat verib. Liman administrasiyasının binasında keçirilən görüşdə tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınlarının […]

Kriminal

Bakıda bankomatdan pul çıxaran qadınları soyan şəxs saxlanılıb – VİDEO

Paytaxtın Xətai rayonunda naməlum şəxs  bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib.  Bakı […]