Cəmiyyət

İngiliscə ana dili kimi danışan azyaşlı Xınalıq sakini Türkiyəyə dəvət olundu – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycan vətəndaşı İranda itkin düşdü. Xarici İşlər nazirliyi rəsmi Tehrana nota ünvanladı. Naxçıvan gömrüyünə yeni rəis təyin olundu. Dövlət Gömrük Komitəsinin sədri sərəncam imzaladı. İngiliscə ana dili kimi danışan azyaşlı Xınalıq sakini Türkiyəyə dəvət olundu. Daha ətraflı “Baku News”un 23:00 buraxılışında: Xeberal.az

İqtisadiyyat

AREA, SOCAR və “Masdar” yaşıl enerji layihələrini müzakirə edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Trend xəbər verir ki, AREA-nın direktoru Cavid Abdullayev və “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayevin iştirakı ilə keçirilən […]

Şou-Biznes

“Kennedi Hall” və … – Məşhurlarımızın xəyalındakı səhnələr – SORĞU

Böyük səhnələrə çıxmaq əvvəlcə elə böyük xəyal kimi görünür. Bunun da yolu kiçik səhnələrdən, istedaddan, zəhmətdən keçir. Azərbaycanın yerli şou-biznes nümayəndələrindən dünya ölkələrinin bəzilərində səhnə alıb. Bəs onların xəyalındakı,  çıxış etmək istədiyi böyük səhnə hansıdır?  Lent.az bir neçə məşhur arasında sorğu keçirdi.  Xalq artisti Tünzalə Ağayevanın meneceri Lent.az-a bildirdi ki, müğənni dünya ölkələrində səhnə alıb: […]

Ana Səhfə

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin olundu

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar İsmayıl oğlu Əliyev sözügedən posta gətirilib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev bundan əvvəl Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi […]

Dünya

Türkiyədə 8 müəssisə karantinə alındı

Türkiyədə heyvanlarda SAT-2 serotipli ayaq-ağız xəstəliyi ilə bağlı ilk yoluxma halı aşkar edilib. Bu barədə Kənd və Meşə Təsərrüfatı Nazirliyi açıqlama verib. “Ölkəmizdə əvvəllər rast gəlinməyən SAT-2 serotipli ayaq-ağız xəstəliyi ilə bağlı ilk yoluxma halı aşkar edilib və dərhal təcrid edilib. Təcili şəkildə bu serotipə qarşı peyvəndin istehsalı üzrə işlərə başlanılıb və bütün aidiyyəti qurumlara […]

Siyasət

Bakıda “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda müzakirələr aparılıb – FOTO

Martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən 3-cü panel iclasında “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda müzakirələr aparılıb. Dünyanı narahat edən problemlərdən bəhs edən moderator diqqətə çatdırıb […]

Siyasət

Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulmalıdır – Könül İsmayılova

Prezident İlham Əliyev martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı etdi. Çıxışı zamanı Prezident bir çox önəmli mətləblərə toxundu. Ölkə prezidenti bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. İlham Əliyev vurğuladı ki, altıncı çağırış Milli Məclis […]

Cəmiyyət

Vüqar Əliyev Naxçıvan Baş Gömrük idarəsinin rəisi təyin edilib

Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da sərəncam imzalayıb. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi gömrük xidməti polkovniki Vüqar Əliyev daha öncə Naçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra […]

Dünya

Rusiyalılara Gürcüstana səfərdən çəkinmək tövsiyə olundu

Rusiya vətəndaşlarına Gürcüstana səfərdən çəkinmələri tövsiyə olunur. Bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkə vətəndaşlarına Gürcüstana səfərdən çəkinməyi tövsiyə edir. Əgər siz artıq həmin ölkədəsinizsə, insanların sıx toplaşdığı yerlərə, xüsusən də Batumi və Tbilisinin tarixi mərkəzlərinə getməməyi məsləhət görürük”, – məlumatda deyilir. Mənbə: TASS Xeberal.az