Dünya

SEPAH-ın Almaniyadakı casusu ifşa oldu – FOTO

Ramin Yektapərəst adlı İran əsilli Almaniya vətəndaşı son aylarda Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Almaniyada anadan olan Raminin 34 yaşı var: O, bir müddət Leverkuzen şəhərində əxlaqsızlıq yuvası işlədib. Məlumata görə, Tehrandan olan Ramin Yektapərəst Almaniyada Babək J. adlı şəxslə əlaqə quraraq yəhudi […]

Dünya

Belarusda ölüm cəzası tətbiq olundu

Belarusda dövlətə xəyanət edən məmur üçün ölüm cəzası tətbiq edilib. Yeni qanuna əsasən, dövlətə xəyanətə görə edam cəzası dövlət vəzifəsini tutan bütün şəxslərə şamil ediləcək. Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət məsuliyyəti haqqında məcəllənin dəyişdirilməsi haqqında” qanunu imzalayıb. Sənədin əsas məqsədi ekstremist (terrorçuluq) və antidövlət yönümlü cinayətlərə qarşı mübarizəni gücləndirməkdir. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Səhnədə bıçaqlandı, diskotekanı Azərbaycana gətirdi – Niyaməddin Musayev haqqında faktlar – FOTO

Kulis.az Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı faktları təqdim edir. Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə başlayıb. Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir […]

Siyasət

MN: “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazirlik erməni tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edib. Xeberal.az

İdman

Avropa Liqası: “Roma” “Real Sosyedad”a qalib gəldi, “Arsenal”dan Portuqaliyada sərfəli nəticə – VİDEO

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Oxu.Az-ın məlumatına görə, ilk seansda dörd qarşılaşma baş tutub. İngiltərənin “Arsenal” klubu Portuqaliyada “Sportinq”in qonağı olub. Matçda hesabı londonlular açsalar da, üstünlüyü qorumağı bacarmayıblar. 22-ci dəqiqədə Vilyam Salibanın qoluna 36-cı dəqiqədə Qonçalu İnasiu, 55-ci dəqiqədə Paulinyo cavab verib. Lakin 62-cü dəqiqədə Hidemasa Moritann avtoqolu ingilislərin Pireneydən sərfəli […]

Şou-Biznes

Göbələyə qarşı dərmana məşhur aktyorun adını qoydular – SƏBƏB

Tədqiqatçılar məşhur kanadalı aktyor və rejissor Keanu Reevesin adını göbələklə mübarizə üçün nəzərdə tutulan dərmana veriblər. Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, alman tədqiqatçılar dərman vasitəsini "siyanomisinlər" adlandırıblar. Bundan başqa, dərman həm bitkilər, həm də insanlar üçün zərərli olan göbələklərlə mübarizə aparır.  “Keanu Reeves düşmənlərini “deaktivasiya" etməkdə son dərəcə təsirli olduğu bir çox simvolik rol […]

Dünya

Türkiyənin Adıyaman bölgəsində zəlzələ baş verdi – FOTO

Türkiyədə yeraltı təkanlar davam edir. Bu dəfə zəlzələ Adıyamanı silkələyib. AFAD-dan verilən məlumata görə, vilayətin Sincik bölgəsində təkanların gücü 4.5 bal olub. Zəlzələnin ocağı isə 9.6 km dərinlikdə yerləşib. #DEPREM * Büyüklük:4.5 (Mw) Yer:Sincik (Adıyaman) Tarih:2023-03-09 Saat:21:55:27 TSİ Enlem:38.107 N Boylam:38.442 E Derinlik:9.6 km Detay:https://t.co/qcCOUEO0KO@afadbaskanlik @trthaber @anadoluajansi — AFAD Deprem (@DepremDairesi) March 9, 2023   […]

Şou-Biznes

Azərbaycanlı repçinin başına Ukraynada NƏ GƏLİB? – VİDEO

Rusiyada yaşayan azərbaycanlı repçi Ptaxa (David Nuriyev) barədə müzakirələrə səbəb olacaq xəbərlər yayılıb.  Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, repçinin Ukraynanın Donetsk şəhərində gülləbaran altına düşməsi ilə bağlı video yayılıb.  Lakin sənətçinin PR direktoru Marina Evstifeyeva bildirib ki, bu, zarafat kimi saxtalaşdırılıb.  Sonradan məlum olub ki, David Nuriyev Donetskə humanitar yardım və orada baş verənləri […]

Dünya

ABŞ İrana kömək edən Çin şirkətlərinə sanksiyalar tətbiq etdi

Martın 9-da Amerika Birləşmiş Ştatları İranda PUA proqramını dəstəkləyən bir sıra Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İrana dəstək verən beş şirkət və bir fiziki şəxsdən ibarət şəbəkəyə qarşı məhdudiyyətlər tətbiq edilib. Bildirilib ki, bu şirkətlərin şəbəkəsi Çində yerləşir və PUA-lar üçün istifadə oluna bilən elementlər […]