Dünya

ABŞ-də illər sonra afroamerikalılarla bağlı daha bir qərar – FOTO

Kaliforniyada (ABŞ) yerli hakimiyyət orqanları ştatın afroamerikalı sakinlərinə təxminən 640 milyard dollar təzminat ödəməyə hazırlaşır. Söhbət kölələrin birbaşa nəslindən olan şəxslərdən gedir. Pul təxminən 1,8 milyon nəfər arasında bölünəcək. Bu o deməkdir ki, onların hər biri 356 min dollar ala biləcək. Bununla əlaqədar yaxın günlərdə Kaliforniyanın Təzminat üzrə İşçi Qrupu Sakramentoda toplanacaq və vəsaitin necə […]

Dünya

Rusiya XİN Azərbaycan və Ermənistana çağırış etdi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Gərginliyin artmasından narahatıq”. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana çağırış etdi. Şuşada yeni televiziya stansiyası açılır. Nazir müavini layihələndirmə işlərinin başa çatdığını açıqladı. İran bizi necə zəhərləyir? Bu ölkədən gətirilən 13 ton məhsulda virus aşkarlandı. Daha ətraflı “Baku News”un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

Almaniya səfiri Gəncə terroru barədə: “Mülki hədəflərə hücum etməyə haqq qazandırıla bilməz” – FOTO

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncə terroru barədə paylaşım edib. “Report” xəbər verir ki, diplomat qeyd edib: “İllər keçsə də, Gəncədəki müharibə dağıntılarının görüntüləri insanı sarsıdır. Mülki hədəflərə hücum etmək və bu qədər günahsız insanı öldürməyə heç bir haqq qazandırıla bilməz!” Xeberal.az

Cəmiyyət

Yeğanə oğlunu itirən Həşimovlar ailəsi “Arzunun vaxtına” danışdı – VİDEO

“Heç xəbərimiz olmayıb necə olub. Cənnət iyi gəlirdi balamdan”. Bu sözləri Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən Rüfət Həşimovun anası Minarə xanım Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində deyib. O qeyd edib ki, evin tək oğlu olan Rüfət Vətən müharibəsi zamanı Almaniyada olub və daha sonra müharibəyə yollanıb, sağ salamat […]

Siyasət

Brenda Şaffer: “Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu artır”

“Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu getdikcə artır”. “Report” xəbər verir ki, bunu “Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Araşdırma Proqramının birgə təşkil etdiyi “Avropanın enerji təhlükəsizliyində Cənubi Qafqazın artan rolu” adlı vebinarda deyib. Ekspert qeyd edib ki, […]

İdman

PSJ özünün MMA komandasını yaradır: Həbib Nurməhəmmədov da layihədə yer alacaq

Fransanın PSJ klubu özünün qarışıq döyüş növləri üzrə komandasını yaratmağa hazırlaşır. “PSJ MMA” adlanacaq layihədə rusiyalı keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədovun da yer alacağı bildirilir. Onun klubun prezidenti Nasser El-Xelaifi ilə yaxşı münasibətləri var. Qeyd edək ki, PSJ-də futbolla yanaşı, həndbol və cüdo bölmələri də mövcuddur. Mənbə: football.fr Xeberal.az

Cəmiyyət

Qaydanı başqa sürücü pozdu, cərimə niyə ona gəldi? – VİDEO

Ünvanına cərimə protokolu gələn sürücü bununla razılaşmır. Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayonu, Alpoud kənd sakini Yaşar Həsənova iki gün öncə Bakı-Qazax magistral yolunda, 70 km/saatlıq ərazidə 116 kilometr sürətlə hərkət etməsi və barəsində protokolun yazılması ilə bağlı məktub gəlib. Yaşar Həsənovun sözlərinə görə, ona məxsus olan minik maşını VAZ markalıdır. Qaydanı pozan maşının markası isə fərqlidir. […]

Dünya

Kılıçdaroğlu rəsmən Türkiyə prezidentliyinə namizəd oldu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq. Məlumata görə, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə ümumi namizədini açıqlayıb. Koalisiya liderlərinin toplantısı Meral Akşenerin qərarını gözlədikləri üçün təxminən 2 saat […]

Cəmiyyət

Qubada 20 yaşlı gənc intihar edib

Qubada 20 yaşlı gənc intihar edib. “Report” xəbər verir ki, hadisə rayonun Cadarı kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2003-cü il təvəllüdlü Zümreddin Əlixanovun meyiti yaşadığı evin həyətində ağacdan asılı vəziyyətdə tapılıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib. İntiharın dəqiq səbəbləri araşdırılır. […]

Siyasət

Xankəndiyə hansı yollarla silah-sursat daşınır? – VİDEO

“Bundan sonra daha 30 il, 30 ay, bəlkə də, heç 30 gün belə gözləmədik. Ola bilsin, heç 30 saat belə gözləməyəcəyik”.  Bu sözləri Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin aparıcısı İsmayıl Yaşaroğlu ermənilərin martın 5-də Qarabağda törətdiyi təxribatlarla bağlı danışarkən deyib. Verilişin qonaqları millət vəkili Bəhruz Məhərrəmli və hərbi ekspert Elxan Şıxəliyev Xankəndiyə silah-sursatın hansı yollarla daşındığı mövzusunu müzakirə […]