Kriminal

DİN: Hipermarketdəki hadisəni törədənlərdən biri məhv edilib, digəri tutulub – YENİLƏNİB + VİDEO

Martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən […]

Cəmiyyət

Bakıda qadın müəmmalı şəkildə öldü

Bakıda qadın naməlum şəkildə ölüb. “Lent.az”xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 34 yaşlı N. Nəsirova yaşadığı evdə ölü halda tapılıb. Onun hansı səbəblə dünyasını dəyişməsi bilinmir. Hələlik ilkin ehtimal isə qadının zəhərlənməsidir. Hazırda faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Zaqatalada sexdə yanğın olub

Zaqatala rayonununda sexdə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb. Bildirilib ki, Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb. […]

Cəmiyyət

Bu gün silahlı basqında ölən Rüfət Həşimovun müsahibəsi – VİDEO

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlunun 2021-ci ildə “İdman TV”yə verdiyi müsahibə yayılıb.  “Qafqazinfo” xəbər verir ki, ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub.  Məlum olub ki, H.Rüfət kikboks üzrə respublika mükafatçısı olub. Xatırladaq […]

İdman

İPL: “Arsenal” möhtəşəm geridönüş edib, “Çelsi” evdə qalib gəlib – VİDEO

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, lider “Arsenal” öz meydanında “Bornmut”la qarşılaşıb. “Topçular” matçın gedişində 2 qol fərqi ilə geri düşsələr də, yekunda qalib gəlməyi bacarıblar. Qələbə topunu 90+7-ci dəqiqədə Riss Nelsson vurub – 3:2 Bu qələbə ilə xalını 63-ə yüksəldən “Arsenal” yenidən “Mançester Siti” ilə fərqi 5-ə yüksəldib. Londonun […]

Cəmiyyət

Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb

Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb. Bu barədə Neftçala və Salyan rayon sakinləri “Report”un Aran bürosuna bildirib. Belə ki, dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə çayın deltasında suaşıran bəndlərin vurulması başa çatıb. Belə bir halda Kürdə suyun səviyyəsi qalxmalı, suaşırıcı bəndlərin üzərindən su keçməli idi. Amma Kür günbəgün qurumaqda davam edir, əkin […]

Cəmiyyət

Azərbaycanda zəlzələ olub – YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.1-ə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib. Həmçinin saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların […]

Siyasət

FHN Türkiyədəki zəlzələ bölgəsində göstərdiyi tibbi xidmətlə bağlı məlumat yayıb – FOTO/VİDEO

Türkiyədəki zəlzələ bölgəsində 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu barədə Oxu.Az-a FHN-dən bildirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir. Ümumilikdə ötən günlər ərzində 562-si uşaq olmaqla […]

Cəmiyyət

Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti AÇIQLANDI

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. APA xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir. Xeberal.az