Roberto Firmino mövsümün sonunda “Liverpul”u tərk edəcək. Məlumata görə, hücumçu artıq son qərarı verib. O, klubla müqaviləsini yeniləməyəcək və bu yay “Liverpul”u azad agent kimi tərk edəcək. Bu gün braziliyalı qərarını şəxsən Yurgen Kloppa çatdırıb. Qeyd edək ki, Firmino 2015-ci ildə “Liverpul”a keçib. Futbolçu klubla 7 kubok – Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku və Super […]
Day: Mart 29, 2023
Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi
Sosial şəbəkələrdə tanınmış bankın adına oxşar səhifələr yaradaraq insanlara qarşı dələduzluq edən Vidadi Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1997-ci il təvəllüdlü V.Məmmədova 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Məlum olub ki, 26 yaşlı Vidadi sosial şəbəkədə bank adından bir neçə səhifə yaradıb. […]
Azərbaycan və Qambiya XİN başçıları görüşüblər – FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın inkişafı, həmçinin regionda və […]
Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və s. sahələrdə mümkün əməkdaşlıq […]
“Şimal axını” boru kəmərləri möhürlənə bilər
Rusiyadan Avropaya təbii qazın nəqlini həyata keçirən “Şimal axını” boru kəmərlərinin yaxın vaxtlarda təmiri və yenidən işə salınması nəzərdə tutulmur. Məlumata görə, boru kəmərləri möhürlənə bilər. Belə ki, “Qazprom” zədələnmiş boru kəmərlərinin təmirinin texniki cəhətdən mümkün olduğunu bildirsə də, Moskva bunu etmək üçün çox az perspektiv görür. Bildirilir ki, Rusiya Qərblə münasibətlərin yaxın gələcəkdə “Şimal […]
Məşhur repçinin adı daha bir cinayətdə HALLANIR
Amerikalı repçi Travis Skott gecə klubunda baş verən davadan sonra növbəti bir cinayətdə ittiham olunur. Lent.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Travis klubdakı şəxsi vurmazdan bir müddət əvvəl baş vermiş başqa insidentdə iştirak edib. Məlumatlara əsasən, o, fanatın telefonunu sındırmaqda ittiham olunur. Qeyd edək ki, yaxın vaxtlarda iş məhkəməyə verilə bilər. […]
Şəkidə 65 yaşlı kişini maşın vurdu
Şəkidə 65 yaşlı kişini avtomobil vurub. “Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün, saat 21 radələrində Şəki şəhəri, H.Əliyev prospektində baş verib. Belə ki, “KİA” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub. Xəsarət alan Ramazan Qafarlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır. Xeberal.az
Yunanıstana 5 qol vuran Azərbaycan millisi elit-raunda vəsiqə qazandı – FOTO
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib. Xeberal.az xəbər verir ki, yığma Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqləniblər. Azərbaycan yığması 6-cı qrupda […]
ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi
“ABŞ-nin Kanzas-Siti şəhərində iki amerikalı Rusiya Federasiyasına yardım etdiyinə görə həbs edilib”. Bu barədə ABŞ Ticarət Departamentinin nümayəndəsi Metyu Akselrod bildirib. Amerikalılar ABŞ-nin ixraca nəzarət qaydalarını pozmaqda və Rusiyaya aviasiya texnologiyaları göndərməkdə şübhəli bilinirlər. Bildirilir ki, məsələ ilə bağlı ABŞ Ticarət Nazirliyi Federal Təhlükəsizlik Bürosu və Ədliyyə Departamentinin prokurorları ilə əməkdaşlıq edir. “59 yaşlı Kirill […]