Dünya

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya azyaşlıları işlədir – FOTO

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya 15 yaşdan kiçik uşaqları işlədir. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, üzərində Tehran Bələdiyyəsinin loqo və nişanı olan uniforma geyimli uşaqlar Tehranın Sadeqiyyə meydanı ətrafında işlədikləri halda kameralara tuş gəliblər. Bu arada, bələdiyyə rəsmiləri uşaqların işlədilməsini tamamilə inkar edirlər və bunu qanunsuz hesab edirlər.   Xeberal.az

Dünya

Bayden Polşada Zelenski ilə görüşə bilər

ABŞ Prezidenti Co Bayden Polşada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Hazırda tərəflər danışıqların bu formatını nəzərdən keçirirlər. Bu barədə Polşanın “Dziennik Gazeta Prawna” qəzeti Kiyevdəki diplomatik mənbəyə istinadən məlumat verib. Məlumata görə, Ukrayna tərəfi artıq təklif olunan danışıqlar proqramını hazırlayır. Bildirilir ki, Zelenski Baydenə özünün 10 bəndlik sülh planını təqdim etməyi, o cümlədən […]

Dünya

Zurabişvili: “Ukrayna ilə sülh sazişində Rusiyanın Gürcüstan torpaqlarından çıxması da əks olunmalıdır”

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonunda imzalanacaq sülh sazişində Kremldən Gürcüstan ərazilərinin təxminən 15 ildir davam edən işğalından əl çəkməsini tələb edən bənd olmalıdır. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. “Rusiya sərhədlərinin harada olduğunu başa düşməlidir. Gürcüstanla bağlı məsələlər danışıqlar masası üzərində olmalıdır, çünki heç kim düşünməməlidir ki, Rusiyanın regiondakı bütün işğal olunmuş ərazilərindən geri çəkilmədən […]

Cəmiyyət

Gəncədə xəstəxanada tüstülənmə olub

Gəncədə yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasın tramatologiya şöbəsində qeydə alınıb. Sözügedən şöbədə tüstülənmə olub. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xeberal.az

Cəmiyyət

Molla rejimi yardım gətirən maşınların qarşısını kəsir – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Güney azərbaycanlıların çörəklə imtahanı. Molla rejimi yardım gətirən maşınların qarşısını kəsir. Saakaşvilin vəziyyəti daha da ağırlaşdı. Gürcüstanın sabiq prezidentinin son durumu insanları şoka saldı. Sürücülərin kabusuna çevrilən küçələr. Həftədə ən azı üç qəza baş verir. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İdman

“Zaqreb Open”: Hacı Əliyev gümüş medal qazanıb – YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən “Zaqreb Open”də final görüşünə çıxıb. “Report”un məlumatına görə, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib. Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 […]

Şou-Biznes

Məşhur aktyor qorxulu xəstəlikdən ƏMƏLİYYAT OLUNDU

Türkiyəli aktyor Ahmed Kural əməliyyat olunub. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beş saat davam edən əməliyyat osteoid osteoma sümük şişi ilə bağlı olub. Osteoid osteomeoma kişilərdə qadınlara nisbətən 2-3 dəfə daha çox rast gəlinən sümük şişidir. Əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğu deyilən Kuralı palataya çıxarılıb. Onun belindən çıxarılan şişin xoşxassəli, yoxsa bədxassəli olması […]

Cəmiyyət

Zeynəb Dostəliyeva ölüm ayağındadır: Bacısı DANIŞDI – FOTO

Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb. Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır: “Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Sadəcə qanında virus yayıldığı üçün qanı qatlaşıb, […]

Siyasət

Molla rejiminin Azərbaycandakı kölələri – VİDEO

Tarixdə ilk dəfə İraqa səfər edən Roma papası Fransiskin ziyarətinə getdiyi, İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Seyid Əli Hüseyni Sistani şiə aləmində ən nufuzlu mərceyyi təqlid hesab edilir. 2019-cu ildə nufuzlu din xadimi Ayətullah Əli Sistani küçələrdə etirazçı insanları öldürməyi batil adlandırıb. Əli Sistani bu istiqamətdə İranın dırnaqarası dini lideri Əli Xameneinin ölkədə keçirilən etiraz mitinqləri zamanı […]

Dünya

İngiltərədə müəllimlərin etirazları başladı: Ölkədə son 10 ilin ən böyük tətili gözlənilir – VİDEO

Böyük Britaniyada müəllimlərin etiraz aksiyası başlayıb. Bunun ölkədə son 10 ildə ən böyük tətil olacağı gözlənilir. İngiltərə və Uelsdə müəllimlər 2016-cı ildən bəri ilk milli tətildə iştirak edirlər. Milli Təhsil Birliyindən (NEU) verilən məlumata görə, maaşlarının artırılmasını tələb edən 100 mindən çox insanın qatılacağı gözlənilir. Həmçinin universitet işçiləri, dövlət qulluqçuları, qatar və avtobus sürücülərinin də […]