Dünya

Ukraynadan Belarusa XƏBƏRDARLIQ

Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko deyib ki, ölkəsi Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır. Onun sözlərinə görə, hökumətin və hərbçilərin bununla bağlı konkret fəaliyyət planı mövcuddur. Nikolenko onu da deyib ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa müharibəyə çəkməyə çalışır. “Ukrayna Minskə növbəti istənilən aqressiv planlara qarşı xəbərdarlıq edir. Biz öz […]

İqtisadiyyat

Aİ-nin dörd ölkəsi Azərbaycandan qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait istəyib

“Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının Avropaya nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib”. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların tikintisindən və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından […]

Cəmiyyət

Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır – FOTO

Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır. “Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” adlı guşlərin yaradılması nəzərdə tutulub. Artıq hər iki guşənin ilkin layihələri hazırlanıb. Məqsəd Vətən Müharibəsində qazandığımız tarixi qələbəni, qəhrəman Ordumuzun zəfər yolunu təbliğ etmək, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəmanlarımızın […]

İdman

Azərbaycan Tennis Federasiyasının erməni idmançının təxribatı ilə bağlı şikayəti qəbul olundu

Azərbaycan Tennis Federasiyasının (ATF) erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun “Avstraliya Açıq” turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına (WTF) şikayəti qəbul olunub. Oxu.Az xəbər verir ki, bununla bağlı Beynəlxalq Tennis Federasiyasının ATF-ə göndərdiyi məktubda bildirilib. Qeyd olunub ki, WTF Xaçanovun keçirdiyi oyunlardan sonra meydançadakı kameraya yazdığı mesajla bağlı şikayəti turnirin təşkilatçısı olan Tennis Australia-ya (Avstraliya […]

Şou-Biznes

Məşhur aktrisa yeni sevgilisi ilə göründü – FOTO

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni sevgilisi ilə ilk dəfə kameralara tuş gəlib. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktrisanın yeni sevgilisi türkiyəli iş adamı Hakan Sabancıdır.  Cütlük ötən axşam dostlarının ad gününə qatılıb. Birlikdə əylənən məşhur cütlüyün ilk fotoları sosial mediada gündəmə çevrilib. 

Cəmiyyət

“Toppuş bacı”nın həyat yoldaşı dəfndən sonra ilk dəfə “Arzunun vaxtı”na danışdı – VİDEO

Əməyi keçən, başsağlığı verən hər kəsə təşəkkür edirəm. Bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində deyib. O, sosial şəbəkədə yayımlanan Əməkdar artistin qızının adına fondun açılması ilə bağlı ünvanlanan sualı cavablandırmayıb. Aparıcı Zaur Bəxşəliyev Tünzalə ilə mənəvi bacı-qardaş olduqlarını və ölüm xəbərindən çox təsirləndiyini qeyd edib. Daha […]

İdman

Rusiya UEFA Superkuboku matçından məhrum ediləcək

Rusiya 2023-cü ildə UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi etmək hüququndan məhrum ediləcək. Oyun avqustda Kazandakı “Ak Bars Arena” stadionunda keçirilməlidir. Matçın məkanı 2020-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi tərəfindən seçilib. Qeyd olunur ki, qurum hazırda matçın başqa məkanda keçirilməsi variantlarını axtarır. Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci ildə Çempionlar […]

Cəmiyyət

Mərdəkanın “Əncirlik küçəsi”nin sakinləri susuz qaldı – VİDEO

Mərdəkanın “Əncirlik küçəsi”ndə yaşayan sakinlərin su ilə bağlı çətinlikləri bitmək bilmir. Sakinlərin sözlərinə görə, sözügedən küçənin kanalizasiya xətti də yoxdur. “Baxış keçirsəniz, görəcəksiniz ki, qonşu küçələrdə su var. İllərdir bizim su problemimiz həll olunmur”, – deyə sakinlər bildirib. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Şou-Biznes

Tanınmış aktrisanı məhkəməyə verdilər – SƏBƏB

Keçmiş meneceri Başay Okay ilə əməkdaşlıq müqaviləsinə əməl etmədiyi üçün barəsində açılan təzminat davasını uduzan aktrisa Elçin Sangu yenə məhkəməlik olub.  Lent.az xəbər verir ki, bu dəfə evinin təmir işlərinə görə anlaşılmazlıq yaşayan Elçini dekorasiya firması məhkəməyə verib.  Buna səbəb aktrisanın keçən il villasını bir firma ilə 400 minə yaxın lirəyə təmirə verib, firmaya məbləğin […]

Dünya

İtaliyada yeddi mafia üzvü telefon dinləməsinin köməyilə həbs edildi

“Cosa Nostra” mafioz qrupunun üzvü olan daha yeddi nəfər həbs edilib. Təşkilatın üzvləri telefon danışığında qurucu ataları tərəfindən yazılmış nizamnaməni müzakirə ediblər. Bunu müzakirə edənlərdən birinin böyük mafiya başçısının nəvəsi olduğu üzə çıxıb. Mafiya klanının beş üzvü həbs edilib, ikisi ev dustaqlığına buraxılıb. Xatırladaq ki, bu həbslər “Cosa Nostra”nın liderlərindən biri Matteo Messina Denaronun həbsilə […]