Dünya

Slovakiya konstitusiyasına dəyişikliklərlə bağlı referendum etibarsız sayılıb

Slovakiyanın Dövlət Seçki Komissiyası ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun nəticələrini etibarsız elan edib. Belə ki, şənbə günü keçirilmiş referendumda seçicilərin 27,25 faizi iştirak edib. Halbuki, referendumun etibarlı sayılması üçün burada seçicilərin 50 faizindən çoxunun iştirakı tələb olunur. Seçki komissiyasının məlumatına görə, referendumda 1 milyon 193 min 198 nəfər iştirak edib. Onlardan 97%-i düzəlişləri bəyənib. Səsvermə […]

İdman

“Real” səfərdə 3 xal qazandı – VİDEO

“Real” La Liqada 18-cı tur oyununa çıxıb. Oxu.az xəbər verir ki, Madrid klubu “Atletik”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. “Aletik” – “Real” – 0:2 Qollar: Benzema, 24, Kroos, 90. Bu nəticədən sonra xalını 41-ə çatdıran “Real” 2-ci pillədə qərarlaşıb. “Barselona” 44 xalla 1-ci, “Real Sosyedad” 38 xalla 3-cüdür. Xeberal.az

İdman

“Yuventus” – “Atalanta” oyununda 6 qol vuruldu – VİDEO

İtaliya A seriyasında 19-cu turun oyunları davam edir. Oxu.az xəbər verir ki, 2-ci matç günündə daha 4 görüş keçirilib. “Yuventus” – “Atalanta” qarşılaşmasında qapılara 6 qol vurulub – 3:3. Qeyd edək ki, hazıra turnir cədvəlinə 50 xalla “Napoli” başçılıq edir. “Milan” 38 xalla 2-ci, “İnter” 37 xalla 3-cü, “Roma” 37 xalla 4-cü, “Atalanta” 35 xalla […]

Dünya

Britni Spirs evini satır – FOTO

Amerikalı müğənni Britni Spirs atasının himayəsindən ayrıldıqdan sonra həyatına “sıfırdan” başlamağı planlaşdırır. O, Kaliforniyadakı 11,8 milyon dollarlıq evi üçün potensial alıcılar axtarmağa başlayıb. Məlumata görə, müğənni malikanəni açıq şəkildə satışa çıxarmayıb. Eyni zamanda, ötən həftə əmlak potensial alıcılara nümayiş etdirilib. Ona 12 milyon dollar qiymət qoyulub. Bildirir ki, Spirs malikanədə çox yaşamayıb. Məlumdur ki, o, […]

Cəmiyyət

Naxçıvanda ərlə arvad dəm qazından zəhərlənib: Ölən var

Axşam saatlarında Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, kənd sakinləri – Allahverdi Məmmədov və Solmaz Məmmədova dəm qazının sızması nəticəsində zəhərlənib. Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan zərərçəkənlərdən Allahverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir. Faktla bağla araşdırma aparılır. Xeberal.az

Dünya

Suriyada binanın uçması nəticəsində azı 15 nəfər ölüb

Bazar günü Suriyanın Hələb şəhərində beşmərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla azı 15 nəfər həlak olub. Məlumata görə, daha 3 nəfər xəsarət alıb ki, onların vəziyyəti barədə məlumat verilmir. Hadisə şəhərin şimal hissəsində baş verib. Uçulmanın əsas səbəbinin binanın bünövrəsinin aşınması olduğu bildirilir. Xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir. Məlumata görə, ən azı […]

Dünya

Braziliya və Argentina tədavülə vahid valyuta buraxacaqlar

Cənubi Amerikanın iki ən böyük dövləti sur adlı vahid pul vahidinin qəbuluna başlamaq niyyətindədir. Bildirilir ki, inteqrasiya layihəsinə digər qonşu ölkələr də qoşula bilər. Layihənin rəsmi olaraq Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silva yanvarın 22-dən Buenos-Ayresə səfəri zamanı elan olunacağı ehtimal edilir. Qeyd edək ki, əvvəllər Braziliya Mərkəzi Bankı bu idayaya qarşı […]

İdman

“Barselona”dan minimal hesabla qələbə – VİDEO

“Barselona” La Liqada 18-ci tur oyununa çıxıb. Oxu.az xəbər verir ki, Kataloniya klubu “Xetafe”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 35-ci dəqiqədə Pedri vurub. Bu nəticədən sonra xalını 44-ə yüksəldən (17 oyun) Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. “Real” 38 xalla (16 oyun) 2-ci, “Real […]

Dünya

Holand Premyer Liqada het-triklərin sayına görə Ronaldunu ötdü

İngiltərə Premyer Liqasının (APL) 21-ci turunun “Mançester Siti” – “Vulverhempton” matçı başa çatıb. Mançesterdəki “Etihad” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər üç qolu norveçli “Mançester Siti”nin hücumçusu Erlinq Holland vurub. Bu het-trik hücumçu üçün dördüncü olub. Premyer Liqada het-triklərin sayına görə, o, “Mançester Yunayted”də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldonu […]

Dünya

Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurdu

Finlandiya sanksiyaların bir hissəsi olaraq Rusiyanın 187 milyon avro dəyərində aktivlərini dondurub. Bu barədə Skandinaviya ölkəsinin xarici işlər nazirliyi məlumat yayıb. “Ölkədə dondurulmuş aktivlərlə bağlı işlərə borcların yığılması departamenti baxır. Hazırda agentlik 187 milyon avro məbləğində aktivləri dondurub”, – məlumatda deyilir. Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Saarivaaranın qeyd etdiyi kimi, söhbət daşınmaz əmlak, […]