Cəmiyyət

Zaqatalada çaqqalı öldürən 17 yaşlı gəncin son vəziyyəti AÇIQLANDI – VİDEO

Zaqatalada çaqqal hucumuna məruz qalaraq xəsarət alan 17 yaşlı gəncin vəziyyəti açıqlanıb. “Qoyun otaran zaman çaqqal sürüyə hücum edib, o da qoyunu qorumaq üçün çubuqla çaqqala vurub. Daha sonra özünü qorumaq üçün çaqqalı öldürüb”, – deyə Qasımov Əkrəmin atası bildirib. Atası qeyd edib ki, Ə.Qasımovun hazırda vəziyyəti yaxşıdır. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Bu gün Həzi Aslanovun anım günüdür

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür. Oxu.Az xatırladır ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari […]

İdman

Niderland millisinin yeni baş məşqçisi təsdiqlənib – FOTO

Ronald Kuman Niderland millisinin baş məşqçisi postuna qayıdıb. 59 yaşlı mütəxəssis Lui van Qalı əvəz edərək Kral Futbol İttifaqı ilə müqavilə imzalayıb. Kuman “Barselona”ya getməzdən əvvəl 2018-2020-ci illərdə ölkəsinin seçmə komandasını çalışdırıb. Qeyd edək ki, Kumanın millidə van Qalı əvəzləyəcəyi faktı hələ ötən ilin aprelində məlum olub. Mənbə: sports.ru Xeberal.az

Siyasət

Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub

Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-ə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun […]

Cəmiyyət

“Sədərək” ticarət mərkəzi bağlanır? – AÇIQLAMA + VİDEO

Bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən bir sıra mağazalar açılmayıb. Xezerxeber.az-ın məlumatına görə, səbəbin isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbinin olduğu bildirilib. Məlumata görə, mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.  “Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin […]

Cəmiyyət

Bakıda görülməmiş hadisə: Restorana qapıdan girib, bacadan çıxdılar – ANBAAN VİDEO

Bakıda ailə restorana qapıdan girib, pəncərədən çıxdı. Oxu.Az xəbər verir ki, misli görünməmiş hadisə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yanlarında azyaşlı olan kişi və qadının restorana girməsi və bir müddət sonra pəncərədən çıxaraq qaçmaları əks olunub. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. İlkin məlumata görə, restoran […]

Siyasət

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi […]

Cəmiyyət

Naxçıvandakı qəzaların artmasına səbəb nədir? – AÇIQLAMA + VİDEO

Son zamanlar Naxçıvanda yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Yol qəzalarının baş verməsində səbəb əsasən sürücü və piyada səhlənkarlığı olsa da, bir sıra hallarda da yol şəraiti əsas amillərdən biri kimi göstərilir. Qəzaların əsas səbəblərindən biri yolda hərəkəti tənzimləyən xüsusi yol nişanlarının ya olmaması, ya da düzgün tənzimlənməməsidir. Bir çox yol nişanları yolun kənarında deyil, […]

Dünya

Baltikyanı ölkələrdə Rusiya səfirləri olmayacaq

Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını açıqlayıb. Ölkədəki Rusiya səfirindən fevralın 24-dək Latviyanı tərk etmək tələb olunub. Qərarın Estoniya ilə həmrəylik məqsədilə atıldığı bildirilib. Xatırladaq ki, bir qədər öncə Estoniya və Rusiya qarşılıqlı olaraq diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqlarını açıqlayıblar. Litva isə hələ ötən ilin yazında Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. Rusiya […]

Cəmiyyət

Vaqif Axundovun bacısı oğluna hökm oxundu

Rüşvət almaqda təqsirləndirilən Vüsal Babayevə hökm oxunub, ona şərti cəza verilib. “Report”un xəbərinə görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsində elan edilib. Xatırladaq ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunub, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olub. Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin […]