Cəmiyyət

Qəbələdə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, yol qəzası bu gün Qəbələnin Nic qəsəbəsində qeydə alınıb. Qəza zamanı iki minik avtomobil toqquşub. Hadisə nəticəsində Şəki şəhər sakini 1986-cı il təvəllüdlü Saatov Ruslan Saleh oğlu, Şəki şəhər sakini 1973-cü il təvəllüdlü Mustafayev Seyran Mürsəl oğlu, Oğuz rayon sakini 1986-cı il təvəllüdlü Həsənov Cavidan Elməddin oğlu […]

Cəmiyyət

Bakıda gənc oğlan özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 27 yaşlı Əmrah Elşən oğlu Nağıyev yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

“Xocasən”, “Xocəsən”, yoxsa “Xocahəsən”? – AÇIQLAMA + VİDEO

Son günlər sosial şəbəkələrdə Xocəsən qəsəbəsinin, eləcə də “Bakı Metropoliteni” QSC-nin bu qəsəbədə yerləşən metrostansiyasının adının fərqli şəkildə yazılması müzakirə mövzusuna çevrilib. Bir sıra rəsmi qurumların yaydığı məlumatlarda Xocəsən qəsəbəsinin adı, “Xocasən” və “Xocahəsən” kimi qeyd olunsada, artıq son sənədlərdə qəsəbənin adı Xocəsən olaraq qeyd edilir. Dilçilik İnstitutundan mövzu ilə bağlı bildirib ki, toponimlərə xalqın səsləndirdiyi kimi […]

Cəmiyyət

Seyfəli kəndi yaxınlığında partlamamış sursat tapıldı – VİDEO

Şəmkirin Seyfəli kəndi yaxınlığındakı çöllük ərazidə partlamamış döyüş sursatı aşkarlanıb. Sursat təsadüfən ərazidən keçən gənclər tərəfindən aşkarlanıb. “Gəzəndə burada sursat gördük. Risk edib toxunmadıq. Bu ərazidən hər gün çobanlar keçir”, – deyə kənd sakini qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Şou-Biznes

“Toppuş bacı”nın dostları: “Onun böyük qorxusu var idi”

Dünən uzun sürən xəstəlikdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ölüm xəbəri çoxlarını sarsıtdı. Yaratdığı səhnəciklər, obrazlar ondan geriyə qalanlardır.  Lent.az xəbər verir ki, bu gün aktrisanın sənət yoldaşları, yaxınları və tanınmış simalar onu son mənzilə yola saldılar.  Müğənni Nadir Qafarzadə dərin kədərlə sənət dostu ilə bağlı xatirələrini bölüşdü: “Çox ağırdır. Xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq, […]

Kriminal

Qaraqayada ermənilərin törətdikləri dəhşət: “15 yaşlı qızı doğrayıb kisəyə qoymuşdular” – VİDEO

Qərbi Azərbaycandan olan Məmmədovlar nəslinin nümayəndələri indi o yerləri fotolara baxaraq xatırlayırlar. Qaraqoyunlu dərəsinin, Qaraqaya kəndindən olan Cumail Məmmədov vaxtı ilə sözügedən kəndin kalxozunda baş mühasib işləyib. O, ermənilərin mənfur xisləti ucbatından 1976-cı ildə doğma torpaqlarından didərgin düşüb. “Çaydan nəsə axdığını gördük. Sahilə yaxınlaşdıca onun kisə olduğunu anladıq. Kisəni açdıqda içində doğranmış insan meyitinin olduğunun […]

Siyasət

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng etdi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng etdi. Antoni Blinken dövlət başçısı ilə hansı məsələləri müzakirə edib? Sürücülərə şad xəbər. Baş nazir plyonkalarla bağlı yeni qərar imzaladı. Bir qrup şəxs avtobusa hücum etdi. Sürücü və vətəndaşlar arasında qalmaqal. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb

Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb. Bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında bildirib. Qeyd olunub ki, təxribatçı addımlara […]

İdman

Azərbaycan sumoçuları Yaponiyada “İmperator” Kubokuna qatıla bilərlər

Azərbaycan sumoçuları gələcəkdə Yaponiyada keçirilən ənənəvi “İmperator” Kubokuna qatıla bilərlər. Bu barədə “Report”a müsahibəsində Avropa Sumo Federasiyasının vitse-prezidenti və Azərbaycan Sumo Federasiyanın prezidenti Samir Abdullayev məlumat verib. Onun sözlərinə görə, plan baş tutsa, sumonu təbliğ etmək asan olacaq: “Biz hazırda Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının nəzdindəyik. Bu qurumun prezidenti Adil Ağamirov yaponlarla birbaşa əlaqələr qurmaq istəyir. Gələcəkdə […]