İdman

“Qalatasaray” “Fənərbağça”ya böyük hesabla qalib gəldi – VİDEO

Türkiyə Superliqasında 18-ci turun mərkəzi qarşılaşması baş tutub. İstanbul derbisində əzəli rəqiblər “Fənərbağça” ilə “Qalatasaray” üz-üzə gəlib. Hazırda komandaların turnir cədvəlindəki ilk iki sıranı tutduqlarını nəzərə alsaq, “Şükrü Saracoğlu” stadionunda keçirilən matç liderlik mübarizəsi baxımından da maraq doğurub. Oyun qonaqların üstünlüyü ilə keçib. “Aslanlar” meydan sahiblərinin qapısından üç cavabsız top keçirərək liderliklərini möhkəmləndiriblər – 0:3.  Bu nəticədən […]

Dünya

İsveçin Baş naziri: “Türkiyə qeyri-mümkün tələblər irəli sürür”

Türkiyə NATO-ya müraciəti ratifikasiya etmək üçün İsveçin qarşısında yerinə yetirilə bilməz şərtlər qoyur. Bunu bazar günü İsveçin baş naziri Ulf Kristersson “Xalq və müdafiə” konfransında çıxışında bildirib. “Onlar bizim verə bilmədiklərimizi və vermək istəmədiklərimizi istəyirlər. İndi qərar Türkiyənindir”, – deyə o, bəyan edib. Xatırladaq ki, İsveç və Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət […]

Cəmiyyət

Polis “Sədərək”də yanğın vaxtı obyektdən oğurluğa cəhd edənləri saxlayıb

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər. Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə […]

İdman

Braziliya millisi və “Barselona”nın sabiq hücumçusu öldü

Braziliya millisinin sabiq hücumçusu, Dinamit kimi tanınan Karlos Roberto de Oliveyra 68 yaşında vəfat edib. Bu barədə onun karyerasının böyük hissəsini keçirdiyi “Vasko da Qama” klubunun saytında məlumat verilib. İdmançının ölüm səbəbi bağırsaq xərçəngi olub. Roberto 1971-1979-cu illərdə və 1980-1993-cü illərdə “Vasko da Qama”da çıxış edib, oynadığı matçların (1110) və vurulan qolların (708) sayına görə klubun […]

Dünya

Bloomberg: “ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirməmək şərtilə silah ötürür”

Amerikalı jurnalist Andreas Klut “Bloomberg”dəki köşə yazısında bildirib ki, Ukraynaya yeni silahların təhvil verilməsi ölkə ordusunun Qərbin Rusiya kimi tanıdığı ərazilərə zərbə endirməməsi şərtinə bağlıdır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz, çünki bu, genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər. “Rusiyanın nüvə doktrinasına görə, ölkə ərazisinə […]

Cəmiyyət

İmişlidə məktəbdə ayaqyolu olmaması ilə bağlı yeni AÇIQLAMA – VİDEO

Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yeni açıqlama verib. İdarədən Oxu.Az-a bildirilib ki, qeyd edilən məktəbdə üç sanitar qovşağı var: “Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı […]

Dünya

ABŞ-də yüz minlərlə sakin işıqsız qaldı

Kaliforniya ştatında kəskin hava şəraiti səbəbindən 500 mindən çox istehlakçı işıqsız qalıb. Ən çox elektrik kəsintiləri ştatın mərkəzi hissəsində yerləşən Sakramento və San Hoakin əyalətlərindədir. Bildirilib ki, güclü qar və şiddətli külək elektrik enerjisinin verilişində kütləvi fasilələrə səbəb olub. Sinoptiklər güclü yağıntıların davam edəcəyini proqnozlaşdırırlar. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Elnarə Akimova: “Bizdə uşaq yazıçısına o qədər də ciddi yanaşmırlar” – FOTO

Bu gün uşaq ədəbiyyatı ciddi problemlərlə üzləşir. Sanki yaralıdır, axsayır. Hər halda, kənardan belə görünür. “Kaspi” qəzeti mövzu ilə bağlı filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova ilə söhbətləşdik. “Uşaq ədəbiyyatı ümumi ədəbiyyatdan ayrı bir sahə deyil” , – deyir Elnarə xanım: “Ümumən ədəbiyyatımızda hansı proseslər gedirsə, […]