Dünya

İstanbul hava limanında uçuşlar dayandırıldı

İstanbulun Sabiha Gökçen hava limanında park edilmiş təyyarəni yedəkləyən yerüstü nəqliyyat vasitəsinin nasazlığı səbəbindən təyyarə uçuş-enmə zolağından çıxarıla bilməyib. Bu səbəbdən uçuşlar müvəqqəti olaraq dayandırılıb. Aeroporta enməli olan təyyarələr bir müddət havada dövrə vurmalı olub. Nasaz avtomobil uçuş-enmə zolağından çıxarıldıqdan sonra hava limanının fəaliyyəti normallaşıb. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Qubada avtomobil qəzası sakinləri qazsız qoyub

Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb. “Report”un  məlumatına görə, Quba-Xaçmaz yolunun 1-ci km-də iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri qaz xəttinin üzərinə düşüb. Nəticədə rayonun Timiryazev qəsəbəsinin 200 abonenti qazsız qalıb. Əhalini təbii qazla təminatını bərpa etmək üçün Quba-Xaçmaz regional qaz idarəsinin Quba sahəsinin qəza briqadası hadisə yerinə cəlb olunub. Xeberal.az

Dünya

Türkiyənin ilk CEO-su vəfat etdi

Türkiyədə ilk rəsmi baş icraçı direktor (CEO) vəzifəsini daşıyan Həsən Güləşçi vəfat edib. “Sabancı Holdinq”in eks-rəhbəri ölkədə ilk peşəkar menecer hesab olunurdu. Şirkət Güləşçinin ölümü ilə bağlı başsağlığı verib. Bildirilib ki, mərhum 1961-2010-cu illərdə holdinqdə çalışıb, 1985-2000-ci illərdə şirkətin baş koordinatoru və baş icraçı direktoru olub, 1996-2010-cu illər arasında holdinqin müxtəlif şirkətlərində İdarə Heyətinin üzvü […]

Dünya

Konqonun Fransadakı səfiri “oğurluqda” ittiham olundu

Konqo Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Parisdəki səfiri İzabel Çombeni böyük maliyyə mənimsənilməsində iştirakı şübhəsi ilə əlaqədar geri çağırıb. Məlumata görə, KDR hökumətinin idarələrarası komissiyası tərəfindən aparılan audit 2022-ci ilin yanvar-noyabr aylarında Fransadakı səfirliyin büdcəsindən 1,8 milyon avro vəsait itkisi aşkar edib. Səfirə yanvarın 15-dək ölkəyə qayıtmaq tapşırılıb. Öz növbəsində İzabel Çombe ittihamların həqiqətə uyğun […]

Cəmiyyət

Dovşan ilində bizi nə gözləyir? – MARAQLI FAKTLAR

Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası – sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq.  “Kaspi” qəzeti qarşıdakı dovşan iliylə bağlı maraqlı faktlar təqdim edib: Üzümüzə gələn 2023-cü il Şərq təqviminə görə […]

Cəmiyyət

Yevlaxda avtomobil qəzası: Xəsarət alanlar var

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, hadisə Yevlax-Xanabad yolunda qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü A.Ağayeva və 8 yaşlı qızı xəsarət alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

İranın daha bir şəhərində toqquşma baş verib – VİDEO

İranda repressiv hökumət qüvvələri və etirazçılar arasında daha bir toqquşma baş verib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, İranın Semirom şəhərində molla rejiminin repressiv qüvvələri ilə etirazçılar arasında toqquşma qeydə alınıb. Xatırladaq ki, Məhsa Əminin hökumət tərəfindən öldürülməsi ilə başlanan etirazlar 107 gündür davam edir.   Xeberal.az

Dünya

Britaniyalı keçmiş səfir Azərbaycan dilində təbrik mesajı yayımladı – FOTO

Böyük Britaniyanın ölkəmizdəki keçmiş səfiri Ceyms Şarp Azərbaycanla bağlılığını unutmadığını bir daha təsdiq edib. Belə ki, o, “Twitter” səhifəsində azərbaycan dilində təbrik mesajı yayımlayıb. “Yeni iliniz mübarək!”, – diplomat paylaşımında yazıb. Yeni iliniz mübarək! pic.twitter.com/nyVzEzgTHN — James Sharp (@JamesSharpFCDO) December 31, 2022   Xeberal.az

Dünya

Hulusi Akar: “2022-ci ildə dörd mindən çox terrorçu zərərsizləşdirilib”

Türkiyədə, eləcə də Şimali İraq və Suriyada 24 iyul 2015-ci il tarixindən indiyədək 37 312, 2022-ci ilin əvvəlindən isə 4 009 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dərc olunan mesajında ​​deyilir. Onun sözlərinə görə, Müdafiə Nazirliyi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirib və yeni 2023-cü ilə böyük ruh yüksəkliyi ilə […]

Cəmiyyət

Gəncədə ana və iki övladı dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ramilə Huseynova onun övladları 2010-cu il təvəllüdlü Fatimə Huseynova və 2012-ci il təvəllüdlü Mədinə Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, ana və övladları yaşadıqları evdə dəm qazından zəhərləniblər. Xeberal.az