Cəmiyyət

Bakıda bir əsirdən çox yaşı olan bina qəzalı vəziyyətdədir – VİDEO

Sabunçu qəsəbəsi, Rəşid Məcidov küçəsi 8 ünvanında bir əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdədir. Xezerxeber.az-ın məlumatına görə, baxımsızlıq və nəmişlikdən 12 ailənin yaşadığı ikimərtəbəli bina qəzalı vəziyyətə düşüb. Binanın qəzalı vəziyyətdə olmasına görə hətta sakinlərdən bəziləri mənzillərindən didərgin düşüblər. Sakinlər bildiriblər ki, mənzillərin damını dəfələrlə qırlasalar da, artıq bunun da heç bir xeyri yoxdur. […]

Cəmiyyət

Vətən üçün döyüşdü, medalları başqa şəxsə verildi – TƏFƏRRÜAT + VİDEO

Sabirabadda Vətən müharibə iştirakçısı olan rayonun Qaragüney kənd sakini Vüsal Əliyev eyni ad-soyad və ata adı olan başqa birisi ilə səhv düşüb. Xezerxeber.az-ın məlumatına görə, Vüsal Əliyev Vətən müharibəsi başlayan zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən döyüşlərə yollanıb. O, müharibə qurtardıqdan sonra komissarlığa gedərək Vətən müharibəsi iştirakçısı kimi qeydiyyata […]

Cəmiyyət

Qiyməti əl yandıran kənd yumurtası – VİDEO

Son vaxtlar ölkənin hər yerində olduğu kimi, Kürdəmir bazarlarında da yumurtanın qiymətində kəskin bahalaşma görünür. 3-4 ay əvvəl təqribən 10-15 qəpiyə olan kənd yumurtası bu gün alıcılara 30-35 qəpiyə satılır. Kənd yumurtaları ilə yanaşı broyler yumurtalarıın qiymətində də xeyli artım müşahidə olunur. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Dünya

Rusiya Melitopola yeni yaralıların gətirilməsinə hazırlaşır: Əksər obyektlər xəstəxanalara çevrilir

Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərinə Rusiya son bir həftə ərzində yüzlərlə yeni səfərbər edilmiş çağırışçı gətirib. Melitopolda xəstəxana bazasının genişləndirilməsi işləri aparılır. Keçmiş uşaq sanatoriyalarından birində bütün otaqlar palatalara çevrilir. Mühasibatlıq şöbəsi, təsərrüfat qrupu, administrativ şöbə kompaktlaşdırılır ki, yaralılar üçün yerlər boşaldılsın. Həmçinin Krımdan Melitopola 100-dən çox təcili yardım maşını gətirilib. Maşınlar təzədir, bütün lazımi […]

Cəmiyyət

“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

“Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə təşkil etdiyi “Təlim Məktəbi” sosial layihəsinin cari il üçün birinci mərhələsi başa çatıb. 3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri öyrədilib. Layihənin əsas məqsədi nitq […]

Cəmiyyət

Qayda pozmayan sürücülərə cərimə protokolları gəlib – VİDEO

Yol hərəkəti qaydalarını pozmayan sürücüyə cərimə protokolu göndərilib. Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağdam sakini Ramin Rasimoğlunun başına gəlib. O bildirib ki, avtomobillərin dövlət qeydiyyat nişanları oxşar olduğundan cərimələrin ünvanı səhv salınıb. Ramin Rasimoğlu qeyd edib ki, ona yazılan cərimələri bir dəfə ödəyib. Lakin sonradan cərimə yazılan avtomobilin ona məxsus olmadığını öyrənib. Bənzər hadisə ilə Tovuz rayon […]

Siyasət

Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb. Oxu.Az xəbər verir ki, Milli Məclisin sədri görüşdə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd […]

Cəmiyyət

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb. Bu barədə “Report”a Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülüb. Dövlət Miqrasiya Xidmətində oktyabr ayında, ümumilikdə, 1 184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbiyə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti […]

Cəmiyyət

Bakıda hər gün yüzlərlə litr su niyə boş yerə axır? – VİDEO

Bakının Nəsimi rayonu, Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində fövqəladə hallar zamanı yanğından mühafizə və eyni zamanda, yanğın söndürən maşınların su təchizatı üçün nəzərdə tutulan qurğu sıradan çıxıb. Xezerxeber.az-ın məlumatına görə, qurğudan hər gün yüzərlə litr su boş yerə axır. Sakinlərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən su hidrantı bir neçə dəfə təmir olunsa da, problem tam […]

Dünya

İstanbuldakı terrorla bağlı daha beş nəfər həbs olundu

İstanbulun İstiqlal küçəsində törədilən partlayışla bağlı aralarında “Hüsam” kod adlı terrorçunun da olduğu 5 şübhəli həbs edilib. Bununla da, hadisə ilə əlaqədar həbs edilənlərin ümumi sayı 24-ə çatıb Qeyd edək ki, 13 noyabrda baş vermiş partlayış nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Mənbə: Haber Global Xeberal.az