Siyasət

Prezidentin xüsusi nümayəndəsindən Ağdamın azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Ağdam şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda deyilir: “Ağ günün mübarək, Ağdam!”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir […]

Dünya

BMT-nin İqlim sammitinin iştirakçıları yekun bəyanatı razılaşdıra bilmirlər

BMT-nin COP27 iqlim konfransının iştirakçıları yekun sənədin hazırlanmasındakı fikir ayrılıqlarını həll edə bilmirlər. Bir sıra məsələlər üzrə mübahisələr bəyanatın imzalanmasına mane olur. Belə məsələlərdən biri də iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrə yardımın göstərilməsidir. Xatırladaq ki, BMT-nin beynəlxalq iqlim konfransı 2022-ci il noyabrın 6-dan 18-dək Misirin Şarm əl-Şeyx şəhərində keçirilib. Mənbə: rossaprimavera.ru Xeberal.az

Dünya

Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə gedib – VİDEO

Böyük Britaniyanın baş naziri Rişi Sunak öncədən elan olunmamış bir səfərlə Kiyevə gedib. Görüşün videosunu Ukrayna Prezidenti Volodimir Zelenski dərc edib. “Müharibənin ilk günlərindən Ukrayna və Böyük Britaniya güclü müttəfiq olublar. Bugünkü görüşdə həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün ən vacib məsələləri müzakirə etdik”, – Zelenski yazıb. “Biz birlikdə daha güclüyük və istədiyimiz nəticələrə […]

İdman

“Red Bull”dan tarixi uğur: 2018-ci ildən bəri ilk qoşa start

“Red Bull” pilotu Maks Ferstappen Abu Dabi Qran Prisində hamıdan irəlidə başlayacaq. Onun komanda yoldaşı Serxio Peres isə ikinci sırada yer alacaq. Pilotlar komanda tarixində 25-ci dəfə bazar günü yarışa birinci cərgədən start verəcəklər. Sonuncu dəfə belə bir nailiyyət “Red Bull” tərəfindən 2018-ci ildə əldə edilib. O zaman Daniel Rikkardo Meksika Qran Prisinə birinci, Verstappen […]

Dünya

Suriyada beş terrorçu zərərsizləşdirildi – VİDEO

Suriyanın şimalındakı Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Müdafiə Nazirliyindən açıqlama verilib. “Terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirən Türkiyə Silahlı Qüvvələri Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – deyə nazirlikdən bildirilib. Mehmetçiğe saldırabileceklerini zanneden teröristler hendeklere gömüldü. Teröristle […]

Dünya

Qazaxıstanda növbədənkənar seçkilər: Tokayev alternativsiz namizəddir – TƏHLİL

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevdən başqa seçkilərdə altı namizəd iştirak edir. Digər iştirakçılar az tanınan ictimai xadimlər olduqlarından əsas diqqət Tokayevə yönəlib. Qalib gələn namizəd yeddi il ərzində əsas dövlət postunu tuta biləcək. Mövzu ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb. İlk dəfə eks-prezident Nursultan Nazarbayevin təsiri olmadan […]

Kriminal

İsmayıllıda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

İsmayıllıda “Toyota” markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumata görə, hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. […]

Dünya

Trüdo Paşinyanla Qafqazdakı vəziyyəti müzakirə edib – FOTO

Kanadanın baş naziri Castin Trüdo Ermənistanın baş naziri Nikol Paşinyanla Qafqazdakı vəziyyəti müzakirə etdiyini açıqlayıb. “Biz demokratiyanın gücləndirilməsinə, iqtisadiyyatlarımızın böyüməsinə, Qafqazda sülh və təhlükəsizliyin təşviqinə sadiqik. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla bunları müzakirə etdik”, – Trudeau şənbə günü “Twitter” səhifəsində yazıb. O əlavə edib ki, söhbət zamanı həmçinin Kanada və Ermənistan arasında münasibətləri gücləndirmək […]

Siyasət

Qarabağla bağlı daha bir təşkilat dağılmaq üzrədir – VİDEO

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı bildirib ki, artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtıdır.  O, bildirib ki, Minsk qrupu mexanizmi artıq işləmir və ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə […]

Dünya

Peruda sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu: Ölənlər var – FOTO/VİDEO

Peru hava limanında gözlənilməz qəza baş verib. Belə ki, “Airbus A320” sərnişin təyyarəsi uçuş-eniş zolağında yanğınsöndürən maşınla toqquşub. Aviaşirkətin məlumatına görə, maşında olan yanğınsöndürənlər həlak olublar. Təyyarənin heyəti və sərnişinləri arasında isə xəsarət alan yoxdur. Qəza təyyarə havaya qalxmaq üçün sürət yığarkən baş verib. Yanğınsöndürən maşının niyə uçuş-enmə zolağına çıxdığı məlum deyil. Mənbə: Vesma.Today Xeberal.az