AKTUAL

“AZƏRLOTEREYA” DÖVLƏT ADINDAN SUİ-İSTİFADƏ EDƏN QUMAR ŞİRKƏTİDİR

da tədricən “Azəırlotereya”dan qaçaq düşdülər. Çox güman, onlar da el içində olan-qalan hörmət-izzətlərinin oyunların ədalətsizliyi, saxtakarlığı fonunda itib-batmaması ilə qayğılanaraq, batan günəş olanadək gözləmədilər, üzüsulu getdilər.İndiyədək KİV-də dəfələrlə ictimai rəylər bidirilib ki, «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır. […]

Dünya

İstanbulda partlayış: Xəsarət alanlar var

Bu gün İstanbuldakı partlayış nəticəsində ən azı 5 nəfər yaralanıb. Məlumata görə, partlayış Fatih ərazisində yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtilə saat 22:00-da) baş verib. Partlayışın ilkin səbəbinin yaşayış binasında qaz sızması olduğu bildirilir. Hadisə yerində polis əməkdaşları və tibb işçiləri çalışır. Mənbə: Haber Global Xeberal.az

Bölgə

“Mərhəmət” Kimsəzizlərə Yardım ictimai birliyinin ahıllarla bağlı layihəsi Qax və Qazax rayonlarında öz işini uğurla davam etdirir – FOTOLAR

Xəbəral.az xəbər verir ki, “Mərhəmət” Kimsəzizlərə Yardım ictimai birliyi Əmək və ƏhəlininSosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllar üçün günərzi qayğı mərkəzinin fəaliyyətinin təşkili” layihəsi Qax və Qazax rayonlarında ahıllarla mərkəzdə işlər həyata keçirilir. Ahılları asudə vaxtının səmərəli keçməsi üçün onlara müxtəlif gəzintilər təşkil edir. Onların vaxtlrının səmərəli keçməsi üçün qədimi […]

Dünya

Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kadırov “ibtidai istintaqdan gizlənən şəxslər” siyahısındadır. Eyni zamanda o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibə aparmaqda şübhəli bilinir. Xatırladaq ki, bir müddət əvvəl Kadırov Limanda rus qoşunlarının məğlubiyyətindən sonra Ukraynaya qarşı “məhdud güclü nüvə silahlarından” istifadə etməyə […]

İdman

Türkiyə və Almaniyadan qələbə, Argentinadan darmadağın – VİDEO

Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı ərəfəsində həm turnirdə iştirak edən, həm də mundialdan kənarda qalan milli komandalar yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar. DÇ öncəsi son hazırlıq xarakteri daşıyan matçlarda maraqlı nəticələr qeydə alınıb. Əbu-Dabidə BƏƏ seçməsinin qonağı olan Argentina millisi rəqiblərinin qapısından 5 cavabsız top keçirib. Omanın qonağı olan Almaniya isə rəqibini yalnız son dəqiqələrdə məyus […]

Dünya

Dünya Kubokunun hazırlanma prosesi: Maraqlı faktlar – VİDEO

Bir neçə gündən sonra 4 illiyin ən önəmli yarışı olan futbol üzrə dünya çempionatı start götürəcək. Bu məqamda, heç şübhəsiz, hər bir oyunçunun xəyalı olan Dünya Kubokunun necə və harada hazırlandığına nəzər salmaq maraqlı olardı.  İlk növbədə onu qeyd etmək lazımdır ki, hazırkı mükafat mundialların qalibinə təqdim olunan 2-ci kubokdur. 1930-cu ildən 1970-ci ilə qədər […]

Cəmiyyət

Gəncədə minik maşını motosikletlə toqquşub – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Xeberal.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan KIA markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

ABŞ Dövlət Departamenti: “Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək”

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya idxalından asılılığını azaltmağa kömək edəcək. Bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib. “Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan […]

İdman

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb. Xeberal.az xəbər verir ki, İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığma C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq. Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq. Xeberal.az