Dünya

“Google” istifadəçiləri izlədiyinə görə təzminat ödəyəcək

“Google” şirkəti ABŞ-ın 40 ştatının şirkətin xidmətlərindən istifadə edənlərin geolokasiya məlumatlarından qeyri-qanuni istifadəsi ilə bağlı iddiasını təmin etmək üçün təxminən 392 milyon dollar ödəməyə razılaşıb. Konnektikut ştatının baş prokuroru Uilyam Tonqun sözlərinə görə, 391,5 milyon dollarlıq iddianın təminii texnologiyadan asılılığın artdığı bir dövrdə müştərilər üçün tarixi qələbədir. Onun sözlərinə görə, “Google” istifadəçilərin yeri haqqında məlumatları […]

Dünya

Çində kişi pəncərədən yıxılan uşağı havada tutdu – VİDEO

Çində yerli sakin pəncərədən yıxılan uşağı havada tutub. Baş verənlərin görüntüsü sosial şəbəkələrdə yayılıb. Məlumata görə, hadisə Quandun əyalətində baş verib. Kadrlardan görünür ki, avtomobilinə əyləşməyə hazırlaşan gənc qışqırıq eşidir və başını səs gələn tərəfə – yuxarı qaldırır. Bu zaman uşağın yıxıldığını görən kişi əllərini açaraq uşağı havada tutmağa çalışır. Uşaq xəsarət almayıb, ancaq onu […]

Cəmiyyət

İtkin hərbçilərlə bağlı təklif – VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinin illərdir ki, gözləri yolda, qulaqları səsdədir.  Əzizlərinin bir başdaşı belə yoxdur ki, gedib ziyarət edib təsəlli tapsınlar. Elə buna görə də, istəyirlər ki, Birinci Qarabağ müharibəsində itkin düşən hərbçilərlə bağlı abidə ucaldılsın. İtkin düşən şəxsin bacısı Səadət Xalisayeva bildirib ki, itkin düşən qardaşından 31 ildir ki, xəbər yoxdur. Daha […]

Cəmiyyət

Bakıda 26 yaşlı gənci avtomobil vurub

Bakının Nizami rayonunda 26 yaşlı oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb. “Report” xəbər verir ki, 1996-cı il təvəllüdlü İbrahimov İbrahim Rüstəm oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Türkiyədə Milli Qəhrəman Polad Həşimovun adını daşıyan parkın açılışı olub – FOTO

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Facebook” səhifəsində paylaşım edib. “İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzini, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, – deyə paylaşımda qeyd […]

Tədbirlər

“Mərhəmət” – in Uğurlu Layihəsi

Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə İmişli şəhərində “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi “Mərhəmət” İctimai Birliyinin layihəsi həyata keçirilir. Layihə İmişli şəhərində uğurla davam etdirilir. Xəbəral.az

Cəmiyyət

Mingəçevirdə üçəm dünyaya gəlib

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib. APA xəbər verir ki, Şəhər Xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır. Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindəndir. Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb. Üçəm dünyaya gətirən qadının qayınanasının sözlərinə görə, nəvələrinə […]

Dünya

OPEC qlobal neft tələbatı proqnozunu aşağı salıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 0,1 milyon barel azaldaraq 2,5 milyon barelə endirib. Bu barədə noyabr ayı üzrə aylıq Neft Bazarı Hesabatında deyilir. Təşkilatın proqnozuna görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında (ümumilikdə bu birlikdə ABŞ, Kanada, Macarıstan, Estoniya da daxil […]

Dünya

11 yaşlı uşaq zəkası ilə Hokinq və Eynşteyni geridə qoydu

Böyük Britaniyanın Lids şəhərindən olan bir yeniyetmə zəka testində 18 yaşdan kiçik insanlar arasında ən yüksək bal toplayıb və intellekt baxımından Stiven Hokinq və Albert Eynşteyni qabaqlayıb. 11 yaşlı Yusif Şahın dostları həmişə onun çox ağıllı olduğunu deyirdilər və bir gün yeniyetmə bunun doğru olub-olmadığını yoxlamaq qərarına gəlib. İntellektual qabiliyyətlərini qiymətləndirmək üçün Şah “Mens IQ” […]

Kriminal

Xaçmazda qardaş qardaşı mirasa görə döyüb

Xaçmaz şəhərində qardaş qardaşı mirasa görə döyüb. “Report” xəbər verir ki, hadisə şəhərin Səid Qurbanov küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, 1971-ci il təvəllüdlü Bayramov Nazim Bayram oğlu miras qalan əmlaka görə qardaşı tərəfindən döyülüb. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az