Müharibə

MN: “Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat yalandır”

Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edib. Xeberal.az

Dünya

İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Corc Meloni Fransa prezidenti Emmanuel Makronu immiqrasiya siyasətinə xəyanətdə ittiham edib. Qeyd edək ki, bir müddət əvvəl İtaliya hakimiyyəti “Ocean Viking” qeyri-hökumət təşkilatının gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. “Ocean Viking” gəmisi Aralıq dənizini keçməyə çalışan miqrantları Avropaya aparır. Bu həftə ekipajın İtaliya limanlarından birinə girişinə icazə verilməyib, bundan sonra o, […]

Dünya

Rusiya Kerç boğazını bağladı

Kreml Rusiya Federasiyasından kənarda yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçməsini qadağan edib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri üzrə Baş İdarədən məlumat verilib. İdarədən bildirilib ki, Rusiya Dəniz Administrasiyasından alınan bildirişə əsasən, Rusiya Federasiyası ərazisindən kənarda yüklənmiş gəmilərin Azov dənizinə keçidini təmin edən Kerç boğazından şimala hərəkəti qadağan edilib.  Mənbə: […]

Cəmiyyət

Azərbaycan həqiqətlərinin dünyaya çatdıran Reza Deqati “Məktəbdə” – FOTOREPORTAJ

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında tanınmış hərbi fotojurnalist Reza Deqatinin xüsusi əməyi var. Bu xidmətinə görə “Dostluq” ordeninə də layiq görülüb. İndiyə qədər nəşr etdirdiyi 40 kitabın sırasında Azərbaycan adına nəşrlər də yer alıb. Əsərlərində 20 Yanvar faciəsindən, Xocalı soyqırımından, Qarabağın işğalından, nəhayət, böyük Zəfərimizdən danışır. Əsərlərində Azərbaycanın təbii gözəllikləri də, mədəniyyət nümunələri, tarixi abidələri […]

Dünya

Rusiyadan “Taxıl sazişi” ilə bağlı müəmmalı AÇIQLAMA

“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb. Bu sözləri jurnalistlərə müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb: “Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə […]

Cəmiyyət

Gürcüstandakı soydaşlarımı etiraz aksiyası keçirdilər – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Xin Konstitusiya Günü ilə bağlı paylaşım etdi 1-ci Qarabağ müharibəsində yaralanana qaziyə niyə əllilik təyin edilmir? Qurum məsləyə aydınlıq gətirdi. Gürcüstandakı soydaşlarımı etiraz aksiyası keçirdilər. Həmyerlilərmizi narazılığına nə səbəb olub? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

İdman

Öz meydanında 10 nəfərlə qalan “Fənərbağça” qələbəni əldən verdi – VİDEO

Türkiyə Super Liqasının XIV turunda “Fənərbağça” öz meydanında “Giresunspor”la qarşılaşıb. Oxu.Az xəbər verir ki, oyunda hesabı meydan sahibləri açıblar. Enner Valensiya 19-cu dəqiqədə fərqlənib. 40-cı dəqiqədə isə “Fənərbağça”nın braziliyalı hücumçusu Joao Pedro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. İkinci hissədə rəqibin meydandakı azlığından istifadə edən qonaqlar iki qol vurublar. İspaniyalı Borxa Saynz 12 dəqiqəyə dubl […]

Siyasət

XİN-dən Konstitusiya Günü ilə bağlı paylaşım – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi 12 Noyabr – Konstitusiya Günü münasibətilə tviterdə paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün müstəqil ölkəmizin ilk Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendumla qəbul edilmiş Konstitusiya dövlət quruculuğumuzun möhkəm təməlidir. Konstitusiya Günümüz mübarək!” Bu gün, müstəqil ölkəmizin […]

Şou-Biznes

Ayan ikinci dəfə ailə qurur: “Sevirəm, istəyirəm və onunla xoşbəxtəm”

Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Lent.az  xəbər verir ki, 33 yaşlı müğənni "MTV maqazin"ə müsahibəsi zamanı ikinci dəfə ailə qurmağı hazırlaşdığını bildirib: “Mən heç zaman həyatımda kimsənin olması üçün axtarış verməmişəm. Bu gün mənim gözlərimin içi gülürsə, deməli, mən çox xoşbəxtəm. Amma ki, toy mütləq olacaq. Bu danılmazdır. İstəsəm də […]

Dünya

Misirdə sərnişin avtobusu kanala düşüb: Azı 20 nəfər həlak olub

Misirin şimalında, Qəhliyyə əyalətində sərnişinlə dolu avtobus kanala düşüb. Qəza nəticəsində azı 20 nəfər ölüb, 16 nəfər yaralanıb. Yerli mətbuatın yazdığına görə, qəza avtobusun nasazlığı nəticəsində baş verib. Sürücü sükanı tərk edərək həyatını xilas edə bilib. Hazırda hüquq mühafizə orqanları onu dindirir. Mənbə: Al-Masry Al-Youm Xeberal.az