Dünya

ABŞ-dakı kimya zavodunda silsilə partlayışlar olub – FOTO

ABŞ-ın Corciya ştatında kimya zavodunda güclü yanğın baş verib. Yanğına səbəb silsilə partlayışlar olub. Səlahiyyətlilər müəssisənin əməkdaşlarını və ona bitişik qəsəbələrin sakinlərini təxliyə ediblər. “Zavod təxliyyə edilib. Üç mil radiusda sakinlərə yerindəcə qapanma əmri verilib. Bir millik zona isə evakuasiya olunub”, – deyə  Qlinn dairəsinin hakimiyyət orqanlarından bildirilib. Məlumata görə, üç yaşayış məntəqəsi boşaldılıb. Hələlik […]

Dünya

Türkiyə taxıl sazişinin bir il müddətinə uzadılmasını təklif edəcək

Türkiyə noyabrın 19-da başa çatacaq taxıl sazişinin bir il uzadılmasını təklif etmək niyyətindədir. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bazar ertəsi Ankarada jurnalistlərə deyib. “Ukrayna Türkiyə vasitəsilə Rusiyaya Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə olunmaması ilə bağlı zəmanət verib. Biz sazişin müddətini daha bir il uzatmağı təklif edəcəyik”, – nazir vurğulayıb. Mənbə: TASS […]

Siyasət

Ərdoğan II Qarabağ savaşı zamanı Türkiyədəki 5-ci kolonun fəaliyyətindən danışdı

“Türkiyə keçmişdən bu günə qədər 5-ci kolon üzvlərindən çox əziyyət çəkib”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verərkən bildirib. “Cümhuriyyətimizin 100 illiyi ərəfəsində həmin tamaşa yenidən səhnəyə qoyulmağa başlayıb. Amma bu dəfə açıq şəkildə deyirəm, istəklərinə çata bilməyəcəklər. Sərhədlərimizi terrorçulardan təmizləyərkən, onlar İŞİD-in, 15 iyulda FETÖ-nün, Qarabağın işğalına qarşı […]

İdman

Braziliya milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb – FOTO

Braziliya yığması bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətini açıqlayıb. “Report” Braziliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Tite 26 futbolçunu heyətə daxil edib. Qapıçılar: Alisson (“Liverpul”), Ederson (“Mançester Siti”), Veverton (“Palmeyras”). Müdafiəçilər: Tiaqo Silva (“Çelsi”), Markinyos (PSJ), Danilo (“Yuventus”), Aleks Telles (“Sevilya”), Aleks Sandro (“Yuventus”) Eder Militao (“Real”), Bremer […]

Cəmiyyət

Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib – FOTO

Türkiyə Respublikasında fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və […]

Siyasət

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib. Oxu.Az xəbər verir ki, dövlət başçısı şəxsi “Instagram” profilindən foto paylaşıb. İlham Əliyevin paylaşımda Şuşa qalasının fonunda “8 Noyabr – Zəfər Günü” sözləri əks olunan şəkil dərc olunub.         Bu gönderiyi Instagram’da gör                 […]

Dünya

Yaponiya şahzadəsi DÇ-2022-yə baş çəkəcək

Yaponiya Futbol Assosiasiyasının fəxri himayədarı şahzadə Hisako 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatını izləmək üçün bu ölkəyə səfər edəcək. Məlumata görə, o, noyabrın 27-də keçiriləcək Yaponiya – Kosta-Rika, eləcə də dekabrın 1-də baş tutacaq Yaponiya – İspaniya matçlarını izləyəcək. Assosiasiyanın xahişi ilə şahzadə Yaponiya komandasının təlim-məşq toplanışına, yerli sosial quruma və muzeyə də […]

Dünya

Yanan gecə klubunun azərbaycanlı sahibinin “Vahid Rusiya” partiyasına üzvlüyü dayandırılıb

“Vahid Rusiya” partiyasının Rəyasət Heyəti partiyanın etika komissiyasının tövsiyəsi əsasında yanan “Poliqon” gecə klubunun sahibi Kostroma Vilayət Dumasının deputatı İxtiyar Mirzəyevin üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.   Bu barədə bazar ertəsi partiyanın mətbuat xidməti məlumat yayıb. “Bu qərar faciənin xüsusilə ağır nəticələrini və sonradan yaranmış geniş ictimai rezonansı nəzərə alaraq qəbul edilib”, – məlumatda deyilir. […]

İdman

Güneyli güləşçi: “Böyük Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm” – FOTO

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib. Əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan “Facebook”da yazıb: “Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi […]