Cəmiyyət

Məşhur “Ulduz” filminin çəkildiyi tikili uçdu – VİDEO

Məşhur “Ulduz” filminin bəzi səhnələrinin çəkildiyi dövlət qeydiyyatında olan 116 yaşlı yay istirahət evi olan Ləm dağılıb. Sözügedən ev Astarada yerləşir. Evin sahibi Əsədulla Musayev bildirib ki, Ləmin qəzalı olması ilə bağlı müvafiq quruma məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə güclü küləyin təsirindən ev dağılıb və yararsız vəziyyətə düşüb. Daha ətraflı Baku TV-nin […]

İqtisadiyyat

“Qazprombank”: “İnflyasiya riskləri nəzərə alınaraq, Azərbaycanda uçot dərəcəsinin artımı davam edəcək”

Rusiya “Qazprombank”ı Azərbaycan Mərkəzi Bankının (AMB) artan inflyasiya riskləri fonunda dekabr ayında yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 8,25%-ə çatdıracağını gözləyir. “Report” xəbər verir ki, bu barədə “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib. “Oktybarın 28-də keçirilən iclasda AMB yenidən maliyyələşdirmə dərəcəsinin artırılması tsiklini bərpa edib, onu 25 baza […]

Siyasət

Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir

Rusiyanın Soçi şəhərində bu ölkənin, habelə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir. Eyni zamanda üç ölkənin xarici işlər nazirləri […]

Cəmiyyət

Bakıda dəhşətli intihar hadisəsi: 65 yaşlı kişi özünü doğradı

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində qeydə alınıb.  Qəsəbə sakini 65 yaşlı İlham Əliabbas oğlu Məmmədbəyov yaşadığı evdə ülgüclə damarlarını doğrayıb. Nəticədə çoxlu qan itirən kişi ölüb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Göyçayda ağır yol-nəqliyyat hadisəsi: Ölən və xəsarət alanlar var

Göyçayda Bəydövül kəndində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. “Report” xəbər verir ki, VAZ-2106 markalı avtomobillə VAZ-21010 markalı avtomobilin toqquşması zamanı bir nəfər – rayonun Şahsoltanlı kənd sakini, 51 yaşlı Ağayev Ziyaməddin Mirsalik oğlu ölüb, daha dörd nəfər isə müxtəlif xəsarətlər alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə bu günə olan peyvənd statistikası AÇIQLANDI – FOTO

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci, ikinci, 3-cü və daha çox, pozitiv nəticədən sonra buster doza vaksin olunan olmayıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 911 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 999, ikinci mərhələ üzrə vaksinasiya […]

Cəmiyyət

Son sutkada Azərbaycanda 11 nəfər koronavirusa yoluxub – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 823 258 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə […]

Dünya

Ukraynada Rusiyanın Mi-8 helikopteri vuruldu – VİDEO

Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut rayonunun Berestovoe kəndi yaxınlığında Rusiyaya məxsus helikopteri məhv ediblər. Bu barədə Odessa hərbi vilayət adminitrasiyasının spikeri Sergey Bratçuk məlumat verib. Müvafiq görüntülər sosial şəbəkələrdə paylaşılıb. Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri daha 620 rusiyalı hərbçini məhv edib. Müharibənin başlanğıcından bəri Rusiya ordusunun canlı qüvvə itkilərinin ümumi sayı 71.820 nəfərə çatıb. […]

İdman

Poqba Dünya Çempionatını buraxacaq

Pol Poqba zədə səbəbindən 2022-ci il Dünya Çempionatını buraxacaq. Bu barədə futbolçunun agenti Rafaela Pimenta məlumat verib. “Dünənki və bugünkü tibbi müayinələrdən sonra Paul Poqbanın əməliyyatdan sonra hələ də reabilitasiyaya ehtiyacı olduğunu bildirmək çox ağrılıdır. Bu səbəbdən Pol Qətərdə Fransa yığmasına qatıla bilməyəcək”, – Pimenta bildirib. Xatırladaq ki, “Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi uzun müddət […]