Dünya

Çavuşoğlu: “Türkiyə BMT Təhlükəsizlik Şurasında “veto” hüququnun ləğvinin tərəfdarıdır”

“Ankara BMT Təhlükəsizlik Şurası sistemində “veto” hüququnun ləğvinin tərəfdarıdır”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir vurğulayıb ki, BMT-yə üzv ölkələrin əksəriyyəti dünya təşkilatında islahatların aparılması ideyası ilə razıdır. Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın BMT-də islahatlara çağırışı getdikcə daha çox dünya liderləri tərəfindən dəstəklənir. Bunu BMT […]

Cəmiyyət

Şəhid anası: “Oğlu olacağını bilmədən öldü” – VİDEO

“Atasının ürəyi balasının yoxluğuna dözmədi. Heç bir xəstəliyi yox idi. Başı ağrıyanda dərman da atmırdı”. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində Ermənistanın təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin anası Xalidə Qocayeva deyib. Şəhidin anası qeyd edib ki, Vadim oğlunun dünyaya gələcəyindən xəbəri olmadan şəhid olub. “Adını da qoymuşdu. Demişdi ki, […]

Cəmiyyət

Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxslər saxlanıldılar – FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq monitorinq keçirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən sonuncu monitorinq zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər saxlanılıblar. Samux rayonu ərazisində hərəkətdə olan VAZ və “Khazar” markalı […]

Dünya

Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək

Almaniyada səfərbərlikdən yayınma siyasi sığınacaq istəyinə müsbət cavab verilməsi üçün əsas sayılacaq. Həmçinin də Rusiya ordusundan fərarilik ölkədə siyasi sığınacaq almaq üçün kifayət qədər inandırıcı səbəb olacaq. Bu qərar Almaniyada rəsmi olaraq təsdiqlənib. Belə ki, Berlin artıq Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə göstəriş verib. Lakin yalnız Almaniya ərazisində sığınacaq almaq üçün müraciət edilməlidir. Eyni […]

Cəmiyyət

Güclü külək Tovuzun bir neçə kəndini işıqsız qoydu – FOTO

Tovuzda güclü külək bir sıra fəsadlar törədib. APA-nın məlumatına görə, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb. Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda “Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar. Xeberal.az

Siyasət

Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti ilə görüşdü – FOTO

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi […]

Cəmiyyət

Bir yaşlı oğlunu yerə çırpan şəxs: “Prokurora narkotikin təsiri altında ifadə vermişəm”

Bakıda 1 yaşlı oğluna ağır xəsarət yetirən Samir Ağakərimovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ifadə verib. Samir Ağakərimov ifadəsində hadisə baş verən gün həyat yoldaşı ilə aralarında mübahisə olduğunu lakin oğluna xəsarət yetirdiyini xatırlamadığını deyib: “Həyat yoldaşımla […]

Siyasət

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Piter Maurer Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşüb. Bu barədə BQXK məlumat yayıb. Qeyd olunub ki, müzakirələr hazırkı vəziyyət, eləcə də BQXK-nin Azərbaycandakı fəaliyyəti ətrafında aparılıb. Xeberal.az

Cəmiyyət

Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib – FOTO

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 23-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib. IDEA-dan verilən məlumata görə, “Sahillər təmiz qalsın” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyaya 150 nəfərdən çox könüllü gənc, tərəfdaş təşkilatların nümayəndələri […]

Siyasət

Dövlət Komissiyası: Altı erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin […]