Dünya

Ukrayna İran səfirini akkreditasiyadan məhrum etdi

Ukrayna Xarici İşlər Nazirliyi İran səfirinin akkreditasiyasını ləğv edib. Həmçinin səfirlik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaldıb. Buna səbəb Rusiya qoşunlarının İran istehsalı olan silahlardan istifadə etməsi faktları olub. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Nazirlik İranın Ukraynadakı müvəqqəti işlər vəkilini bu barədə məlumatlandırıb. “Ukrayna Prezidenti Rusiya qoşunlarının Ukrayna ərazisində İran istehsalı olan silahlardan […]

Siyasət

Macarıstan azad olunmuş ərazilərin bərpası prosesində iştirakda maraqlıdır – FOTO

Macarıstan Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlıdır. Oxu.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib. C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı […]

Dünya

Çində sabiq nazir müavininə rüşvətxorluğa görə ölüm hökmü verildi – FOTO

Çinin Tszlin əyalətinin Çançun şəhərinin Orta Xalq Məhkəməsi keçmiş ictimai təhlükəsizlik nazirinin müavini Sun Litszyuna rüşvətxorluq və qanunsuz silah saxlama ittihamı ilə ölüm hökmü çıxarıb. Bu barədə məhkəmənin bəyanatından məlum olub. “Sun Litzsyun rüşvətxorluğa görə iki il müddətinə təxirə salınmaqla edam cəzasına məhkum edilib, həmçinin ömürlük bütün siyasi hüquqlardan məhrum edilib”, – deyə məlumatda bildirilir. […]

Siyasət

İbrahim Kalın: “Türkiyə bu müharibədə Ukraynanın yanındadır”

“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Biz bu müharibədə Ukraynanın yanındayıq”. Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, rəsmi Ankara Krım məsələsində olduğu kimi, hazırda keçiriləcək “referendum”un da nəticələrini tanımayacaq: “Müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Müharibə ilk başlayanda proqnozumuz belə idi ki, […]

Dünya

Millətlər Liqası: Gürcüstanla Estoniya millisi qrupun qalibi oldu – VİDEO

Gürcüstan millisi 2022-ci il Millətlər Liqasında uğur qazanıb.   Oxu.Az xəbər verir ki, yarışın beşinci turunda gürcülər Şimali Makedoniya komandası ilə üz-üzə gəliblər. Makedoniyalılar qapıya dəfələrlə zərbələr vursalar da, hücumda heç nəyə nail olmayıblar. Gürcüstan komandası isə cəmi iki dəfə olsa da, hədəfə vurub və iki qola nail olub. Gürcüstan 2:0 hesabı ilə qalib olub. Nəticədə […]

MARAQLI

İlon Maskın cinsiyyətini dəyişdirən oğlu obyektivlərə tuş gəldi – FOTO

“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın bu yay özünü transgender elan edən və cinsiyyətini dəyişən oğlu Kaliforniyada paparatsiyaların obyektivinə tuş gəlib. Vivian Cenna Uilson (indi İlon Maskın oğlu belə adlanır) Santa-Monikada rəfiqəsi ilə alış-veriş edərkən görüntülənib. Xatırladaq ki, amerikalı milyarderin 18 yaşlı oğlu Xavyer bu il özünü transgender elan edib və cinsiyyətini dəyişərək qadın olub. O, həmçinin […]

Siyasət

Ermənilər Fransada mədəniyyət mərkəzinə hücum ediblər

Bir qrup erməni Fransada Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıblar. “Report”un Fransa bürosu xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb. Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız yalnız rəngli boya atmağa nail olublar. Polis təxribatçılara hadisə yerindən uzaqlaşdırıb və Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir […]

Siyasət

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

“ABŞ-ın Ermənistandakı Səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı Səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilir. “Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi […]

İdman

İsveçrə klubu millimizin üzvünü təbrik etdi – FOTO

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” oyunçunu yığmada ilk qolunu vurması münasibəti ilə təbrik edib. Oxu.Az xəbər verir ki, İsveçrə klubu sosial şəbəkə hesablarında Dadaşovun şəklini paylaşaraq bu sözləri yazıb: “Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.   Qeyd edək ki, R.Dadaşov Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə matçda (2:1) […]