Dünya

Zaporojye AES fəaliyyətini bərpa etdi

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini bərpa edib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) məlumat verilib. “Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın elektrik şəbəkəsinə qoşulub, nəticədə stansiya Ukraynada elektrik enerjisini almağa başlayıb. Bərpa edilmiş 750 kilovoltluq xətt indi Avropanın ən böyük atom elektrik stansiyasını enerji ilə təmin edir”, – MAQATE-nin məlumatında qeyd olunur. Xatırladaq ki, […]

Dünya

“Bayraktar”dan daha bir yenilik – VİDEO

Türkiyənin ilk pilotsuz döyüş aparatı olan və “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar Kızılelma” PUA-sının ilk mühərrik inteqrasiya sınağı uğurla tamamlanıb. “Bayraktar Kızılelma” PUA-sının ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır. Qeyd olunur ki, ən çətin tapşırıqları uğurla yerinə yetirəcək “Bayraktar Kızıelma” PUA-sı altı ton uçuş ağırlığına sahib olması hədəflənir. Mənbə: Selcuk Bayraktar “Twitter” səhifəsi Xeberal.az

İdman

“Tottenhem”-“Lester” oyununda qapılara səkkiz qol vuruldu – VİDEO

“Tottenhem” İngiltərə Premyer Liqasının 8-ci turunda evdə “Lester”i qəbul edib. Matç meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. “Tottenhem” – “Lester” – 6:2 Qollar: Tilemans, 6-pen (0:1), Keyn, 8 (1:1), Dayer, 21 (2:1), Meddison, 41 (2:2), Bentankur, 47 (3:2), Min, 73 (4:2), 84 (5:2), 86 (6:2) Bu qələbə ilə xalını 17-yə yüksəldən Antonio Kontenin […]

Müharibə

Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib – FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. “Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə […]

Müsahibə

“İlk müqaviləni top atəşləri altında imzaladıq” – MÜSAHİBƏ + FOTO

Fuad Sadıqov: “2021-ci ildə 2020-ci illə müqayisədə aqrar sığorta bazarında 450 faizlik artım olub. 2022-ci ilin artıq 8 ayı tamamlanıb. 2021-ci illə nisbətdə yenə də 230 faizlik bazar artımı var. Artıq zərər ödənişlərini edirik. Başlıca hədəfimiz fermerlərimizə xidmətlərin əlçatanlığını təmin etməkdir. İndi fermerlərimiz istənilən vaxt telefonla 16 51 qısa nömrəsinə müraciət edib, elektron sığorta müqaviləsi […]

Dünya

Qırğızıstan XİN: Sərhəddəki toqquşmalarda nizamsız hərbi birləşmələr iştirak edir

Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ruslan Kazakbayevlə BMT-nin baş katibi Antonio Qutereş arasında telefon danışığı baş tutub. Təmasın əsas mövzusu Qırğızıstan-Tacikistan sərhədində baş vermiş hərbi toqquşmalar olub. Ruslan Kazakbayev BMT-nin Baş katibinin diqqətinə çatdırıb ki, sərhəddəki toqquşmalarda Tacikistan tərəfdən nizamsız hərbi birləşmələr iştirak edir. Xatırladaq ki, bu gün Qırğızıstan Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən […]

İdman

Avropa çempionatı: Cüdo millimiz medal sıralamasında birinci oldu

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub. “Report”un məlumatına görə, komanda yarışı üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc […]

Dünya

Ərdoğanla İsrailin Baş naziri arasında rəsmi görüş keçiriləcək

İsrailin baş naziri Yair Lapid sentyabrın 22-də BMT-nin Baş Assambleyasının iclasında çıxış edəcək. Baş Assambleyada iştirak zamanı İsrail hökumətinin başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Qeyd olunur ki, bu, İsrail və Türkiyə liderləri arasında 2009-cu ildən bəri keçiriləcək ilk rəsmi görüşdür. Bundan əlavə T. Lapidin Böyük Britaniyanın yeni baş naziri Liz Trassla […]