İdman

Avroliqa: “Mançester Yunayted” və “Trabzonspor”dan qələbə, “Latsio” darmadağın oldu – VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. Oyunu günüdə 8 qrupda ümumilikdə 15 görüş baş tutacaq ki, onlardan da bəziləri artıq başa çatıb. Türkiyə təmsilçilərindən “Trabzonspor” H qrupunda Serbiya “Srvena Zvezda”sını qəbul edib. Qarşılaşma “bordo mavililər” üçün uğurlu olub – 2:1. E qrupunda “Mançester Yunayted” Moldova “Şerif”inin qonağı olub. Matç qonaqların forvardı Kriştianu […]

İdman

Qurban Qurbanov: “Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik”

“Fərqli hissələr oldu. Amma bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var. Onları saxlamağa çalışırdıq. Çox maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” klubuna 3:0 […]

Siyasət

Yaşar Əliyev: “Ermənistan nümayəndəsinin iddialarını qətiyyətlə rədd edirik”

“Biz Ermənistan nümayəndəsinin iddialarını qətiyyətlə rədd edirik”. “Report” xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib. Səfir Ermənistanın BMT-dəki daimi nümayəndəsinin çıxışı zamanı səsləndirilən ittihamların, əsassız və böhtan xarakterli olduğunu vurğulayıb: “Standart uydurmalar, təhriflər və aldatmalarla dolu bu bəyanatlar Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və […]

Cəmiyyət

Bakıda yaşayış binasındakı yanğın söndürülüb – YENİLƏNİB

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, bir otağında bir ədəd yastıq və dəhlizdə bir ədəd döşək yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı altı kvadratmetr sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından […]

Müharibə

XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn olundu – FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, əslən İsmayıllıdan olan, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib. “Report” xəbər verir ki, 34 yaşlı şəhidimizin nəşi yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərasimdə şəhər rəhbərliyi, E.Səmədovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları […]

Siyasət

Yaşar Əliyev: “Azərbaycan regionda sabitliyin və inkişafın təşviqinə sadiqdir”

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına, eləcə də regionda sabitliyin və inkişafın təşviqinə qətiyyətlə sadiqdir. “Report” xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib. Daimi nümayəndənin qeyd etdiyi kimi, Bakı regional nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın çiçəklənməsinin tərəfdarıdır. “Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və qəbul edilmiş təcrübələrə […]

İdman

Atıcımız Ruslan Lunyov Avropa çempionu oldu

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub. Beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib. Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb. Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız […]

Müharibə

Şəhid anası: “Oğlum 20 yaşına qədər mənə əmanət idi, indi də Allaha əmanətdir”

“Oğlum 20 yaşına qədər mənə əmanət idi, indi də Allaha əmanətdir”. Oxu.Az xəbər verir ki, bu sözləri şəhid Polad Şirinovun anası Mahirə Şirinova deyib. O bildirib ki, oğlu ilə şəhadətindən üç gün öncə danışıb: “Oğlum heç nə deməzdi. İşi barədə məlumat verməzdi. Hər zaman deyərdi ki, başını dik tut. Oğluma söz vermişəm ağlamayacam. Başımı dik […]

Dünya

ABŞ Kadırov və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatları Çeçenistan lideri Ramzan Kadırov və ailəsinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, məhdudiyyətlərə aşağıdakı şəxslər məruz qalıb: Kadırov Ramzan Axmatoviç; Kadırova Aişat Ramzanovna; Kadırova Karina Ramzanovna; Kadırova Medni Musayevna; Kadırova Tabarik Ramzanovna. Xatırladaq ki, ABŞ əvvəllər də Çeçenistan rəhbərinə qarşı sanksiyalar tətbiq edib. Mənbə: […]

Dünya

Nensi Pelosi Ermənistana səfər edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcək. Bu barədə cümə axşamı Amerikanın “Politico” qəzeti məlumat yayıb. Pelosinin İrəvanda baş nazir Nikol Paşinyan, eləcə də digər respublika rəsmiləri ilə görüşü gözlənilir. Nəşrin məlumatına görə, Nümayəndələr Palatasının erməni əsilli üzvü Ceksi Spir də (demokrat, Kaliforniya ştatından) Pelosi ilə birlikdə səfərə yollanacaq. Xeberal.az