Dünya

İranla nüvə sazişinin bərpası üzrə danışıqlar dayandırıldı

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası prosesi dayandırılıb və onun yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur. Bu barədə cümə axşamı İsrailin müdafiə naziri Beni Qanz bildirib. Rayxman Universitetindəki təhlükəsizlik konfransında çıxış edən nazir Vyana danışıqlarının ən azı noyabrın 8-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər dayandırıldığını bəyan edib. Qeyd edək ki, […]

Dünya

Avtomobililə yolda qalan gənc köməyə çağırdığı polislər tərəfindən güllələndi – VİDEO

Koloradoda polislər avtomobiliylə yol kənarında ilişib qalan və 911-ə zəng edən sürücünü güllələyiblər. Kristian Qlassın “Honda Pilot” markalı avtomobili kənd yolunun kənarında qalıb. Kişi fövqəladə xidmətə zəng edərək kömək istəyib. Həvəskar geoloq Qlassın avtomobilinin içərisində bir neçə bıçaq və çəkic olub. Hadisə yerinə gələn polis əməkdaşları onun maşından çıxmasını tələb ediblər. Kristian özünü təhlükəsiz hiss […]

Siyasət

İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ”ın Fransanın “Nant” komandası üzərindəki qələbəsi ilə bağlı paylaşım edib. Xeberal.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən İlham Əliyev “Qarabağ (Azərbaycan) – Nant (Fransa) – 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!” şərhini əlavə edib. Həmin paylaşımı təqdim edirik: Qarabağ (Azərbaycan) – Nant (Fransa) – 3:0. Darmadağın! Qarabağ Azərbaycandır! — İlham Əliyev (@azpresident) September 15, […]

Cəmiyyət

Hərbi ekspert: “Ermənistanın iki sözündən üçü yalandır” – VİDEO

“Ermənistanın iki sözündən üçü yalandır”. Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində hərbi ekspert Üzeyir Cəfərov bildirib. O bildirib ki, Paşinyan Brüssel görüşündən sonra 360 dərəcə dəyişib: “Avqustun 3-ü Azərbaycan Ordusu “Qisas” əməliyyatını həyata keçirəndə dərhal bəyan elədi ki, biz Azərbaycan Respublikasının vətəndaşlarının Ermənistan ərazisindən rahat şəkildə Naxçıvan MR-nın ərazisinə keçməyinə zəmanət veririk.Amma sonrakı adımları […]

Cəmiyyət

Şəhid Zöhrab Kərimov Biləsuvarda dəfn edilib – FOTO

Biləsuvar şəhərində şəhid əsgər Kərimov Zöhrab Azad oğlu dəfn olunub. “Report”un məlumatına görə, əvvəlcə 2003-cü il təvəllüdlü şəhid Z.Kərimovla yaşadığı evində vida mərasimi keçirilib. Daha sonra şəhid böyük izdihamla Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xeberal.az

İdman

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin”

“Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo!” “Report”un məlumatına görə, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib. 59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib: “Futbolda belə […]

İdman

Konfrans Liqası: “Sivasspor” Rumıniya klubuna qalib gəldi

UEFA Konfrans Liqasının qrup mərhələsində II tura start verilib. Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” G qrupunda Rumıniyada ÇFR komandası ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 28-ci dəqiqədə Maks Qradel vurub. Qeyd edək ki, Türkiyənin “Başakşehir” klubu isə A qrupunda İtaliya “Fiorentina”sını qəbul edəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da […]

Dünya

Ukraynada meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib. PCR testi sayəsində xəstəyə müvafiq diaqnoz qoymaq mümkün olub. Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Hazırda xəstə stasionar müalicə üçün tibb müəssisəsinə yerləşdirilib. O, xəstəliyi yüngül keçirir. Faktla bağlı epidemioloji araşdırma aparılır”, – məlumatda deyilir. Xəstənin xaricə səfər etmədiyini bildirib. Lakin həkimlər onun ölkənin böyük şəhərlərindən […]

Cəmiyyət

​​​​​​​Şəhid Namiq Məmmədli Bərdədə dəfn olundu

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin dövlət sərhədimizin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatnln qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri Bərdə rayon Təhlə kənd sakini, Namiq Ağaməmməd oğlu Məmmədli günorta saatlarında ailəsinə təhvil verilib. “Report”un məlumatına görə, şəhidimizlə vida mərasimi keçirilib. Vida mərasiminə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, hərbiçilər, qonşu rayonlardan gələn yüzlərlə insanlar qatılıb. Ruhuna […]

Cəmiyyət

Moldovada yaşayan soydaşlarımızdan dəstək aksiyası – FOTO

Moldovada yaşayan soydaşlarımız Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycana dəstək ifadə etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün ölkəmizin Moldovadakı səfirliyinin meydanına toplaşıblar. Görüşdə Moldova parlamentindəki hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputat, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Vitali Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icmaların nümayəndələri və gənclər iştirak ediblər. Görüş iştirakçıları […]