Cəmiyyət

Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, şəhərin Nəsimi rayonunda çoxmərtəbəli mansarda tipli yaşayış binasında ümumi sahəsi 140 m² olan mənzilin 1 otağının tavanı 1 kvadratmetr sahədə, sahəsi 80 kvadratmetr mansardanın yanar konstruksiyaları 10 kvadratmetr sahədə və binanın dam örtüyü 10 kvadratmetr sahədə yanıb. Mənzilin, mansardanın və dam örtüyünün qalan […]

Cəmiyyət

Sabahdan yol hərəkəti ilə bağlı suallara cavab tapacağınız yeni layihəyə start verilir

“Avto FM” 107.7 dalğasında yeni layihə başlayır. Oxu.Az xəbər verir ki, yol hərəkəti ilə bağlı Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan bütün mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında “Qaydaları pozma” adlı yeni layihə “Avto FM” 107.7 dalğasında başlayır. Veriliş radioda yayımlanmaqla yanaşı radionun “Yotube”, “Facebook”, “Instagram” […]

Cəmiyyət

Mental dəyərlərə bağlı adət-ənənələr: Evlilikdə yaşın fərqi varmı? – FOTO

Diqqət etsək, görərik ki, böyük yaş fərqi olan nikahların sayı artmaqdadır. Belə evliliklərdə əsasən kişilərin yaşının qadınlardan xeyli çox olduğu müşahidə olunur. Ancaq qadınların da özlərindən yaşca kiçik olan kişilərlə izdivac qurduqları hallar artmaqdadır. Belə nikahlar cəmiyyətdə heç də birmənalı qarşılanmır və müxtəlif fikirlərin yaranmasına səbəb olur. İnsanlarda bir düşüncə var ki, kişi qadından mütləq […]

Dünya

Ukrayna ordusu 70 km irəliləyib: Bir sıra yaşayış məntəqələri azad edilib – FOTO

Ukrayna ordusu Xarkov istiqamətində 70 km irəliləyib. Bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Ölkənin silahlı qüvvələri son sutka ərəzində Xarkov vilayətinin Kozaçaya Lopani və Çkalovsk qəsəbələrini nəzarət altına alıblar. Sentyabrın əvvəlindən Ukrayna döyüşçüləri artıq 3000 kvadrat kilometr ərazini azad ediblər. Bu barədə “Telegram”da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıy yazıb. Onun […]

İdman

Ayşən Abduləzimova AVRO-2023-ə vəsiqə qazanmalarından DANIŞDI

“Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bütün komanda yoldaşlarımı, məşqçilər korpusumuzu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm”. “Report”un məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova 2023-cü ildə Belçika, İtaliya, Estoniya və Almaniya keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaları ilə bağlı danışarkən deyib. 29 yaşlı kapitan təsnifat mərhələsində […]

Dünya

Gürcüstan avroya keçir

Gürcüstan parlamenti üçüncü yekun dinləmədə ölkənin Vahid Avro Ödənişlər Zonasına qoşulması ilə bağlı qanun layihələr paketini qəbul edib. Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb. Ümumilikdə 21 qanuna dəyişiklik edilib. O cümlədən, “Gürcüstanın Milli Bankı haqqında”, “Kommersiya banklarının fəaliyyəti haqqında” və “Gürcüstanın ödəniş sistemi və ödəniş xidmətləri haqqında” qanunlara müvafiq düzəlişlər təsdiqlənib. “Qanun layihələri paketinin […]

İqtisadiyyat

Bolqarıstan qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilər

Bolqarıstan Cənub Qaz Dəhlizi ilə tədarük həcmini artırmaq və Azərbaycandan hər il iki milyard kubmetrə qədər qaz almaq niyyətindədir. Bu barədə bazar günü ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov Bakıda keçirdiyi danışıqların yekunları üzrə Bolqarıstanın milli televiziyasına müsahibəsində bildirib. “Onlar bizə ənənəvi tərəfdaş kimi Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsindən əlavə qaz payı verməyi təklif […]

Dünya

Rusiya qırıcısı qəzaya uğradı

Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb. Təyyarə qəzası Raznodelnenski və Krasnoperekopski rayonlarının sərhədində baş verib. Hadisə şahidlərinin məlumatına görə, səhər saat 6 radələrində hərbi təyyarə əkin sahəsinə düşüb. Ehtimal olunur ki, bu, Su-34 qırıcısı ola bilər. Pilotlar katapult etməyə müvəffəq olublar. Qəzanın səbəbləri hələlik məlum deyil. Mənbə: Baza Xeberal.az

Dünya

Kraliça II Elizabetin cənazəsi Edinburqa aparılır – VİDEO

İngiltərədə həyatını itirən Kraliça II Elizabetin cənazəsini daşıyan kortej bu gün Şotlandiyanın Balmoral qəsrindən yola düşüb. Avtomobil karvanı günorta saatlarında qəsrdən ayrılıb. Kraliça ilə vidalaşmaq istəyən minlərlə insan yolun kənarında karvanı izləyib. II Elizabetin cənazəsi axşam saatlarında Şotlandiyanın paytaxtı Edinburqa çatacaq. Kraliçanın dəfn mərasimi sentyabrın 19-da Vestminsterdə keçiriləcək. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Şəhid ailəsinin evi uçma təhlükəsilə üz-üzədir – VİDEO

Vətən müharibəsi şəhidinin atasının yaşadığı ev uçmaq təhlükəsi ilə üz-üzədir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı evdə kiçik çatlar yaranır. Daha sonra bu çatlar genişlənib və evin təhlükəli vəziyyətə düşməsinə səbəb olub. Qəzalı vəziyyətə düşən evlə bağlı aidiyyəti qurumlardan cavab alan ata çarəsiz vəziyyətdə qalıb. İki nəfərdən ibarət İsayevlər ailəsi iki ildən çoxdur sözügedən evdə […]