Cəmiyyət

Rafael Ağayev ilk dəfə qızının üzünü göstərdi – FOTO

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə övladları ilə birgə kamera önünə keçib. Oxu.Az xəbər verir ki, tanınmış idmançı yeni dünyaya gələn qızı və oğlu ilə fotosessiya etdirib. Qeyd edək ki, 2016-cı ildə ailə quran Rafel Ağayev ilk dəfə dünyaya yeni gələn qızı və oğlu ilə birlikdə kamera qarşısına keçib. Həmin […]

Siyasət

“TurAz Qartalı-2022” təlimində iştirak edən heyət Türkiyəyə qayıdıb – FOTO

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər. Xeberal.az

Dünya

Kuleba: “Danışıqlar üçün ən yaxşı yer döyüş meydanıdır”

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün ən yaxşı yer döyüş meydanıdır”. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Le Journal du dimanche” jurnalına verdiyi müsahibəsində deyib. “Prezident Makron kiminlə danışacağına qərar vermək hüququna malikdir. Lakin təcrübə göstərdi ki, Putinlə müzakirələr üçün ən yaxşı yer döyüş meydanıdır”, – Kuleba bildirib. Nazirin sözlərinə görə, Kreml rəhbərinin […]

Cəmiyyət

Sitrus və allergiya dövrü gəlir: “Pəhriz saxlamasalar, ağır fəsadlarla üzləşəcəklər” – FOTO

Təxminən iki həftə sonra payız gəlir. Bu fəsildə insanların immun sistemi zəifləyir. Köhnə xəstəliklər baş qaldırır, mövsümi qrip də özünü çox gözlətmir. İnsanlar immun sistemini qaldırmaq üçün təbii vasitə olan sitrus meyvələrinə üz tuturlar. Lakin heç də hamı həmin meyvələri yeyə bilmir – çünki allergik reaksiyalarla üzləşir. Ümumiyyətlə, allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. […]

Mədəniyyət

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək – VİDEO

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək. Bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında məlumat verib. Nazir qeyd edib ki, beynəlxalq festival 18-26 sentyabrda təşkil olunacaq. Festivalda 14 ölkədən musiqiçilər iştirak edəcək. Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Norveç, Rusiya, Cənubi Koreya, Türkiyə, ABŞ, habelə yerli musiqiçilər Bakı, […]

Dünya

Pakistanda II Elizabetin ölümü ilə bağlı ümummilli matəm elan edildi

Pakistanın İnformasiya və Yayım naziri Məryəm Auranqzeb Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 12-də ölkədə ümummilli matəm elan edildiyini açıqlayıb. Nazirin sözlərinə görə, müvafiq qərarı baş nazir Şahbaz Şərif təsdiq edib. Matəm çərçivəsində bütün ölkədə dövlət bayraqları yarıya qədər endiriləcək. Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. […]

Siyasət

Sahibə Qafarova Tacikistana səfər etdi – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfər edib. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov, Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər. Düşənbə Beynəlxalq Hava Limanında nümayəndə heyətini […]

Dünya

İraqdakı yol qəzasında iranlı zəvvarlar həlak oldular

Bazar günü İraqın mərkəzindəki Babil əyalətində baş verən yol qəzasında ən azı 11 nəfər həlak olub. Məlumata görə, İrandan gələn zəvvarların olduğu avtobus yük maşını ilə toqquşub. Nəticədə 10 iranlı və İraq vətəndaşı olan avtobus sürücüsü həlak olub. Qəzanın səbəbləri barədə məlumat verilmir. Mənbə: TASS Xeberal.az

İdman

Çempionlar Liqasının “Reyncers” – “Napoli” matçının vaxtı dəyişdirildi

Futbol üzrə Çempionlar Liqasının II turunda Şotlandiya “Reyncers”i ilə İtaliyanın “Napoli” klubları arasında keçiriləcək oyun Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada milli matəm elan olunduğu üçün sentyabrın 13-dən 14-nə keçirilib. Bu barədə bazar günü Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb. Həmçinin “Napoli” azarkeşlərinin Qlazqo matçına, “Reyncers” azarkeşlərinin isə Neapoldakı cavab […]

Cəmiyyət

Beyin hüceyrələrini sevən etil və yaradıcılıq üçün spirt axtaranlar: “İstedad həm də imtina məqamıdır” – FOTO

Yaradıcı insanlar arasında spirtli içkilərə meyil həmişə güclü olur. Bu, dünyada da belədir. Hətta dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri spirtli içkilər səbəbindən həyatları ilə vidalaşıblar. Bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur. Müasir yazarlarımızın spirtli içkilərə meyilli olduqları sosial şəbəkə paylaşımlarında müşahidə olunur. Belə fikir səsləndirirlər ki, insan içməyəndə yaza bilmir. Bəziləri sırf yaradıcı imkanlarını genişləndirmək üçün […]