Dünya

Tarkanın oxşarı “Popstar” Abidin indi nə işlə məşğuldur: “Bir çox insan bunu eşidəndə təəccüblənir” – FOTO

Bir zamanlar populyar olan “Popstar-Türkiyə” yarışmasının iştirakçılarından olan türkiyəli Abidin Özşahin illər sonra müsahibə verib.   Meqastar Tarkana bənzərliyi ilə yadda qalan Abidindən hazırda nə işlə məşğul olduğu soruşulub. “Mən öz dünyamda yaşamağa davam edirəm, bir çox insan bunu eşidəndə təəccüblənir və böyük əksəriyyəti yüksək qiymətləndirir”, – deyə o bildirib. “Amma “biz səni musiqiçi kimi tanıyırdıq” […]

Dünya

Macarıstanın dövlət qurumlarında otaqların qızdırılmasına məhdudiyyət qoyuldu

Macarıstanda dövlət müəssisələrinin ofislərində otaqların 18°C-dən yuxarı temperaturda qızdırılması qadağan edilib. Bu barədə Macarıstan Baş naziri Administrasiyasının rəhbəri Gergey Quyyaş hökumətin brifinqində deyib. “Bütün dövlət müəssisələrində isitmə ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək, ona görə ofislər 18 dərəcədən isti ola bilməz”, – deyə o bildirib. O, həmçinin qeyd edib ki, xəstəxana və sosial müəssisələr istisna olmaqla, […]

Dünya

Moskvada 52 yaşlı qadın onunla mübahisə edən sevgilisini yandırıb öldürdü

Rusiyanın paytaxtında birgə yaşadığı kişini yandıraraq öldürən qadın saxlanılıb. 52 yaşlı qadın sevgilisi ilə spirtli içki qəbul edəndən sonra aralarında mübahisə yaranıb. O, kişinin olduğu mənzili yandırıb və binanı tərk edib. 42 yaşlı kişinin meyiti yanğın söndürüləndən sonra aşkarlanıb. Mənbə: Moslenta Xeberal.az

Dünya

19 saat şəhərdə gəzərək qarşısına çıxanları güllələdi və cinayətini canlı yayımladı – VİDEO

Tennessi ştatının (ABŞ) Memfis şəhərində 19 yaşlı afroamerikalı Ezekiel D.Kelli 19 saat şəhəri gəzərək yoldan keçənlərə atəş açıb. Nəticədə müxtəlif yerlərdə azı dörd nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib. Cinayətlərdən azı biri qatil tərəfindən sosial şəbəkələrdə canlı yayımlanıb. Polis tərəfindən təqib olunan şübhəli oğurlanmış avtomobildə qəza törətdikdən sonra saxlanılıb. O, maşından […]

Dünya

Riki Martin onu intim münasibətdə ittiham edən qohumuna qarşı 20 milyonluq iddia qaldırdı

Dünyaca məşhur müğənni, aktyor Riki Martin onu intim münasibətdə ittiham edən qohumuna qarşı 20 milyon dollarlıq iddia qaldırıb. Martinin dediyinə görə, nüfuzunu “öldürməyə” çalışan Dennis Yadiel Sançesə qarşı San-Xuanda məhkəməyə müraciət edib. Daha əvvəl müğənninin qohumu sənətçinin ona psixoloji və fiziki təzyiq göstərdiyini iddia etmişdi. Martin qohumuna məhkəmədə qalib gəlib. İfaçının sözlərinə görə, Sançes sosial […]

Dünya

Türkiyədə yerin altından gələn səslər kənd sakinlərini vahiməyə saldı – FOTO

Türkiyənin Siirt vilayətinin mərkəzi Meydandərə kəndində yerin altından qəribə və qorxulu səslər gəlməyə başlayıb. Bu iddia ilə bağlı Türkiyə Fövqəladə Hallar Nazirliyi hərəkətə keçib. Rayonda xüsusi qrup yaradılıb. Həmçinin geologiya mühəndislərindən ibarət qrup kənddə araşdırma aparıb, kənd muxtarından lazımi məlumatlar alınıb. Həmçinin bölgədə akselerometr sistemi quraşdırılıb. Bu sistem kənddə baş verə biləcək zəlzələlər, təbii və süni […]

Cəmiyyət

Şəmkirdə 40 yaşlı qadın özünü bıçaqladı

Şəmkirdə qadın özünə bıçaqla xəsarət yetirib. APA-nın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Şəfa Xəlilova qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadının pisxoloji problemi olub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az