Dünya

Dizayner plastik şüşələrdən 895 avroluq ayaqqabı hazırladı – FOTO

Dizayner və rəqəmsal rəssam Maks Arnautov “Balenciaga” brendi kolleksiyası üçün yeni ayaqqabılar təklif edib. O, öz layihəsini İnstaqramda təqdim edib. Arnautovun ayaqqabıları sırf yay fəsli üçün nəzərdə tutulub. Sənətçinin hesabında paylaşdığı fotoda həmin ayaqqabılar pop müğənnisi Castin Biberin ayağında göstərilib. O, yay ayaqqabılarını corabla geyinməyi təklif edib. Arnautov ideyasını 895 avro dəyərində qiymətləndirib. Xeberal.az

Dünya

Barak Obama “Emmi” mükafatına layiq görüldü

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Netflix”in “Bizim Böyük Milli Parklarımız” (2022) sənədli serialındakı roluna görə “Ən yaxşı hekayəçi” nominasiyasında “Emmi” mükafatını alıb. Bu barədə məlumat ABŞ Televiziya Elmləri və İncəsənəti Akademiyasının rəsmi saytında dərc olunub. Məlmata görə, Obama mükafatı dünyanın milli parkları və onların vəhşi təbiətindən bəhs edən beş seriyalı serialın birinci seriyasının səslərdirilməsinə görə […]

Dünya

“WhatsApp” istifadəçilərinə sorğular göndərməyə başlayacaq

“WhatsApp” messencerinin komandası gələcək yeniləmələrdə tətbiqin təkmilləşdirilməsinə kömək etmək üçün istifadəçilərə sorğular göndərməyə başlayacaq. Qeyd olunur ki, “WhatsApp Surveys” adlı çatda istifadəçilər messencerin yeni funksiyaları ilə bağlı suallar və rəylərini yaza biləcəklər. Əgər istifadəçi sorğuda iştirak etməyə dəvət olunarsa, sorğunun məqsədi barədə ona məlumat veriləcək. İstifadəçilər gələcəkdə sorğulara dəvət olunmamaq üçün “WhatsApp Surveys” çatını bloklaya […]

Dünya

Çin günəş enerjisi ilə işləyən kosmik dronu sınaqdan keçirib

Çin günəş batareyaları ilə işləyən “Çiminsin-50” (QMX-50) dronunu sınaqdan keçirib. Yerə yaxın kosmik fəzada uçuşlar üçün nəzərdə tutulna PUA-nın sınaqları uğurlu olub. Bu barədə bazar günü Çinin Aviasiya Sənayesi Korporasiyası (AVIC) məlumat verib. Birinci Aviasiya Quruculuğu İnstitutu tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli PUA-dır. O, ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığından havaya qalxıb […]

Dünya

Suriyada hərbi helikopter qəzaya uğrayıb: Bütün heyət ölüb

Suriya Silahlı Qüvvələrinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə bazar günü ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində üç nəfərdən ibarət ekipaj həlak olub. Qəzaya səbəb kimi texniki nasazlığı göstərib. İnsidentin ölkənin mərkəzi hissəsində, Həmanın şimal-şərqində baş verdiyi dəqiqləşdirilib. Mənbə: lenta.ru Xeberal.az

Dünya

Britaniya polisi iqtisadi böhran səbəbindən etirazlara hazırlaşır

İngiltərə polisi görünməmiş iqtisadi böhran səbəbindən bu qış asayişi pozmağa çalışanlarla mübarizəyə hazırlaşır. Məlumata görə, iqtisadi təlatümlər və maliyyə qeyri-sabitliyi ölkədə müəyyən cinayət növlərinin artmasına səbəb ola bilər. Bunlara satınalma, mağazalardan oğurluq, soyğunçuluq, avtomobil oğurluğu, onlayn dələduzluq və şantaj sahəsində cinayətlər, həmçinin “maliyyə zəifliyindən istifadəyə” əsaslanan cinayətlər daxildir. Bu baxımdan polis fövqəladə planlar hazırlayır. Qeyd […]

Dünya

Çilidə konstitusiya referendumu keçirilir

Çilidə sentyabrın 4-də yeni konstitusiyasının təsdiqi üçün referendum keçirilir. Qeyd olunur ki, Latın Amerikası ölkəsinin bir çox sakini ədalətli gələcəyə ümidlərini yeni konstitusiyaya bağlayır. Hələlik ictimai rəy sorğuları göstərir ki, referendumda təklif olunan əsas qanun variantı onun təsdiqlənməsi üçün lazımi səsləri çətinliklə toplayır. Yeni konstitusiya layihəsi gender bərabərliyini təsbit edir, ilk dəfə Çilinin yerli xalqlarının […]

Dünya

İsrail “Boeing 747”nin uçuşlarını qadağan edəcək

İsrail hökuməti səs-küy və hava çirkliliyini azaltmaq üçün “Boeing 747” və buna bənzər dörd mühərrikli təyyarələrin uçuşunu qadağan etmək qərarına gəlib. Uçuş qadağasının 31 mart 2023-cü ildə qüvvəyə minəcəyi gözlənilir. Dörd mühərrikli təyyarələrin istismarına müstəsna hallarda yalnız xüsusi lisenziya ilə icazə veriləcək. Ətraf mühitin yaxşılaşdırılması üçün hazırlanan planın bir hissəsi olaraq İsrail səlahiyyətliləri 2023-cü ilin […]

Dünya

Ukrayna Səhiyyə Nazirliyi: Ölkədə koronavirusun yeni dalğası başlayıb

Ukraynada koronavirusun yeni dalğası başlayıb. Bunu səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi xəstələrin sayında ciddi artım müşahidə edir və bunu payız dalğasının başlanğıcı hesab edir. Kuzin bildirib ki, son bir həftədə COVID xəstələrinin satı 9 100 idisə, indi 11 500 nəfərə çatıb. “Bu, üçüncü ildir ki, […]

Cəmiyyət

Bakıda Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır – FOTO

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır. APA xəbər verir ki ərazidə işçilər son quraşdırma işlərini həyata keçirir. Yaxın günlərdə abidənin ucaldılacağı gözlənilir. Qeyd edək ki, abidə köhnə “Bakı” Mehmanxanasının yerində salınmış parkda ucaldılacaq. Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir. Xeberal.az