İdman

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offundakı potensial rəqibi bəlli olub. Oxu.Az xəbər verir ki, ağdamlılar III təsnifat mərhələsində “Ferentsvaroş”unu mübarizədən kənarlaşdıra bilsə, pley-offda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi “Şerif”ə evdə də eyni hesabla qalib gələrək, pley-offa vəsiqə qazanıb. Qeyd edək ki, “Qarabağ” hazırda Budapeştdə “Ferentsvaroş”la qarşılaşır. […]

Dünya

Pelosi Çin Prezidentini “qorxmuş xuliqan” adlandırdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Konqres üzvləri onun Tayvana səfərinə Çinin reaksiyasından qorxmurlar. Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin özünü “qorxmuş xuliqan” kimi aparır. “Düşünürəm ki, o, həssas vəziyyətdədir. O, qorxmuş xuliqan kimi davranır”, – Pelosi bildirib. Spikerin sözlərini “Bloomberg” yayıb. Həməçinin, MSNBC telekanalının “Morning Joe” verilişində Pelosi […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılış mərasimində iştirak edirlər – YENİLƏNİB + CANLI

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edirlər. Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb. Sonra Livan əsilli isveçli müğənni Maher […]

Siyasət

Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən paylaşım edib – VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən paylaşım edib. Oxu.Az paylaşımı təqdim edir:  “V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi. Konya, Türkiyə. 09.08.2022”.         Посмотреть эту публикацию в Instagram                       Публикация […]

Siyasət

Azərbaycan XİN-dən Kubaya həmrəylik mesajı – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Kubada neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib. Bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib. “Kubanın Matanzas şəhərində neft müəsssəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”, – deyə paylaşımda […]

Dünya

Ukrayna Türkiyədən 50 zirehli transportyor alıb – VİDEO

Türkiyə Ukrayna Silahlı Qüvvələrinə (AFU) “Kirpi” zirehli transportyorlarının ilk partiyasını təhvil verib. Bu barədə çərşənbə axşamı hakim “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Misyagin məlumat verib. “Türkiyənin “Kirpi” zirehli transportyorları artıq Ukrayna Silahlı Qüvvələrinin arsenalındadır”, – o, öz “Telegram” kanalında yazıb. “Dəniz Piyadaları Korpusunun iki briqadası artıq əlli belə maşından istifadə edir. Biz daha yüz əlli […]

Dünya

Almaniyada dörd yaşlı uşaq meymunçiçəyinə yoluxdu

Almaniyada 4 yaşlı uşaq meymunçiçəyi virusuna yoluxub. Robert Koç İnstitutunun açıqlamasına görə, meymunçiçəyi virusuna 2982 yoluxma qeydə alınıb və bu adamlardan 7-si qadın olub. İndiyədək Almaniyada 2 gənc və 2 böyüklə eyni evdə yaşayan uşaq sözügedən virusa yoluxub. Baden-Vürtemberq əyalətinin Pforzheim şəhərində qızın yaşadığı evdə meymunçiçəyi virusuna yoluxma hadisəsi ortaya çıxıb. Bundan sonra o ehtiyat […]

Cəmiyyət

İranda təqaüdçülər etiraza qalxdı: “Ölüm olsun Rəisiyə” – VİDEO

İranın Şuş şəhərində təqaüdçülər 50 dərəcədən yuxarı isti havada etiraz aksiyası keçiriblər. Mövzu ilə bağlı Azad İran kanalı məlumat yayıb. Bildirilib ki, təqaüd haqlarının az olmasına və vaxtında ödənilməsinə etiraz edən təqaüdçülər ölkə prezidentinə qarşı “Ölüm olsun Rəisiyə” şüarı səsləndiriblər.   Xeberal.az

Cəmiyyət

Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanılıb – RƏSMİ

Avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib. Baş Prokurorluqdan verilən xəbərə görə, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib. Hadisə zamanı binada yaşayan […]

İdman

İslamiadanın açılış mərasimi keçirilir: İlham Əliyev və Mehriban Əliyeva mərasimdə iştirak edirlər – CANLI

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər. 21:52 Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya […]