Cəmiyyət

FHN: Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Bu gün batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən ”Görədil” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Bilgəh”, “Görədil” və “Astara” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub. Xeberal.az

Dünya

Litvada Belarusla sərhəddə istehkamlar qura bilər

Belarusla sərhəddə hərbi istehkamların tikilməsi məsələsi Litv parlamentininn milli təhlükəsizlik və müdafiə komitəsinin müzakirə mövzusu olacaq. Bu barədə bazar günü komitənin sədri Laurinas Kasçyunas məlumat verib. Komitə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin nümayəndələrini iclasa çağırıb. “Bizim xahişimizlə sərhəd idarəsi bölgədəki ən problemli yerlərin təhlilini hazırlayıb. Müdaxilə olarsa, düşmənin Litva ərazisinin dərinliklərinə […]

Dünya

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək. Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq. Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib. Qeyd edək ki, […]

Cəmiyyət

Tanınmış broker DTX tərəfindən saxlanılaraq həbs olundu

Tanınmış broker Əbülfəz Məlikov həbs edilib. APA-nın əldə etdiyi məlumata görə, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, külli miqdarda dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur. Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və […]

Dünya

“Oskar”lı aktrisa Ukraynaya səfər edib – FOTO/VİDEO

Hollivud aktrisası Cessika Çesteyn Ukrayna xalqı ilə həmrəyliyini ifadə etmək və Rusiyanın başlatdığı müharibədə ölkəni dəstəkləmək üçün Kiyevə gəlib. Uşaq xəstəxanasını ziyarət edən aktrisa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. O, həmçinin İrpinə yollanmağı da planlaşdırır. Qeyd edək ki, Çesteyn Ukraynada müharibə başlayandan bəri ölkəyə səfər edən yeganə Hollivud ulduzu deyil. Bundan əvvəl Ancelina Coli və […]

Dünya

Ermənistan ordusunun hərbçiləri ölüb

Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, sıravi Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb. Bu barədə “Report” Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. Eyni zamanda bu gün saat 15:30-da Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə […]

İdman

UEFA Ukraynaya Millətlər Liqası oyunlarının yayım hüquqları pulsuz verdi

UEFA Ukraynaya Millətlər Liqasının payızda keçiriləcək oyunlarının yayım hüquqlarını verib. Ölkə millisinin iştirakı ilə baş tutacaq üç matçın yayımına görə Ukrayna tərəfindən heç bir ödəniş alınmayıb. Qeyd edək ki, yayım paketinə Ukrayna millisinin B1 qrupunda Şotlandiya yığması ilə iki oyunu və Ermənistan seçməsilə qarşılaşması daxildir. Mənbə: truexanews.ua Xeberal.az

Dünya

İran XİN: “Nüvə silahına sahib olmaq İslam Respublikasının prinsiplərinə ziddir”

Nüvə silahı İranın siyasi doktrinasına daxil deyil, ona malik olmaq İslam Respublikasının prinsiplərinə ziddir. Bunu bazar günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib. Abdullahiyanın sözlərinə görə, Yaxın Şərqdə atom silahlarından azad zonanın yaradılmasına ciddi diqqət yetirilməlidir. “İran İslam Respublikası belə bir zonanın yaradılmasının təşəbbüskarlarından biridir […]

İdman

“Mançester Siti” Holandın dublu ilə qazandı – VİDEO

İngiltərə Premyer Liqasında daha bir maraqlı oyun başa çatıb. Son çempion “Mançester Siti” “Vest Hem”in qonağı olub. “Şəhərlilər”in xeyrinə bitən matç komandanın yeni hücumçusu Erlinq Holandın dublu ilə əlamətdar olub. Qvardiolanın yetirmələri ev sahiblərinin qapısından 2 cavabsız top keçiriblər. Bu nəticə ilə “Mançester Siti” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Hazırda ilk pilləni 3 top vurub, 1 […]