Cəmiyyət

ASCO-nun Akademiyasının prorektoru vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki baş verib. ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Ziyatxan oğlu Şərifov vəfat edib. Zahid Şərifov 8 yanvar 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. O, Azərbaycan Dövlət Dəniz Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. Ölkəmizdə dənizçi kadrların […]

Cəmiyyət

Hacıqabulda dəmir yolu yarımstansiyasında yanğın

Hacıqabulda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub. Bu barədə Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə nəticəsində QSC-yə məxsus yarımstansiyanın transformatoru yanıb. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Dünya

Bakının bəzi qəsəbələrində su kəsiləcək: Sakinlərin DİQQƏTİNƏ

Sabah Bakının Bülbülə və Əmircan qəsəbələrində su kəsiləcək. Bu barədə “Azərsu” ASC-dən bildirilib. Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Xeberal.az

Siyasət

Ceyhun Bayramov gürcü həmkarına təşəkkür edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.  Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə öz “Twitter”hesabında yazıb. “Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, – Ceyhun […]

İdman

“Sumqayıt” klubunda yeni TƏYİNAT

“Sumqayıt” Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib. Adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək. Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən “Sumqayıt” FK-da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib. Mənbə: Sfc.az Xeberal.az

MARAQLI

Mənşəyi bilinməyən abidə, “Butulka piri” – REPORTAJ + FOTO

Ölkəmizin müxtəlif regionlarında insanların inanc yeri olan pirlər var. Biz heç kimin inancına irad bildirmirik. Lakin,elə pirlər var ki, insanda təəccüb yaradır. Məsələn, “mıx” piri, “qaloş” piri, “qiblə” piri və s. çox pirlər gördük. Müasir dövrdə bu kimi məsələlərə münasibət birmənalı deyil. Pirlərə inanan insanları qınayanlar da var, əksinə onların sıralarına qatılanlar da. Odur ki, […]

Cəmiyyət

Oğuzda güclü yanğın fərdi yaşayış evini yararsız hala salıb – FOTO

Oğuzda fərdi yaşayış evi yanıb. Axşam saatlarında rayonun Mollalı kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Nazim Yaqub oğlu Məmmədova məxsus ümumi sahəsi 100 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Hadisə […]

Cəmiyyət

Zəngilanın baş planı açıqlanıb

Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub və müasir yanaşmalar tətbiq edilib. Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq. “Report”un məlumatına görə, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. Xüsusi nümayəndə qeyd edib […]

Dünya

Ərdoğan: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”

“İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağda baş verən son hadisələr ətrafında geniş söhbət etmişik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bildirib ki, Qarabağ Azərbaycan suveren ərazisidir. “Azərbaycan öz ərazilərində hansısa silahlı ünsürlərin olmasını qəbul etmir”. Türkiyə Prezidenti xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan birgə […]

Dünya

Yalnız ABŞ-ın qazanc götürəcəyi ucuzlaşma

Mütəxəssislər deyirlər ki, avronun dəyərdən düşməsinin Azərbaycan bazarına həm müsbət, həm də mənfi təsiri var. Avro ilə alınan məhsulların ucuzlaşma ehtimalı var ki, bu da inflyasiyanı qismən tormozlayar. Amma bütün dünyanı cənginə alan qlobal bahalaşmadan tam yayınmaq mümkünsüzdür. Son vaxtlar avro ucuzlaşır. Hətta o dərəcədə dəyərdən düşüb ki, təxminən 1 avro 1 dollara bərabərdir. Mütəxəssislər […]