Cəmiyyət

Şəkidə yeniyetmə göldə batıb

Şəkidə yeniyetmə göldə batıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Aydınbulaq kəndində baş verib. Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində “Keşiş gölü” kimi tanınan göldə çimərkən boğularaq ölüb. Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm […]